Döyülən qadınların bayramıdırmı?

Döyülən qadınların bayramıdırmı? Bu gün Postsovet respublikaları, Anqola, Qvineya, Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günüdür! Çünki, 8 mart Beynəlxalq Qadınlar Günüdür. Sadaladığım ölkələr isə qadın haqlarının ən çox pozulduğu, qadınların məişətdə psixoloji, iqtisadi, cinsi zorakılığa ən çox məruz qaldığı ölkələrdəndir. Həmçinin, Azərbaycan da bu günü bayram elan edib. İllərdir, azərbaycanlı qadın hər gün bu günü mətbəxtdə iki dəfə artıq çalışıb ailəsinin xidmətində dayanır. Deyilənə görə, 8 mart Qadınların bayramıdır...Qadınlara ilin 364 günündən yalnız biri düşüb. İl boyu həm evdə, həm də ictimai işlərdə əmək sərf edən qadınlar bir gün gündəmə gətirilir. Onların günü elan edilir.

Bəs bu günü Azərbaycan qadını necə qeyd edir?

Azərbaycanda qadınlar bütün sahələrdə demək olar ki, kişilərdən daha aktiv və faydalı əmək fəaliyyəti göstərir. Qətiyyən, söhbət cinsi ayrı-seçkilikdən getmir. Cinsi ayrı-seçkilik etmək keyfiyyətsizliyi yalnız kişilərə məxsusdur. Reallıq onu deyir ki, qadınlar həqiqətən də onlara imkan yaradıldığı andaca verilən işə dəfələrlə yaxşı can yandırır. Nəticə isə yüksək olur.

Azərbaycanda vitse-spikerlikdən tutmuş, millət vəkili, müəllim, jurnalist, limon satan, evdar bütün qadınlar bu günü öz günü elan edib. Lakin, doğurdanmı bu gün hamıya bayramdır?

Bu suala cavab axtaraq.

2012-ci ildə 790 qadının məişət zorakılığına məruz qaldığı rəsmi sənədlərlə öz təsdiqini tapıb. Zorakılığa məruz qalıb hüquq-mühafizə orqanlarına müraciət etməyən qadınların isə sayı təbii olaraq məlum deyil.

Dövlət orqanlarının isə nəticələri belədir: Dövlət Statistika Komitəsinin, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2011-ci ildə 178 cinayət hadisəsinin məişət zorakılığı ilə bağlı olub və onların 10.5 faizi əvvəllər cinayət törətmiş şəxslər, 10.2 faizi sərxoş vəziyyətdə olan şəxslər tərəfindən törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 74.3 faizi döymə, 20.5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 1.7 faizi qəsdən adam öldürmə, 3.5 faizi isə digər cinayətlərə nəticələnib. 2012-ci ilin 6 ayı ərzində qeydə alınan 773 cinayət hadisəsi zamanı 790 qadın zərər çəkib və onların 3-ü 18 yaşadək qızlar, 4-ü isə hamilə qadındır. Bu növ cinayətlərin 10.2 faizi əvvəllər cinayət törətmiş şəxslər ,11.3 faizi sərxoş vəziyyətdə olan şəxslər tərəfindən törədilib. Məişət zorakılığı nəticəsində baş verən cinayətlərin 73.9 faizi döymə, 22.4 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0.5 faizi qəsdən adam öldürmə, 3.2 faizi isə digər cinayətlərlə nəticələnib.

Axı, bu bayram həm də öldürülən qadınların haqqı idi...

Rəsmi sənədlər, rəqəmlər onu göstərir ki, ildə bir dəfə qadınların şərəfinə badə qaldırmaq kifayət etmir. Qadın hüquqlarının müdafiəsi sahəsində kifayət qədər boşluqlar var.

8 mart Qadınlar Günü ərəfəsində "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi aksiya keçirdi. Aksiyada qadınlar öz arzularını Qala divarları üzərinə vurulmuş ağ lövhələrə qadınlar həm gördükləri zorakılığı, həm də arzularını yazdılar. Arzular bu lövhədə müxtəlif deyildi. Əksinə, qadınların hamısının arzuları bütün dünya üçün idi. Arzularını yazan qadınlar sakit, müdaxiləsiz həyat istəyirdilər. Həyatlarına başqalarının müdaxilə etməməsini, seçim azadlığı, zorakılıq görmədən yaşamaq arzu edirdilər özlərinə...

10 ildən çoxdur ki, Azərbaycanda qadınların sığınacaq, güvən yeri olan təşkilat fəaliyyət göstərir. Söhbət bayaq adını çəkdiyim "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyindən gedir. Təşkilatda sığınacaq, hüquqi, psixoloji yardım kimi xidmətlər var. Bəlkə də bir ilə yaxın müddətdə həmin təşkilatda çalışmasaydım, Azərbaycanda qadınların nə qədər sıxıntıda, zorakılıq altında olmaları haqda heç vaxt məlumatım olmazdı. Sığınacaq təşkilatın sədri Mehriban Zeynalovanın şəxsi evidir. Darısqal, çətin şəraitdə gün ərzində nə qədər insanın bu mərkəzdən yararlandığının özüm şahidi olmuşam.

Təşkilata gün ərzində 5-6, bəzən də daha çox qadın müraciət edir.
Sığınacaqda iki otaq, bir ensiz balkon, iki adamın güclə sığışdığı mətbəx, tualet var. Ancaq bura indiyədək yüzlərlə ürək sığışıb. Yüzlərlə zorakılıq görmüş, döyülmüş, təhqir edilmiş, insan alveri qurbanı olmuş qadın müraciət edib, faydalanıb.

Sığınacaqda bayramı qeyd edən 4 qadın var. Rəsmi qaydaları nəzərə alaraq onların adlarını qeyd etmirəm. Qadınlardan biri insan alverinin qurbanı olub. 24 yaşı var. Öz tarixçəsini bizə danışır. Bir uşaqla əri onu çöldə qoyur. İşsiz anasının bir otaqlı evinə qayıdır. Maddi vəziyyətləri ağır olduğuna görə davamlı olaraq yaxınlıqdakı mağazalardan birindən həmişə nisyə ərzaq alır. Beləliklə mağaza sahibəsinə borclu qalır. Mağaza sahibəsi ona məcbur edir ki, işləyib borcunu qaytarsın. Ona iş təklif edir. İş isə evlərə gedib yır-yığış aparmaq olur. Mağaza sahibəsinə qoşulub gedən qızdan anası və azyaşlı uşağı uzun müddət xəbər tuta bilmir. Yalnız 1 aydan sonra polisdən xəbər gəlir. Qızı insan alverinin qurbanı olub. Onu ev yığışdırmağa yox, pullu seks xidməti göstərməyə məcbur edirmişlər.

Sığınacağın başqa sakini isə bura azyaşlı körpəsi ilə gəlib. Cənub bölgəsindəndir. Əri hər gecə uşağı yuxuya gedəndən sonra onu dənizin kənarına aparıb soyuq suyun içinə basırmış. Tələb edirmiş ki, zəng edib valideynlərindən pul tələb eləsin. Bu cür 1 ilə yaxın dözüb. Sonda isə əri onu dostlarının üzünə durmağa məcbur edib. O, arvadını məcbur edirmiş ki, dostlarına onu zorlamaq istədiyini deyib hədələsin. Qarşılığında isə pul alsın. Bir gün isə bıçaq sümüyə dirənir. O, evdən qaçıb Bakıya gəlir. Küçədə rastlaşdığı polis onu sığınacağa gətirir.

Digər qadın isə yaşının ahıl çağındadır. Oğlu və gəlini tərəfindən zorakılıq görür. Gedəcək yerinin olmadığını, qocalar evinə getmək istədiyini deyir.

Başqa bir sığınacaq sakini isə evdə gördüyü işgəncələrə dözməyib evdən qaçıb. O, dünyaya uşaq gətirə bilmədiyi üçün hər gün qaynanası və əri tərəfindən döyülürmüş.

Sığınacaq sakinləri bayramlarını darısqal sığınacaqda qeyd edir. Ancaq yenə də narazı deyillər. Ən azından ona görə ki, burda işgəncə və təhqir görmürlər.

Sığınacaq rəhbəri Mehriban Zeynalova sığınacaqdakı darısqallıqdan gileylənir. Deyir ki, daha çox qadına xidmət göstərmək istəsələr də buna maddi imkanları çatmır.

Sığınacaqdakıların isə bircə ümumi arzusu var: ev, iş, maddi təminat, zorakılıqdan uzaq həyat.

Bizim XXI əsrdə daha böyük sığınacağa yox, vətəndaş məsuliyyətinə, təhsilli, öz hüquqlarını bilən qadınların cəmiyyətinə ehtiyacımız olmalıdır. Sığınacaq qadınların xilas və qorunma yeridir. Kimdən? Kişilərdənmi? Cəmiyyətdənmi? Yoxsa bütün bunlara göz yuman hamımızdanmı?

Döyülən qadına "günahı var ki döyüldü" məntiqi ilə yanaşmaq, qonşuda olan zorakılığa göz yummaq zorakılıq zəncirini böyütmək deməkdir. Zorakılıq, qadın hüquqlarının tapdanması ailə məsələsi deyil, hüquq pozuntusudur. Hüquq pozuntusundan xəbəri olub tədbir görməyən vətəndaş isə cinayəti törədən qədər məsuliyyət və vicdan əzabı daşıyır.

Əziz 8 mart sahibləri, indi siz deyin, doğurdandamı bu gün Qadınların Bayramıdır?

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4593   Tarix: 08 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dava zamanı kişinin gözünü və qulağını yedi - ağlasığmaz OLAY

ABŞ-ın Los-Anceles şəhərində mağazanın dayanacağında "adamyeyən" dəhşət saçıb. xarici mediaya istinadla bildirir ki, küçədə yaşayan 29 yaşlı Kolin Çex "7-Eleven" ərzaq mağazasının dayanacağında tanımadığı şəxsə hücum edib. O, zərərçəkənin başını asfalta çırpıb, sonra da ona əyili

05.05.2024 284
.

Əslən pakistanlı olan Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib

Böyük Britaniyada müxalif Leyboristlər Partiyasının nümayəndəsi olan Sadiq Xan seçkilərdə qalib gələrək üçüncü dəfə London meri seçilib. Leyborist siyasətçi səslərin 43,9 faizini toplayaraq mühafizəkar rəqibi Syuzan Holla qalib gəlib. Məlumat üçün əlavə edək ki, əslən pakistanlı olan 53 yaşlı Sadiq Xa

05.05.2024 158
.

Baltik siyənəkləri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Baltik siyənəkləri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" yazıb. Qeyd olunub ki, siyənək balığı Norveç qızılbalığı üçün yem kimi istifadə olunur və kütləvi şəkildə tutulur. Dünya qızılbalığının yarıdan çoxunu təmin edən Norveç isə ötə

05.05.2024 214
.

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb. -ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb

28.04.2024 300
.

Avropanın ən gözəl çimərliyi AÇIQLANDI - SİYAHI

Maltanın Mellieha kəndi yaxınlığındakı "Ghajn Tuffieha Bay" çimərliyi 2024-cü ildə Avropanın ən gözəl çimərliyi kimi tanınıb. xəbər verir ki, bu nəticə dünyanın müxtəlif ölkələrindən Avropada istirahətə üstünlük verən səyahətçilərin sorğusu əsasında tərtib edilib. Çimərlik turistlərə yüksə

05.05.2024 213
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 350
.

Təmir ustası xidməti

Usta xidmeti ilə bağlı ən son xidmətləri saytında tapacaqsınız. Sıradan çıxan texnikanızı münasib qiymətə düzəltdirmək istəyirsinizsə, həmçinin peşəkar usta xidmətindən faydalanmaq fikrindəsinizsə, onda vaxt itirmədən bizə müraciət etməlisiniz. Ətrafınızda usta çox olsa da, işindən razı qalacağınız ust

04.05.2024 155
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

05.05.2024 197
.

"Google" rəsmi proqramlarla bağlı yenilik etdi

"Google" rəsmi hökumət proqramlarını müvafiq etiketlə işarələməyə başlayıb. Məlumata görə, tətbiqin rəsmi mənşəyini təsdiqləmək üçün yükləmə düyməsinin yanında "Government" və ya "Dövlət Qurumu" qeydinin olmasına diqqət edilməlidir. Hazırda yenilik Avstraliya, Braziliya

04.05.2024 186