Nazpəri Dostəliyeva: "İlhamə xanım fironluq fikrindən əl çəksə, barışıq şansı olar"

Nazpəri Dostəliyeva: "İlhamə xanım fironluq fikrindən əl çəksə, barışıq şansı olar"Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın müsahibəsi.

Nazpəri xanım, diaspor təşkilatları ilə münasibətləriniz necədir?

Bilirsinizmi, təşkilatdan təşkilata fərq var. Mənim, qanun çərçivəsində fəaliyyət göstərən bütün diaspor təşkilatlarına münasibətim normaldır. Əgər onlar dövlətimizin və xalqımızın mənafeyi naminə hər hansı bir addım atıbsa və ya atırsa mən həmişə onların yanlarında olmuşam və olacağam da.

Hansı diaspor təşkilatları ilə birgə fəaliyyətiniz olub?

Hamısını sadalasam çox vaxt aparar. Mən özüm artıq bir ildir ki, Beynəlxalq Diaspor Mərkəzinin üzvüyəm. Özüm öz fəaliyyətimə qiymət vermək istəmirəm, bu diasporumuzun və xalqımızın verəcəyi qiymətdir. Fəaliyyətimə görə də bir çox mükafatlara layiq görülmüşəm. Bundan əlavə yuxarıda qeyd etdiyim kimi, hansı diaspor təşkilatı dəvət edibsə, həm ölkə daxilində, həm də xaricdə keçirilən tədbirlərdə imkanlarım daxilində fəal iştirak etmişəm. Müxtəlif ölkələrdə, məsələn Norveçdə, İsveçdə, Almaniyada, Rusiyada, Türkiyədə və adını çəkmədiyim bir sıra ölkələrdə keçirilən tədbirlərə dəvət almışam və məmnuniyyətlə iştirak etmişəm.

Nazpəri xanım qeyd etdiyiniz bu tədbirlərdə təmənnasız iştirak etmisiniz, yoxsa hər hansı bir qonorar müqabilində çıxış etmisiniz?

Dövlətimizin böyük tarixi və mədəni adət-ənənələri, qüdrətli iqtisadi imkanları olsa da, diasporumuz gəncdir. Onların hələ elə güclü maddi imkanları, texniki bazaları yoxdur ki, biz, o cümlədən mən diaspor təşkilatlarından hər hansı bir fəaliyyətimə görə maddi maraq güdüm. İmkanım daxilində təmənnasız iştirak etməyə çalışmışam. Lakin elə diaspor təşkilatları olub ki, dəvət edəndə artıq imkanları daxilində zəruri xərcləri ödəyiblər.

Son zamanlar xalq artisti İlhamə Quliyevayla yaşanan qalmaqalın nədən yarandığı barədə ətraflı məlumat verə bilərsinizmi? Bəlkə iki xalq artistinin münasibətlərini korlayanlar var?

Sözün düzü, özünüz də bildiyiniz kimi, mən heç vaxt imkan verməmişəm ki, adım hansısa qalmaqalda hallansın. Həmişə qalmaqaldan uzaq olmuşam və hər hansı baş verə biləcək qalmaqalın da qarşısını almağa çalışmışam. Özünüz də şahidi olmusunuz ki, bəzi Kütləvi İnformasiya Vasitələri də etiraf ediblər ki, mən onlara rəsmi müraciət edərək, adımın belə xoşagəlməz hadisələrdə hallandırılmasına icazə verməmişəm. Onların da çox böyük əksəriyyəti çox sağ olsunlar ki, mənim mövqeyimi nəzərə alıblar. O ki, qaldı qeyd etdiyiniz qalmaqala, çox dərinə getsək, onun çox güclü səbəbi yoxdur. Üzdə olan isə budur ki, İlhamə Quliyeva öz-özünə saxta titullar verməklə (çox zaman heç götürdüyü titulların mənasını da bilməyərək), ictimai rəydə çaşqınlıq yaratmaqla, özünü, yumşaq dildə desək, xoşagəlməz vəziyyətlərə salır. Yaranmış bu vəziyyət isə tək onu yox, zənnimcə bütün mədəniyyət xadimlərini çətin vəziyyətə salır. Bu yolla o, həm də, özünün mədəniyyət və sənət aləmində yeganə söz sahibi olduğunu sübut etmək istəyir. Bunun əksinə çıxanlar isə avtomatik olaraq onun qəzəbinə tuş gəlir və süni yolla yaradılmış konfliktlərə cəlb olunurlar. Nəticədə, məsələn mən bir veriliş ərzində təriflərə layiq görülürəmsə, mövqeyimi ortaya qoyduqdan sonra bu vəziyyət 180 dərəcə dəyişir, barəmdə düşmən obrazı yaradılır, ünvanıma isə nə yazılması, nə də dilə gətirilməsi mümkün olmayan, heç bir əxlaqa sığmayan ifadələr səsləndirilir.

Qalmaqalda olduğunuz başqa sənətçilər varmı?

Əlbəttə ki, yox. Mən ümumiyyətlə başa düşə bilmirəm və başa düşmək də istəmirəm ki, sənət adamları niyə öz yaradıcılıqları ilə yox, mənasız konfliktlərlə məşğul olur, özlərini hörmətdən salır, xalqın isə zövqünü korlayırlar. Mən ümumiyyətlə şəxsi söhbətlərin KİV-də yayımlanmasının əleyhinəyəm. Çünki belə hallar həm bizləri, həm də xalqımızın sənətə olan hörmətini gözdən salır.

Xalq artisti İlhamə Quliyeva ilə barışmaq ehtimalı varmı?

Maraqlı sualdır. Bizim barışıb barışmamağımızdan asılı olmayaraq, bir müddət sonra kimdən soruşsalar ki, bu münaqişənin səbəbi nədir, heç kəs xatırlamayacaq. Yəni, İlhamə Quliyeva öz vəziyyətini daha da dərinləşdirməsə, canlı efirdə kimin ünvanına deyilməsindən asılı olmayaraq, əxlaqa sığmayan ifadələr işlətməsə, sənət aləmində əsassız fironluq fikrindən əl çəkib yaşına uyğun davranarsa, barışıq şansı həmişə ortadadır.

mənbə: diasporxeber


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2472   Tarix: 06 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yıldız Tilbe qəzaya düşdü

Türkiyəli müğənni Yıldız Tilbe ötən gün qəza keçirib. Axşam.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, ifaçının idarə etdiyi maşın eyni istiqamətdə hərəkət edən digər avtomobilə çırpılıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Günah Tilbedə olduğu üçün o, cəzalandırılı

10:25 160
.

Britni Spirs boşandı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məşqçi həyat yoldaşı Sem Asqaridən rəsmi olaraq boşanıb. Axşam.az xəbər verir ki, bu barədə "PageSix" nəşri məlumat yayıb. Sənədlərə görə, 42 yaşlı müğənni müxtəlif zinət əşyaları və digər şəxsi əşyalarla yanaşı, cütlüyün toyuna qədər v

02.05.2024 363
.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 228
.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 1605
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

01.05.2024 633
.

Qonca Vuslateri ana olandan sonra ilk dəfə paylaşım edib

Türkiyəli aktrisa Qonca Vuslateri ana ana olandan sonra ilk dəfə paylaşım edib. xəbər verir ki, aktrisa sosial şəbəkədə qızı ilə şəklini paylaşıb. "Mən həmişə uşaq dünyaya gətirmək haqqında danışanda qoxardım. Çox balacadılar, əlimdən düşər, tuta bilmərəm deyə qorxardım. Onu qucağıma alanda bel

02.05.2024 796
.

"Yaprak Dökümü"nün Ferhundesi ana olmaq istəyir

Aktrisa Deniz Çakır ana olmaq istədiyi deyib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Uşaq istəyirəm. Yaxşı ana olacağıma əminəm. Elə bir uşaq doğaram ki, bəlkə bütün dünyanı dəyişdirər hissi mənə motivasiya verir. Bu ölkəyə bir qız uşağı yetişdirmək istəyirəm" ,- deyə o bildirib

29.04.2024 1449
.

Kıvanç Tatlıtuğun oğlu ilə yeni fotoları

Aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə şəkilləri yayılıb. xəbər verir ki, aktyor şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlu 2 yaşındadır

29.04.2024 863
.

Qəzzada ölənlərin sayı 34535-ə yüksəlib

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 34535-ə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda Qəzza zolağına edilən 5 hücumda 47 fələstinlinin həyatını itirdiyi, 61 fələstinlinin isə yaralandığı bildirilib. Açıqlamada

30.04.2024 610