Azyaşlıları tütündən necə qoruyaq?

Azyaşlıları tütündən necə qoruyaq?Kimsə ayaqyolunda, mətbəx nəfəsliyində, çoxmənzilli binanın həyətində siqaret çəkirsə, uşaqlar da bu tüstü ilə nəfəs alır. Hətta ventilyasiya və havalandırma sistemləri belə, bu qoxudan azad olmağa kömək etmir.

Uşaqları tütün tüstündən və siqaretdən necə mühafizə edək? Ən sadə üsullar - ən səmərəli hesab olunur.

Şəxsi misal - Uşaqları qorumaq üçün ən yaxşı üsul

İki yaşlı körpələr sadə çubuqları, karandaşları və ya həqiqi siqaret tullantılarını elə belə ağızlarına götürmürlər, onlar balaca meymunlar kimi böyüklərin etdikləri hər şeyi təqlid etməyə çalışırlar. Yaşca daha böyük olan uşaqlar isə qələmə aldanmırlar, onlara asanlıqla siqaret verəcək birini tapa bilərlər.

Əgər siz özünüz siqaret çəkirsinizsə, sizin siqaret çəkmək və agciyərlərin fəaliyyətinin pozulması haqda olan mühazirələriniz və çıxışlarınız, çətin ki, böyümüş nəsil tərəfindən layiqincə qiymətləndiriləcək.

Siz siqaret çəkmək üçün olduğunuz ərazidən kənarlaşsanız, uşaqları təkrarən bu tüstüdən qoruya bilərsiniz. Əgər, ümumiyyətlə, siqaret çəkmirsinizsə, deməli, gələcəkdə uşaqlarınızın siqaretə aludə olmamaq şansını artırırsınız. Təəssüflər olsun ki, rus millətinin uşaqları 10-12 yaşından siqaret çəkməyə başlayırlar. Siqaret çəkənlərin övladları risk qrupuna daxildir.

Qonaqlara evdə siqaret çəkməyə icazə verməyin

Partiyə başlamamışdan əvvəl, bütün iştirakçıları xəbərdarlıq edin ki, evdə siqaret çəkmək qadağandır, onlar siqaret çəkmək üçün eyvana çıxmalı olacaqlar. Siz özünüz şahidi olacaqsınız ki, qonaqların bir qismi siqaret çəkmək üçün eyvana çıxmağa tənbəllik edəcək və gecəni siqaretsiz keçirəcəklər.

Uşaqlarınızı siqaretdən istifadə olunan yerlərə aparmayın

Əgər gedəcəyiniz yerdə siqaret çəkildiyini bilirsinizsə, özünüzlə övladlarınızı aparmayın. İctimai nəqliyyat və ya taksi sürücülərindən salonda siqaret çəkməməyi xahiş etməkdən utanmayın. Kimsə uşaq meydançasında siqaret çəkirsə, oranı dərhal tərk etməyə hazır olun.

Kafe və restoranlar siqaret çəkənlər və çəkməyənlər üçün xüsusi sahələr ayırıbsa, hər şey çox sadədir: müştərilərin bir qismi aktiv siqaret çəkənlərdir, digər qismi passiv (yəni çəkməyənlərdir). Uşaqlar üçün ayrılmış oyun zallarının bu yerdən nə qədər məsafədə olduğuna diqqət yetirin.

Qısa düşüncələrdən və axtarışlardan sonra ailə naharları üçün yararlı ixtisaslaşdırılmış uşaq və ailə kafesi və… sürətli qidalanmanın restoranları olacaq. Qeyd edək ki, uşaqların sevdiyi fast-food menyusu o qədər də faydalı deyil, onların tərkibində həddindən artıq şəkər, duz, heyvan mənşəli piylər və qazlaşdırılmış məhlullar var.

Yeganə sağlam proqram - həftə sonunu evdə keçirmək qalır: faydalı nahar, daha sonra isə parka, zooparka, sirkə, kinoya və ya muzeyə gəzintiyə çıxmaq olar.

"İndi, biz uşaqlara görə bütün günü evdə oturaq və kafeyə çıxmayaq?- deyə sual verə bilərsiniz. Niyə ki? Uşaqların nənə və babaları onlarla münasibətlərini möhkəmləndirdiyi müddətdə, ailədə əlaqələri restoranda romantik nahara getməklə daha da gücləndirilmək olar. Üzərində siqaret şəkli və ya siqaretə bənzər simvollar olan əşyaları almayın.

"Siqaret" şəkilli şokolad, üzərində siqaret markalarının loqoları olan idman geyimləri, gödəkçələr, çantalar almayın, bütün bunlar uşaqlar üçün müxtəlif çeşidi məhsulların arasında məqsədsiz yaranmayıb. Onlar, gənclərdə və azyaşlılarda siqaret çəkməyin normal olduğu düşüncələri formalaşdırır. Tütün - uşaqların sevimli idman klubları və geyimlərin üzərində simvolik olaraq reklam olunur.

Övladlarınıza tütünün təhlükəli olması haqqında mühazirələr təşkil edin

Burada əsas ortaq nöqtəni tutmaqdır, bu haqda həddindən artıq danışmaqla uşaqda qadağan olunan vərdişə maraq yaratmaq və qorxutmaq arzuolunmazdır. Yetkinlik yaşına çatmış hər bir gənc siqaret çəkmənin fəsadlarını artıq dərk etməli və bilməlidir. "Siqaret çəkmək həmyaşıdlarının gözündə onu hörmətli edəcək və sağlamlığına xələl yetirməz" - kimi düşüncələr uşaqlarda savadsızlıqdan, bilməməzlikdən irəli gəlir. Əsas odur ki, uşaqlar faydalı və maraqlı işlə məşğul olmalıdırlar ki, məktəbin arxasında "bir dəfə siqaret çəkmək" təklifi onları yoldan çıxarmasın.

Bəzi statistik məlumatlar

Bir çox insanlar 18 yaşından siqaret çəkməyə başlayırlar. Demək olar ki, onların 1/4-nin 10 yaşı tamam olmamış siqaretə maraqları yaranır.

Hazırda müxtəlif ölkələrdə aparılan tədqiqatlara əsasən, 3-10 yaşlı uşaqların 90 %-i məşhur siqaret markalarının simvolunu tanıyır. Yeri gəlmişkən, böyüklərin yalnız 67 %-i onların adını düzgün müəyyən edə bilir.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2425   Tarix: 13 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Braziliyada daşqın oldu: 84 ölü, 111 itkin

Braziliyanın cənubunda yerləşən Rio-Qrandi-du-Sul ştatında ötən həftədən bəri effektiv olan yağışlar nəticəsində daşqın olub. BİG.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 84 nəfərə, itkin düşənlərin sayı isə 11 nəfərə çatıb. Bu barəfə Ştatın Mülki Müdafiə nazirliyi açıqlama edib. Yağışla

12:56 126
.

Yusuf Güney ən böyük xəyalını AÇIQLADI - VİDEO

"Ən böyük arzum meşənin içində kənd qurmaqdır. Bu kənddə pul olmayacaq. Hamı əkib-biçəcək, işləyəcək amma pul almayacaqlar. Mən bütün yatırımları özüm edəcəm, sonra insanlar gəlib orda yaşayacaqlar". Bu sözləri BİG.AZ-a türkiyəli məşhur müğənni Yusuf Güney deyib. O, bir çox arzusuna çatdığın

17:22 261
.

Yusuf Güney Baləli ilə duet oxuyacaq? - VİDEO

Türkiyəli məşhur müğənni Yusuf Güney Bakıdadır. BİG.AZ xəbər verir ki, o, işgüzar səfərlə bağlı gəldiyini bildirib. Müğənni konsert və yeni mahnılarla bağlı suallara cavablandırıb. İfaçı yerli müğənnilərlə duet oxumağa hazır olduğunu da qeyd edib. Baləlini tanımadığını bildirən müğənni təklif gəlsə

15:39 325
.

Azərbaycanda məktəblinin mübahisədən sonra ölməsi ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + VİDEO

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb. Bu barədə "Qafqazinfo"ya İdarədən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığ

16:42 367
.

"Bahar" serialı yayımlanmayacaq

Reytinqləri alt-üst edən və maraqla izlənilən "Bahar" serialının bu həftə yeni bölümü ekrana gəlməyəcək. OLAY yazır ki, bu barədə Birsen Altuntaş məlumat yayıb. Bildirilir ki, ekran işinin çəkilişləri və montajı bitmədiyindən bu həftəlik proqramda yer almayacaq. Qeyd edək ki, layihədə baş rollar

11:14 1855
.

İşdən çıxarılan məşhur cərrah DANIŞDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə -a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb. "Hakim Fuad Talışınskini

22:53 0
.

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb. xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Fransanın müxtəlif şəhərlərindəki universitetlərdə təhsil alan tələbələr Fələstinə dəstək aksiyalarını davam etdirirlər. Fələstin Elmlər Komitəsinin Po Paris məktəbinin sosia

21:45 42
.

Yağış nə vaxt dayanacaq? - Hava ilə bağlı vacib açıqlama

"Yaxın günlərdə dağlıq rayonlarına qar yağacaq". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Direktor bu gün Bakıda və Abşeron yarmadasında, eləcə də bölgələrdə yağıntılı hava şəraitinin davam edəcəyini vurğulayıb

11:37 1935
.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

22:10 0