2009-cu ilin ən populyar lətifələri

2009-cu ilin ən populyar lətifələri1) Lütvəli Abdullayev maşınla Şəkiyə gedirmiş. Bir kəndin kənarından keçəndə görür ki, bir oğlan eşşəyin üstündə gedir. Lütvəli oğlana yaxınlaşıb soruşur:
-Oğlan, siz bu kənddənsooz?
Oğlan:
-Mən bu kənddənəm, eşşək Şəkidən.
Lütvəli:
-Artıq benzinin varmı?
Oğlan eşşəyin quyruğunu qaldırıb deyir:
-Nolu göstərir.

2) Bir nəfərin dişlərinin hamısı «protez» (qayrılma diş) olur. Onun dişlərinin yeri ağrıyır. Elə hesab edir ki, ağrıyan dişidir. Protezi ağzından çıxarıb yerə qoyur və deyir:
-İndi nə qədər ağrıyısan ağrı, sora ağzıma qoyaram.

3) Keçmişdə bir tərəkəmə dağdan enəndə bir parça güzgü tapır. Güzgüyə baxır, öz sifətin görür, gülüb deyir:
-Bu nə eybəcər adamdır!
Evdə də bir neçə dəfə beləcə güzgüyə baxıb ülür.
Arvadı buna təəccüblənir. Kişi yatandan sonra xəlvətcə alıb güzgüyə baxır, öz-özünə fikirləşir:
-Bəxtəvər başıma, kişinin xoşuna bu arvad gəlirmiş. Yəqin ki, buna bənd olub.
Qaynana görür ki, gəlin çox pərtləşib. Səbəbini öyrənir. O da fürsət tapıb güzgüyə baxır və deyir:
-Bu nə eybəcər arvaddı. Gedə dəli oluf görəsən, nədi? Belə eybəcər arvada bənd oluf…

4) Hacı dayı meşədə odun doğrayırmış, bir də görür ki, bir yekə ayı başını aşağı salıb nərildəyə-nərildəyə gəlir. Kişi qorxudan özünü itirir, əl-ayağı başlayır əsməyə, nə qədər istiyir ki, qaçsın ayaqları sözünə baxmır. Hançandan-haçana özünü ələ alıb çıxır ağaca.
Ayı da gəlib dırmaşır həmin ağaca. Hacı dayı qalxır bir az da yuxarı, ayı da onun dalınca. Kişi ağacın lap təpəsinə çatanda görür ki, ayı ondan bir az aralıda dayanıb başlayır armud yeməyə.
Hacı dayı gözləyir ki, ayı armudu yeyib doysun, çıxıb getsin, sonra o da düşüb evinə yollanar.
Bu ara ayı bir dəymiş armudu budaqdan qopardıb Hacı dayıya doğru tutur. Kişi elə bilir allahın heyvanı səxavət göstərib ona meyvə vermək istəyir. Bərkdən deyir:
-Qanacağaa maşallah, dədən evində qalsın. Höylə mərfət sahibisən, yolumnan qaç, düşüm gedim öyümə.
Ayı bu qəfil səsdən diksinir, ayağının altındakı budaq sınır, guppultu ilə yerə diyirlənib ölür.
Hacı dayı ağacdan düşüb onun dərisini soyur, çiyninə atıb evinə gətirir.
Sonralar ayının dərisini hamıya göstərib deyirmiş ki, görən kimi üstünə cumdum, boğazınnan yapışıb boğdum. Amma dəymiş armud görəndə meyvənin sarılığı üzünə keçirdi.

5) Hacı dayının bir xoruzu vardı. Hər axşam camaat əkin-bikinnən evə dönəndə kişi bu xoruzu tutub var səsiylə qışqırırdı.
-Ay uşaq, habra bir bıçah gətir, xoruzun başını üzüm.
Sonra da xoruzu hinə buraxırdı.
Bir gün arvadı ondan soruşur ki, kişi, bu nə oyundu çıxarırsan?
Hacı dayı deyir:
-Qoy elə bilsinlər, hər axşam xoruz kəsif yeyirik. Yansınnar.

6) Şən keçməsi üçün şəkili Bəhlul adlı bir baməzəni məclisə qonaq çağırırlar. Qonaqlıq yağışlı və soyuq vaxta təsadüf edir. Bəhlulun ayaqqabıları və corabları yırtıq imiş, ayaqları suyun, palçığın içində olur. Bəhlul corabları çıxarıb ayaqqabısının içinə qoyur, yalın ayaqla məclisə girir.
Bəhlulu belə halda görən qonaqlar təəccüüblə soruşurlar:
-A, Bəhlul, həbilə soyuqda corablaroo niyə çıxartmısan?
Bəhlul özünü sındırmadan deyir:
-Corabları təzə almışam, ayağımı sıxır.

7) -Xala izin ver göbəyo üstündə qoz sındırım.
-Sənin ki könlündə biclik yoxdursa, bir daş altda qoy, bir daş üstə, sındırıb ye.

8) Adətə görə, gəlin ər evində böyüklərlə kəlmə kəsməzmiş. Bir gün qaynatası onlan soruşur:
-Axırı qızımın uşağı oldumu?
Gəlin başı ilə «hə» işarəsi verir.
- Oğlan oldu, yoxsa qız?
Sözlə deməyi bacarmayan gəlin əlindəki qazanı yerə qoyur, sol əlini meyzərinin ətəyinə qədər sallayır, sağ əlinin üç barmağıyla göstərir ki, beləsindən olub.

9) Qızla oğlan(proqramçı) gecə vaxtı, ağacın altında öz sirləri barədə söhbət edirlər.
Qız soruşur:
- Sirrini dəyə bilərsən əzizim?
Oğlan:
- Əlbəttə ki, buyur
include("db.php");
echo "$dbpassword";

10) Hacı dayı həmişə deyərmiş ki, insanın sağlamlığı dörd şərtlə bağlıdır. Hayındı kim bunnara düzgün əməl eləsə, azarlamaz.
Soruşurlar:
-Hansılardır o şərtlər?
Cavab verir:
-Ayağını isti saxla,
Başını sərin.
Yeməyi unutma,
Düşünmə dərin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9466   Tarix: 19 yanvar 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018