"Google" indi də İslam dünyasında
İran Ünsiyyət və Texnologiya naziri Məhəmməd Həsən Nami, İslam "Google Earth" layihəsini dörd ay ərzində həyata keçirəcəklərini bildirib. "theiranproject" saytının xəbərinə görə Nami, İslam "Google Earth"ın adının "Basir" olacağını açıqlayıb. "Google Earth" və "Vikipedia" kimi saytların məqsədinin digər ölkələrin təhlükəsizlik məlumatlarına çataraq pul qazanmaq olduğunu bildirən Nami, "Basir"in isə mənfəət məqsədli olmayacağını tək məqsədinin insanları həqiqətə istiqamətləndirmək olduğunu söyləyib. Nami saytın həm İran həm də İran xaricindəki istifadəçilərə xidmət verəcəyini deyərək, dünyanın harasında olursa olsun Müsəlmanların bu saytı istifadə edərək qibləni tapa biləcəklərini bildirib.
mənbə: movqe.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş