Aybəniz Haşımova: Fəridin müsabiqəyə qatılmasını istəmirdim

Aybəniz Haşımova: Fəridin müsabiqəyə qatılmasını istəmirdimAzərbaycanı "Eurovison-2013" Mahnı Müsabiqəsində təmsil edən Fərid Məmmədov "Bülbüllər" qrupunun solistidir.

Əməkdar artist Aybəniz Haşımovla F.Məmmədov haqqında söhbət edib.

A.Haşımova Fəridlə, eləcə də digər qrupun üzvləri ilə qürur duyduğunu vurğulayıb: "Mən qürur duyuram. Bülbüllərin solistləri bu günə qədər də mənim yanımdadırlar. İstəyirəm ki, hər biri ayrı-ayrılıqda inkişaf etsinlər, xüsusi istedadlarını nümayiş etdirsinlər. Axşam onun adı açıqlananda çox sevindim. Bu mənim fəxrimdir ki, 6 yaşından ürəyimin üstündə böyütdüyüm uşaq bu cür böyük nailiyyətlərə imza atdı. Amma ən böyük nailiyyəti də qarşıdadır. Ümid edirəm ki, o Eurovision səhnəsində də layiqincə çıxış edəcək. Buna onun imkanı da çatır. Çünki artıq uzun illərdir ki, o bunu mənim yanımda, müsabiqələrdə, festivallarda bunu nümayiş etdirir".

Fəridin seçimlərə qatılmasının öz məsələhəti ya sizin məsələhətinizlə oldu sualına isə A.Haşımova belə cavab verdi:

"Bunu onun özü arzulamışdı. O gəlib dedi ki, müəllimə nə məsləhət bilirsiniz ? Doğrusu əvvəl mən narahat oldum. Ona görə ki, uşaqlar seçim zamanı böyük həyəcanlar keçirirlər. Allah uzaq eləsin, müsabiqədən keçməsə, böyük travma ala bilərdi. Yəni ona görə mən narahat idim. Dedim ki, oğlum bu çox çətin məsələdir. Bilirsən ki, çoxlu zəhmət çəkməlisən. Hətta elə ola bilər ki, sənin kimi gözəl istedadlı uşaqlar çox ola bilər və sən seçilməzsən. Dedim ki, bəlkə getməyəsən? O da bildirdi ki, müəllimə mən hər şeyə hazıram. əksinə mən düşünməyəcəm ki, qalib gələcəm. Düşünəcəm ki, öz istedadımı göstərəcəm. İndi onun müqabilində Allah məni necə qiymətləndirərsə, o da olar. Mən gördüm ki, o artıq mənəvi olaraq hazırdır. Dedim ki, get, məndə sənin arxandayam. əlimdən gələn nə kömək olsa, səndən əsirgəməyəcəm.

Təmsilçimizin final şousundakı performansından razı qaldığını bildirən Aybəniz Haşımova qeyd edib ki, Fəriddən həmişə razıdır: "O, 6 yaşından bu günə qədər heç vaxt səhnədə məni pərişan eləməyib. Fərid həm də mənim ilk tələbəmdir. Eləcə də məndə onun ilk müəlliməsiyəm. O, İncəsənət Universitetində təhsil alır, orada da müəllimələr var. Sağolsunlar, onlar da əziyyət çəkir. Amma hər halda bu illər ərzində Fərid daima mənim nəzarətimdə olub. Mən çox istərdim ki, Fərid İsveçdə Azərbaycana birincilik sevincini yaşatsın. Bunu böyük ürəklə arzulayıram. İstəyirəm ki, mənim övladım orada birinci yeri qazansın. Və bütün Azərbaycan öz övladı ilə fəxr eləsin. Çünki, Fərid indiyə kimi bütün festivallardan qələbə ilə qayıdıb. Mən ümid edirəm ki, bu dəfə də qalibiyyətlə qayıdacaq"-deyə, Aybəniz Haşımova əlavə edib.

mənbə: bakuinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6038   Tarix: 17 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964