BiG.Az-da QonaQ
Özünüzü Təqdim Edin?
Laura
Niyə məhz bu nik?
Sadə bir nik olmasını istədim. Adım və təvəllüdüm….
Həyata Nə Üçün Gəlmisən?!
Yalnız Allaha ibadət etmək üçün
Həyatda Ən Kədərli Günün?
Dəqiq tarixini deyə bilmərəm, amma həmin gün içimdən bir şeylər qopduğunu hiss etdim ((
Oglan (Qiz) Dostunuz var ?
Bəli var…
Oğlan dostluqda etibarlıdı yoxsa Qız ?
Mənim üçün fərq etmir qız və ya oğlan olması. Dost "dostdur"
Oğlana (qıza) dostluqda etibar etmirsiz ?
Etibarlılığı insanların cinsinə bölmək olmaz məncə...
Ən Yaxın Bildiyin Dosta Ürək Sözün?
Ən əsas nemət can sağlığıdır. İlk öncə can sağlığı arzu edirəm və Tanrı istəyən həyatı yaşamasını diləyirəm...
İlk məhəbbətinizi xatırlayırsınızmı?
Xatırlamasam yaxşıdı…
Qızlarda (oğlanlarda) ən çox nəyi qiymətləndirirsiniz?
Ən böyük miras əxlaqdır... ilk öncə əxlaqı...
Sevgilin Var?
Namizəd var...
Sizcə sevgi əl çatmaz olmalıdır yoxsa açıq aydın??
Sevgi açıq aydın olmalıdı. Qürur və qorxu sevgidən deyil...
Sevgidə əsas nədir sizcə?
İnam, hörmət və məhəbbət...
Küsüb qəmli qəmli gedən məhəbbət peşman paşman geri dönərmi?
Bir söz var deyirlər: Çox istədiyin bir şeyi burax getsin əgər bir gün sənə dönəcəksə deməli həmişə sənin olub, yox əgər dönməyəcəksə deməli o heç vaxt sənin olmayıb...Əgər həqiqi məhəbbətdirsə nə vaxtsa qayıdacaq...
Heç böyük sevgi yaşamısan?
Bəli...
Həyatınızdan razısınızmı?
Çox şükür. Razıyam...
Səncə insanlar niyə xəyanət edər??
Haqsızlıqla qarşılaşdıqların görə...
Xəyanət etmisən?
Xeyr!
Bağışlayarsanmı xəyanəti?
Xəyanəti edən birinci özünə günah qazanır. Allah onu bağışlasın...
İnsanı ən çox hansı yaralayar: dost xəyanəti yoxsa Sevgi xəyanəti?
Hər iki tərəfin də xəyanəti insanı yaralar...
Kumiriniz?
Yoxdur....
İnternet Aləminə Necə Gəldin?
İlk öncə kompyüter aldım ))
Zəif cəhətiniz?
İnsanları çox tez bağışlayıram...
Qısqancsan?
O qədər də yox. Amma arada olur )))
Özünüzdə bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyət?
Hərdən səbirsizlik edirəm-yaxşı xüsusiyyət olmadığını bilsəm də... Bəyəndiyimi deyə bilmərəm )))
Həyatda Özünə Ən Böyük Arzun?
Hmm... Deyəsən yoxdu...Öz istəklərimdən öncə Tanrının iradəsini gözləyirəm.
Qızla Oğlanın Dostuna Necə Baxırsan?
Çox yaxşı baxıram...
Həyatdan Bezdiyin An?
Çox olub. Yenə də Allaha olan inamım sayəsində özümü toplamağı bacarışam...
Başıva Gələn Ən Kədərli Hadisə?
Çox şükür ki, elə də kədərli hadisə yaşamamışam...
Kimsəsizə Əl Tutmusan?
Onu deməzlər...
4.000000 $ Olsa Nə Edərsən?
Kasıb və kimsəsiz uşaqlar üçün xeyriyyə mərkəzi açaram…
Namaz Qılırsız?
Xeyr!
Həyatına maraq gətirən insan kimdir?
Yaxınlarım…
Bu dəqiqə hansı mahnıya qulaq asırsan?
Lauren Christy-The color of the night
Bu Həyatda Kimə İnanmaq Lazımdır?
İlk öncə Allaha, özünə, sonra da səni sevən və sənə yaxın olan insanlara…
Həyat Fanidir Yoxsa İnsanlar?
Həyat bir tamaşadır. Hər gələn öz rolunu ifa edib gedir. İnsanlar fanidir…
Qəlbinin dərinliyində saxladığın bir sirr varmı??
Xeyr. Yoxdur…
Cəsarət edib hansısa sirrini bizim ilə bölüşə bilərsənmi?
Dedim axı yoxdur )))
Qarşılıqsız Sevgi yaşamısanmı?
Xeyr. Yaşamamışam…
Bəs Platonik?
Xeyr!
Qarşılıqsız Sevənlərə məsləhətin?
Sevənə sevməyə deyə bilmərəm. Sevən sevir )))
Sevdiyin İnsan uğrunda nəyi qurban verə bilərsən?
Həyatımı…
Həyatda Elə Bil Hərəkət Etmisiz ki,hələdə peşmançılıq Çəkirsiz? ( Səmimi Ol)
Xeyr etməmişəm. İnşAllah ki, də etmərəm…
Həyatda Elə Bir İnsan Varki Nümunə Götürəsən ondan?
Yaxşı insanlardan nümunə götürməyə çalışıram…
Həyatda Ən Yaxın Dostunuz?
Abtin. O, mənə həm dost, həm qardaş, yeri gələndə ata kimi də olub…
Bəs Saytda Ən Yaxın Dostunuz? (Oğlan Və Qız)
Oğlanlardan JuLiK, kapitan_001. Qızlardan _Lida_canımmmm mənə çox yaxşılıqları dəyib…,Ya_Zəhra ürəydi eee. Çox yaxşı qızdır. Allah ürəyinə görə versin. AYSKA balaca bacışım xətrini çox istəyirəm…
BiG.AZ Saytına Necə Gəldin? Gəlməyivə Peşmansan?
Mahnılarda eşidirdim BiG.AZ logosunu. Maraqlı gəldi girdim baxdım. Sonra da əl çəkə bilmədim ))) Yox peşman deyiləm…
BiG.AZ Saytında Ən Maraqlı Xəbəri Hansı İstifadəçi Yerləşdirir?
Julik
BiG.AZ da Qonaq Rublikasında Hansı Useri Görmək İstərdiz?
Ya_Zəhra və AYSKA
BiG.AZ Saytına Ürək Sözləriviz!
Olduğun pillədə qaldığın kimi qal…
BiG.AZ-da nəyi bəyənmirsiz ? İrad və Təklifləriniz ?
Avatarların həcmi balacadır və saytın yeni dizayna ehtiyacı var…
Sonda.Bəyəndiyiniz Və Bəyənmədiyiniz Sual?
Sualların hamsını bəyəndim. Bircə "Sizcə sevgi əl çatmaz olmalıdır yoxsa açıq aydın??" bu sual bir az ...)))
Qonağımız Olduğumuz Üçün Təşəkkür
Dəvət etdiyiniz üçün mən təşəkkür edirəm…
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş