Siz hələ də siqaret çəkirsiniz?

Siz hələ də siqaret çəkirsiniz?Siqaretin insan orqanlarına necə mənfi təsir etdiyinə diqqətlə baxaq:

İlkin olaraq, hər şey nəfəsdən başlayır. Siqaret, çəkilən andan etibarən, orqanizmə öz mənfi təsirini göstərməyə başlayır. Nəbz daha tez-tez vurur və insan daha sürətli nəfəs almağa başlayır. Qan dövranı pozulur. Tütünün tərkibində 3.700 zəhərli maddə var ki, bunların böyük qismi kansoregen maddələrdir. Ən zərərlisi isə karbon monoksid (CO), hidrogen siyonid (HCn) və amonyakdır(NH4). Təsəvvür edin ki, yalnız bir nəfəslə bu zəhərli maddələr birbaşa qana qarışıb bütün orqanizmə yayılır. Bunun nəticəsində astma, ciyər yanğısı, döş qəfəsində ağrılar başlayır, immun sistemi zəifləyir və insan digər xəstəliklərə (qrip, soyuqdəymə və s.) daha tez tutulur. Hər 13 saniyədə, 1 insan siqaretlə bağlı xəstəlikdən həyatını itirir. Bu ölümlərin birinci əsas səbəbi ağ ciyər xərçəngi, ikinci əsas səbəbi isə ürək qan-damar və digər xərçəng xəstəlikləridir. Siqaret çəkən insanın orqanizmində elə bir orqan yoxdur ki, siqaretdə olan zərərli maddələrdən zərər görməsin.
Bu cür vücuda nəzər yetirək:

Baş və üz

Siqaret çəkən insanda ağız xərçənginin yaranma riski daha çoxdur. Bundan başqa, tütün dumanı diş əti və diş daşı xəstəliklərinə, ağızdan pis qoxunun gəlməsinə səbəb olur. Beyinə gedən oksigenin azalmasına görə, beyin damarlarında daralma baş verir ki, bu da iflic olma riskini daha da artırır.

Ağ ciyər və bronxlar

Tənəffüs borusundan və bronxlardan keçən duman ağ ciyərlərə enir. Adını çəkdiyimiz siyanid bronxların divarını yandırır və xroniki öskürək ortaya çıxır. Bronxlar zəiflədikcə bu nahiyədə xəstəliklər meydana çıxır. Bunun nəticəsidir ki, siqaret çəkənlər çəkməyənlərə nisbətən 10 dəfə çox ağ ciyər xərçənginə tutulma riski daşıyırlar.

Ürək

Siqaretin ürək üçün zərərləri daha çoxdur desək, yanılmarıq. Tərkibində olan nikotin qan təzyiqini yüksəldir, qanda laxtalanmanı artırır. Normal qan dövranı pozulduğuna görə, yüksək xolesterolun toplanması, iflic, barmaqlarda qanqrena, insanda gücsüzlük yaranır. Bunu törədən səbəb isə əsasən tütündə olan karbon monoksidin qanda oksigeni yox etməsidir ki, bunun nəticəsində də "Miokard" riski artır.

Digər orqanlar

Siqaret həzm orqanlarına daha çox pis təsir göstərir. Bu zərərli vərdişlə əlaqədar olaraq, mədədə xlorid turşusunun ifrazı artır və mədə yanması və xoraları başlayır. Bu zaman "Pankreas" xərçəngi ortaya çıxır və böyük ölçüdə ölümlə nəticələnir. Tütündə olan və adını çəkdiyimiz kanserogen maddələr, sidiklə orqanizmdən atılsa da bu, sidik kisəsində sidik xərçənginin əmələ gəlməsinə yol açır. Siqaret üzündən meydana çıxan qan təzyiqi böyrəklərimizə də ciddi zərər vurur.

Siqaretin bizim həyatımız üçün zərərləri saysız-hesabsızdır. Siqareti birdəfəlik atmaq çoxlarına mümkün olmayan bir şey kimi görünür. Lakin, siqareti atan kimi xərçəng xəstəliyinin yaranma ehtimalını aşağı salırsınız. Sonuncu siqareti atan kimi qan təzyiqi 20 dəqiqə ərzində normal səviyyəyə çatır. Bir gündən sonra infarkt keçirmə şansı azalır, bir ildən sonra isə ürək xəstəliklərinin inkişaf etmə riski siqaret çəkən adamla müqayisədə yarıya enir. Siqareti atmaq üçün indi müxtəlif üsullardan istifadə edilir. Məsələn, siqaret çəkən adam nikotini əvəz edən kiçik materialı dərisinin altına yerləşdirir. Onlar tərkibində nikotin olan məhsulları çeynəyə də bilərlər. Siqaret çəkməyi dayandırmaq üçün başqa yollar da var. Burada bəzən eyni zamanda bir neçə vasitədən istifadər. Ekspertlər adamların siqareti atdıqda özlərini narahat hiss etdiklərini, bəzən stress keçirdiklərini söyləyirlər. Bəzi adamlarda bu, baş ağrıları və mədədə ağrılarla müşaiyət olunur. Hər şey sizin psixoloji hazırlığınızdan asılıdır. Əgər birdəfəlik siqareti atmaq fikrindəsinizsə, ümidinizi itirməyin. Özünü təlqinlə məşğul olun, çalışın gələcək həyatınızın daha xoşbəxt olacağını düşünəsiniz. Nikotinin bir daha həyatınıza hakim olmayacağını özünüzə söyləyin. Sağlam həyat keçirməyə çalışın. Həftədə heç olmasa, iki dəfə qaçmağa, təmiz havada gəzməyə çalışın. Bir gün gələcək və siz siqareti tamamilə atmış olacaqsınız.
Unutmayın ki, siqaret nəinki onu çəkənlər üçün, hətta onun sadəcə tüstüsünü nəfəsinə çəkənlər üçün də eyni təhlükəni yaradır. Əgər sizinlə bərabər ailənizdə, ətrafınızda uşaq və digər sevdiyiniz insanlar varsa, onların həyatına nə qədər zərər verdiyinizi düşünün.

İndi alışqanı növbəti siqaretə yaxınlaşdırdıqda yaxşı fikirləşin, sağlam olmaq istəyirsinizmi...?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5197   Tarix: 04 aprel 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356