Azərbaycan çempionatında yeni qaydalar təklif edildi

Azərbaycan çempionatında yeni qaydalar təklif edildiİdman Araşdırmalar Mərkəzi (İAM) Topaz Premyer Liqası, I divizion və Azərbaycan Kuboku üçün yeni format hazırlayıb.

Yeni format "APAHolding"in ofisində keçirilən mətbuat konfransında təqdim olunub.

Qurumun sədri Elşən Məmmədov bildirib ki, İAM hazırkı "6-lıq" sisteminin ləğvini təklif edir. Əvəzində I diviziondan gələn komandalar hesabına say 14-ə çatdırılır və qalib 2 dövrəlik sistemlə mübarizə nəticəsində müəyyənləşir.
Ən böyük diqqət isə Azərbaycan Kubokuna yönəldilir. Çünki UEFA prezidenti Mişel Platini də milli federasiyaların ölkə kubokuna ciddi önəm vermələrinin gərəkliyini qabardıb və hətta milli kubokun qalibinin Çempionlar Liqasına vəsiqə qazanmasının mümkünlüyünə dair fikir səsləndirib. Azərbaycan Kubokunun yeni formatına əsasən, mübarizə təsnifat mərhələsi, qrup mərhələsi və "pley-off"lardan ibarət olur. I divizionda isə yeni komanda gəlməsə, 11 komandalı sistemlə mübarizə gedir:

E.Məmmədovun sözlərinə görə, təkliflər artıq baxılması üçün Peşəkar Futbol Liqasına rəsmən təqdim olunub: "Ümid edirik ki, martın 15-də keçiriləcək AFFA-nın növbəti Konfransında təkliflərimizə baxılacaq".

1. Topaz Premyer Liqasındakı komandaların sayı 14-ə çatdırılsın, "6-lıq" sistemi ləğv olunsun. Komandalar 2 dövrəlik mübarizə əsasında 26 tur mübarizə aparsın.
2. Premyer Liqanı 1+1 yox (sonuncu klub birbaşa, sondan əvvəlki I divizionda 2-ci yeri tutanla "pley-off" oynamaqla), 2+1 (son 2 klub birbaşa, sondan 3-cü isə I divizionda 3-cü yeri tutanla "pley-off" oynamaqla) klub tərk etsin
3. Üzvlük haqqı, cərimələr və ya legionerlər üçün ödəmələrin ən azı biri azaldılsın
4. I divizionda 13 yox, 11 klub 2 dövrəlik sistemlə mübarizə aparsın (I diviziona yeni yaradılan klublar gəlməsə)
5. Azərbaycan Kubokunda qrup mərhələsi tətbiq olunsun. Hər qrupda 4 komanda olsun. 7 klub (6+1) qrup mərhələsinə birbaşa vəsiqə qazansın, qalan 9 klub təsnifat mərhələsindən ev və səfər prinsipi ilə oyunlar nəticəsində gəlsin (9 cütun qalibləri)
6. Premyer Liqa və I divizion komandalarının sayı üst-üstə 26 olarsa, qrup mərhələsinə birbaşa 6 klub (ilk "6-lığ"a düşənlər) vəsiqə qazansın, qalan 20 klub təsnifat mərhələsində daha 10 vəsiqənin taleyinə ev və səfər prinsipi ilə aydınlıq gətirsin. Komandaların sayı daha çox olarsa, təsnifat mərhələsi öncəsi ilkin oyun və ya oyunlar da keçirilsin.
7. Azərbaycan Kubokunda mükafat fondu artırılsın. Pul mükafatı yalnız kubokun qalibinə verilməsin, qrup mərhələsinə düşənlər və "pley-off"a vəsiqə qazananlar arasında adlayacaqları mərhələlərə uyğun olaraq bölüşdürülsün
8. Azərbaycan Kubokunun qrup mərhələsində yerini birbaşa təmin edən komandalardan 4-ü qrup lideri, 3-ü isə qrup 2-cisi kimi bölünsün. Təsnifat mərhələsindən vəsiqə qazanacaq 9 klub qalan yerlərə bölüşdürülsün. Bölgü püşkatma yolu ilə aparılsın
9. Növbəti mövsümlərdə qrup mərhələsinə birbaşa vəsiqələr Premyer Liqada ilk 6 və ya 7 pilləni tutanlara verilsin.

Təklifin üstünlükləri:
1. Bu halda Topaz Premyer Liqası klubu ən azı 26 (iki dövrəyə üst-üstə) + 2 (təsnifat mərhələsində ev və səfər oyunları) = 28, ən çoxu 26 (iki dövrəyə üst-üstə) +2 (təsnifat mərhələsində ev və səfər oyunları) + 6 (qrup mərhələsində 3 rəqiblə ev və səfər oyunları) + 2 (1/4 finalda ev və səfər oyunları) + 2 (yarımfinalda ev və səfər oyunları) + 1 (final) = 39 oyun keçirir. I divizion klubu isə ən azı 20 (iki dövrəyə üst-üstə) + 2 (təsnifat mərhələsində ev və səfər oyunları) = 22, ən çoxu 20 (iki dövrəyə üst-üstə ) + 2 (təsnifat mərhələsində ev və səfər oyunları) + 6 (qrup mərhələsində 3 rəqiblə ev və səfər oyunları) + 2 (1/4 finalda ev və səfər oyunları) + 2 (yarımfinalda ev və səfər oyunları) + 1 (final) = 33 matça çıxır.
2. Bu mövsüm final mərhələsində ikinci "6-lıq"da stimul artır, çünki burada 1-ci yeri tutmaqla gələn mövsüm Azərbaycan Kubokunun qrup mərhələsinə birbaşa vəsiqə qazanılır.
3. Hazırkı formatda demək olar ki, əhəmiyyətsiz görünən ikinci "6-lıq" aradan qalxır.
4. I diviziondan Azərbaycan Kubokunun qrup mərhələsində ən azı 2 komanda oynayır. Bura Premyer Liqada say artımı nəticəsində I diviziondan gələn daha 2 komandanı da əlavə etsək, bu say 4 olur.
5. I divizion klubu Premyer Liqa komandaları ilə daha çox üz-üzə gələrək, təcrübə toplayır ki, gələcəkdə Premyer Liqada oynadığı vaxt da rəqabətə hazır olsun.
6. I divizion klubu Azərbaycan Kubokunda çıxış etdiyi qrupda hətta 2-ci yer uğrunda mübarizə imkanı əldə edir. Nəticədə son illər Azərbaycan Kuboku tarixində ilk dəfə ¼ finaladək irəliləməyi bacarır.
7. Bu formatın tətbiqi nəticəsində Premyer Liqadakı hazırkı sistemdən başqasına keçid zamanı da əlavə problem ortaya çıxmır.
8. Azərbaycan Kubokuna maraq artır. Qrup mərhələsinin oyunları çox olduğu üçün Azərbaycan Kubokuna da titul sponsorunun tapılması sarıdan problemlər azalır.
9. Premyer Liqada ilk 6 və ya 7 pilləni tutanlar Azərbaycan Kubokunun qrup mərhələsinə avtomatik vəsiqə qazanmaqla, müəyyən məbləğdə bonusa sahib olurlar.
10. Daha çox ehtiyacı olan I divizion klubu qrup mərhələsinə vəsiqə qazanmaqla, ən azı yol xərclərini qarantiləyir.
11. Üzvlük haqqı, cərimələr və ya legionerlər üçün ödəmələr azaldılmaqla Premyer Liqa və I divizion komandalarının zəifləmə və ya dağılma təhlükəsi minimuma enir.
12. I divizionda klubların say azlığı mövcud reallıqda imkansızların xərclərinin azalmasına səbəb olur.
13. Azərbaycan Kubokunda qrup mərhələsinin tətbiqi UEFA tərəfindən başladılan milli federasiyalarda ölkə kubokuna diqqət artımı kampaniyasına bir dəstək olur.
14. Premyer Liqada mübarizə təkcə mükafatlar və Avropa kuboklarına vəsiqə verən 3-4 pillə uğrunda deyil, Azərbaycan Kubokunun qrup mərhələsinə birbaşa vəsiqə imkanı verən 6-7 pillə uğrunda gedir.
15. 14 komandalı çempionatda son pillələri tutma təhlükəsi ilə daha çox klub üzləşir. Nəticədə belə bir təhlükədən qurtulmaq üçün klublar arasında daha ciddi rəqabət gedir.
16. 14 klubdan 7-si Azərbaycan Kubokunun qrup mərhələsinə düşmək, 3-ü Premyer Liqada qalmaq üçün yarışırsa, qalan 4 klub ən yaxşı "7-liy"ə düşmək və ya ən zəif "3-lüy"ə düşməmək üçün mübarizə aparır.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1988   Tarix: 12 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qarabağ" "Ayaks"a məğlub oldu - Yenilənib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq. "Qafqazinfo" xəbər verir ki, təmsilçimiz Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-d

10.12.2025 1307
.

Ronaldo DÇ-yə vəsiqə qazandıqlarına görə komanda yoldaşlarına 50 minlik saat verdi - Fotolar

Portuqaliya yığmasının ulduzu və kapitanı Kriştianu Ronaldo dünya çempionatına vəsiqə qazanan milli üzvlərinə saat hədiyyə edib. "Qafqazinfo" xəbər verir ki, o, üzərində Portuqaliya bayrağının rənglərini əks etdirən saatları komanda yoldaşlarına mükafat olaraq verib. Hətta, Ronaldo avtomobi

26.11.2025 708
.

Hidayət bu dəfə medalsız qaldı

Azərbaycan cüdoçuları Hidayət Heydərov və Rəşid Məmmədəliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin mükafatsız başa vurublar. "Qafqazinfo" xəbər verir ki, Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov 1/8 finalda Muxiddin Asadulloyev

29.11.2025 389
.

"Qarabağ" Azərbaycan Kubokunda 1/4 finala yüksəldi

Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ" "Karvan-Yevlax"la qarşılaşıb. "Qafqazinfo" xəbər verir ki, "Azərsun Arena"da keçirilən görüşdə Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb. "Qarabağ" – "Karvan-Yevlax" - 3:0. Qol: Nərima

03.12.2025 712
.

"Keçmişə qayıtmağa ehtiyac yoxdur" - Qurban Qurbanov+Video

"Qarabağ" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin sualların

03.12.2025 742
.

Qurban Qurbanov Nəriman haqqında: "Özüm də nə deyəcəyimi bilmirəm"

"İlk qollarda bir az diqqətsiz olduq. Sonra rəqibin ustalığı ön plana çıxdı. Buraxdığımız sonuncu qolda Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Qarşılaşmanın sonlarında bəlkə də yorğunluq da var idi və sürətdə məğlub olduq". "Report"un məlumatına görə, bu sözləri "Qarabağ"ı

11.12.2025 684
.

İdmançı qadının 100 minlik dələduzluq iddiası təsdiqlənmədi, müqəssirin ittihamı yüngülləşdirildi

Külli miqdarda dələduzluqda və psixotrop maddə əldə etmədə təqsirləndirilən 1992-ci il təvəllüdlü Məhəmməd Abışovun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində başa çatıb. BİG.AZ "Teleqraf"a istinadla xəbər verir ki, istintaq materiallarına əsasən Məhəmməd Abışo

29.11.2025 371
.

"Real Madrid" uzun müddətdir maraqlandığı müdafiəçinin transferi fikrindən daşınıb

"Real Madrid" uzun müddətdir transfer siyahısına daxil etdiyi "Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konatenin oyun performansındakı gerilik səbəbindən onunla müqavilə imzalamaq niyyətindən imtina edib. "The Athletic" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu bu qərarlar

30.11.2025 370
.

İngiltərə klubunun futbolçusu azarkeşə qarşı qeyri-etik hərəkətinə görə 4 oyunluq cəzalanıb

İngiltərənin "Börnli" klubunun yarımmüdafiəçisi Hannibal Mejbri rəqib azarkeşə qarşı qeyri-etik hərəkətinə görə 4 oyunluq diskvalifikasiya edilib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu Premyer Liqanın VII turunda "Lids"lə oyunda reallaşıb. "Börnli"ni

06.12.2025 532
.

TOP MP3