Bəlkə də heç sevmirdilər

Bəlkə də heç sevmirdilərBəlkə də heç o qədər sevmirdilər. Leyli Məcnun əhvalatı bir əfsanə idi onlar üçün. Ancaq evlənirdilər, bir-birilərinə isinişirdilər, ömrüboyu rahat yaşayırdılar.

Arvad kişinin xasiyyətinə, qılığına, kişi də arvadın xörəyinin duzuna, təbəssümünə, nəvazişinə uyğunlaşırdı. Bəlkə də sevmirdilər, ancaq bir-biriləri üçün darıxırdılar. Hər biri öz vəzifəsini bilirdi və onları yerinə yetirməyə çalışırdılar. Heç kim haqqını gözə soxmurdu. Çünki bizdə ailələr fədakarlıq üzərində qurulur. Və bir də arada pərdə olur.

Ən qalın pərdə ən yaxın adamlar arasında olub qədimdən bəri. Xanım ərini adı ilə çağırmaz, "uşaqların atası" deyərdi. Kişi də xanımını "uşaqların anası" və ya "filankəsin qızı" çağırardı.

Süfrə sərilərdi, ata bismillah deyib əlini çörəyə uzatmayınca kimsə yerindən qımzanmazdı. Əgər körpələrdən biri əlini süfrəyə uzatsaydı, ana ona yüngülcə təpinər, atasını gözləməyi tapşırardı. Bu qanun ilk baxışdan sərt görünsə də, tərbiyənin təməli kimi o körpənin yaddaşına, ruhuna hopardı. Kim bilir, bəlkə də, neçə-neçə süfrələrin bərəkəti də elə bu adətlə gəlib.

Bir söz də var, deyirlər ki, uşağın tərbiyəsi valideynin nikahından başlayır. Köhnə kişilər nikaha çox əhəmiyyət veriblər. Boşanmaq sözünü dilə gətirməkdən də qorxublar. Deyiblər ki, bu sözü zarafatla da işlətmək olmaz. Çünki ailədəki xoş atmosferi zədələyər, səmimiyyəti pozar. Nikah tərtəmiz, ləkəsiz, toxunulmaz qalmalıdır. Onu da deyiblər ki, üç dəfə dalbadal "talaq" dedinsə, nikah pozulmuş sayılır. Çox həssas olublar bu mövzuda.

Ər-arvad üz-üzə oturub saatlarla boş söhbət etməyiblər, onun-bunun qeybətini qırmayıblar. Abır-həya olub ortada, yalan danışmaqdan utanıblar, quru təkəbbürdən çəkiniblər. Gəlin qayınata qarşısına yaşmaqsız çıxmayıb. Qayınata da hər dəfə ona "Allah ölənlərinə rəhmət eləsin" deyə dua edib.

Bir deyil ki, beş deyil ki, min illərdən gələn ailə həyatımızın bir-birindən gözəl, bir-birindən möhkəm qızıl qanunları olub və o qanunlar qorunduqca, bir ailəyə hakim olduqca orda xeyir-bərəkət, xətir-hörmət hökm sürüb.

Biz ailəni belə eşitmişik, belə görmüşük. Görmək istədiyimiz də elə bu qanunlarla yaşayan ailələrdir. Gəlin evə duvaqla gələr, bütün ömrünü o ocaqda yaşayar, o evdən kəfənlə çıxar. Yoxsa, "xasiyyətimiz uyğun gəlmədi", "bir-birimizi başa düşə bilmədik" kimi iddialar quru bəhanədən başqa bir şey deyil. O ailələr və o ailələri idarə edən qanunlar bizim milli dəyərlərimiz, müasir dillə desək, mentalitetimizdir. İnsan öz kökü üzərində duranda güclü olur. Sizə də güclü olmağı arzulayırıq, hörmətli oxucular!

mənbə: zaman.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2230   Tarix: 14 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164