Mart çıxdı, dərd çıxdı: "Bahar yorğunluğu" başlayır

Mart çıxdı, dərd çıxdı: "Bahar yorğunluğu" başlayırMövsümi yorğunluqdan necə can qurtarmaq olar?

Bu gündən ölkəmizə bahar gəlir. Baharda bütün təbiət dəyişdiyi, canlandığı kimi insan orqanizmi də müəyyən dəyişikliklərə məruz qalır. Havaların isinməsi, günlərin uzanması soyuqdan çıxmış yorğun insan orqanizmini bir qədər də yorur.

Amerika araşdırmaçılarının fikrincə, insan orqanizminin yorulması havada olan nəmişliyin artmasından irəli gəlir. Günəşin daha çox görünməsi nəticəsində dənizlərdə su buxarlanır və bunun nəticəsində havada nəm artımı əmələ gəlir. Həddən artıq rütubət isə insanı yorur. Alimlər yaz aylarında olan yorğunluğa "Bahar yorğunluğu" adı veriblər.

Psixoterapevt İkram Rüstəmovun sözlərinə görə, yorğunluğun müxtəlif növləri var. "Xroniki yorğunluq, psixoloji yorğunluq və "Bahar yorğunluğu". Xroniki yorğunluq 6 aydan çox davam edir və müalicəsi çətindir. Bu yorğunluğun endokrin, nevroloji və psixoloji səbəbləri olur. Psixoloji yorğunluq ekoloji hadisələrlə üzə çıxır və psixiatr dəstəyi ilə aradan qaldırıla bilər. "Bahar yorğunluğu" isə mövsümi yorğunluqdur".

Yay aylarında hava istiliyi yüksək rütubət ilə bir araya gəldiyi zaman insan orqanizmi bürküyə məruz qalır. Belə hallarda insan özünü yorğun, əldən düşmüş hesab edir. Havada olan nəm nisbəti aşağı olduğu halda, yüksək istilik olsa belə, insan orqanizmi buna dözə bilir.

Həkimin sözlərinə görə, "Bahar yorğunluğu" insan orqanizminə rütubətin təsir göstərdiyi qədər təsir edə bilir. "Rütubət insan orqanizminə iki istiqamətdən təsir edir. Birincisi burun, boğaz və orta nəfəs yollarının şişməsinə səbəb olaraq, ağciyərə gedən oksigen miqdarını azaldır. Bunun da nəticəsində bədən oksigen azalmasının təsirlərini azaltmaq üçün müxtəlif bölgələrdə olan qan damarlarını büzür. Bu da öz növbəsində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Belə ki, mədəyə gedən damarların büzüşməsi qastritə, ürək damarlarının büzüşməsi ürək çatışmazlığı və təzyiqin qalxmasına səbəb ola bilir. Dəri damarlarının daralması isə dəridə qabıqlama, çatlama, saç tökülməsi ilə müşahidə olunur. Bütün damarlarda büzüşmə nəticəsində yaranan oksigen azlığı halsızlıq və yorğunluğu artırır. Bu zaman baş ağrıları, yuxusuzluq, halsızlıq, təngnəfəslik, nəfəs darlığı sıx müşahidə edilir".

"Bahar yorğunluğu"nun insan orqanizminə təsir etdiyi ikinci tərəf isə nəmin artması nəticəsində tərləmə funksiyasının pozulmasıdır. Bu, pozulma bədəndə toksinlərin atılmasına mane olur və bədənin tarazlığını pozur. Bu insanın özünü halsız hiss etməsinə səbəb olur.

İ.Rüstəmovun dediyinə görə, "Bahar yorğunluğu"ndan qorunmağın ən yaxşı yolu tətilə çıxmaqdır. İnsanların imkanları daxilində şəhərdən kənara getmələri onları bu yorğunluqdan qoruyar. "Hər gün səhərlər ac qarnına ən az 5 dəqiqə piyada gəzin, 10-15 dəqiqə ac qarnına gimnastika edin. Amma çalışın ki, bədəninizi həddən artıq yormayasınız. Süfrənizdən meyvə və tərəvəzi əskik etməyin. Sevməsəniz də, mövsümün meyvə və tərəvəzlərinin bütün növlərindən bolluca yeyin".

Baharda bədənin daha çox vitamin və minerala ehtiyacı var. Xüsusilə də B və C vitaminləri və kaliuma. B və C vitaminləri tərəvəz və meyvələrdə, kalium isə pomidor, kartof və ərikdə bol miqdarda var. Bununla yanaşı, manqan, sink kimi mineralları da qəbul etmək lazımdır.

Həkim bildirir ki, bədənin susuzuluğunu aradan qaldırmaq üçün gün ərzində 3 litr su içmək lazımdır. "Bahar yorğunluğu"ndan əziyyət çəkməmək üçün yuxu ritminə də diqqət yetirmək lazımdır. Rahat yatmaq üçün gün ərzində qarşılaşdığınız bütün stress doğuran hadisələri yaddan çıxarın.

Həmsöhbətimiz məsləhət görür ki, rahatlıq istəyənlər alkoqollu içkilərdən də uzaq durmalıdırlar. Bununla yanaşı, kola və kafein tərkibli içkilər qəbul edilməməlidir.

mənbə: ekspress.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1267   Tarix: 21 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

TOP MP3