Dünyanın ən qorxulu və dəhşətli adaları
Dünyanın ən qorxulu və dəhşətli adalarının siyahısı
Dünyanın ən qorxulu və dəhşətli adaları siyahısında 1-ci yerdə Braziliya sahillərində yerləşən İlha De Queimada Grande adası qərarlaşır.Belə ki,zəhərli nizəbaşlı ilanların ən təhlükəli növləri bu adada məskunlaşıb.Bu ilanlar o qədər təhlükəlidir ki,Braziliya hakimiyyəti adaya səfər etməyi qadağan edib.
Onun ardınca 2-ci yerdə Venesiya yaxınlığında yerləşən Poveqlia adası gəlir.Bu ada öz tarixi ilə qorxu yaradır.Belə ki,bir vaxtlar bubon taunu xəstələri bura göndərilirmiş.
Siyahıda 3-cü yerdə Birma sahilləri yaxınlığında yerləşən Ramri adası durur.Bu yer isə turistləri,çoxsaylı timsahları ilə dəhşətə gətirir.
4-cü yerdə qərarlaşan Yaponiyanın İzu adasında vulkanların çoxluğu səbəbindən havada nəfəs almağı mümkünsüz edən kükürd əmələ gəlir.
5-ci yerdə isə Böyük Sakit okean adlanan süni ada qərarlaşıb.Burada ifrat dərəcədə zibil yığılır.
Siyahıda Fici adası da var.Onun tarixi vəhşilik,uşaqların qətlə yetirilməsi və qeyri-adi işgəncələrlə bağlıdır
BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto Baxılıb: 18813 Tarix: 16 fevral 2010
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş