Ərdoğan İsrailə şərt qoydu (Video)
İsrailin baş naziri isə ölkəsinin Türkiyədən üzr istəməsinin səbəblərini açıqlayıb.Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin ölkəsindən üzr istəməsindən sonra iki ölkə arasında münasibətlərin normallaşması üçün rəsmi Ankaranın şərtini açıqlayıb. Ərdoğan ölkə müxalifətini iqtidarın bu uğuruna kölgə salmaqda ittiham edib və xüsusilə, Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalını tənqid atəşinə tutub.
Ərdoğanın israilli həmkarı Binyamin Netanyahu isə ölkəsinin Türkiyədən üzr istəməsinin səbəblərini açıqlayıb. O, barışıq qərarını Suriyadakı vəziyyətin daha da gərginləşməsi və vəziyyətdən çıxmaq üçün müttəfiqə ehtiyac olması ilə izah edib: "Vacibdir ki, Suriya ilə həmsərhəd olan Türkiyə və İsrailin əməkdaşlıq imkanı olsun, həmçinin birlikdə regiondakı digər təhlükələrə qarşı fəaliyyət göstərə bilək".
Netanyahunun sözlərinə görə, İsraili ilk növbədə Suriyadakı kimyəvi silahların "Əl-Qaidə"nin törəməsi olan qruplaşmaların əlinə keçməsi ehtimalı narahat edir.
Xatırladaq ki, Türkiyə və İsrail arasında münasibətlər 3 il əvvəl, İsrail hərbçilərinin Qəzzaya yardım aparan gəmiyə hücumu və nəticədə 9 Türkiyə vətəndaşının öldürülməsindən sonra kəskinləşmişdi. Rəsmi Ankara və Təl-Əviv diplomatik əlaqələri kəsmişdilər. Türkiyənin əsas tələbləri rəsmi olaraq üzr istəmək, zərərçəkənlərin ailələrinə təzminat ödəmək və Qəzzaya qarşı embarqonu aradan qaldırmaq idi. İsrailin Türkiyədən üzr istəməsi isə ABŞ prezidenti Barak Obamanın Yaxın Şərq səfəri zamanı apardığı danışıqlardan sonra baş verib.
mənbə: anspress.com
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş