Evlənmək üçün İslamdan imtina etdilər?

Onlar evlənəndən sonra tam iki ay nikahlarını gizli saxladılar, çünki yaşadıqları ölkədə müsəlmanlar arasında yalnız Şəriət nikahları qüvvədə olduğundan onların izdivacları qanunsuz sayılırdı.
Onlar özlərini müasir Romeo və Cülyetta adlandırırlar.

Livan vətəndaşları Nidal Dərviş və Xolud Sukkariyyə ailə qurmaq üçün dinlərindən, İslamdan da imtina ediblər.
Nidal şiə, Xolud isə sünnidir.

Şiələrlə sünnilər arasında münasibətlərin çox gərgin olduğu Livanda şiə və sünni arasındakı nikahlar nadir olaydır. Buna rəğmən, Nidalla Xolud evlənmək qərarına gəlmişdilər.
Üstəlik, onlar Şəriət nikahı yox, sivil nikahla izdivaclarını rəsmiləşdirmək niyyətində idilər.
Bu səbəbdən də Nidal və Xolud məsləhətləşdilər, İslamdan imtina etdilər və evləndilər.

Onların nikahı adi nikah olduğundan, izdivacları faktiki olaraq ailələri və qohumları ilə yanaşı, bütün ölkəyə meydan oxumaqdı.
"Biz Leyli və Məcnun deyilik. Özümüzü Romeo və Cülyetta sayırıq, çünki Şərq ehkamlarından imtina edərək Qərbin sivil yaşam tərzini seçmişik", - Xolud deyir.

Livanın mövcud qanunvericiliyinə görə, müsəlmanlar arasındakı izdivac yalnız Şəriət nikahı ilə rəsmiləşə bilər. Vətəndaş nikahı isə yalnız müsəlman olmayanlar arasında mümkündür.

Bu səbəbdən də Nidal və Xolud başqaları kimi Kiprə yollanaraq, orada evlənmək əvəzinə, Livandakı Bekaa vadisindəki kəndlərdən birində nikahlarını rəsmiləşdirdilər.

29 yaşlı ingilis dili müəllimi Xolud deyir: "Livanda müsəlmanın vətəndaş nikahına girməsi qəliz, bəlkə də mümkünsüz məsələdir. Ona görə də dinimizdən imtina etməli olduq. Lakin xoşbəxtik və qərarımıza da qətiyyən heyfsilənmirik".
Nidalla Xolud nikaha girəndən sonra iki ay bu barədə kimsəyə xəbər verməyiblər. Onlar Livan DİN-in bu nikahı rəsmiləşdirməsini gözləyirdilər.

Bu nikahla bağlı Livanda böyük qalmaqal qopub. Ölkənin baş naziri Nijab Mikatinin dediyinə görə, vətəndaş nikahını adi olaya çevirmək hələ tezdir.

Nidal söyləyib: "Vətənaş nikahı Livanın siyasətçilərinə və xüsusilə də müsəlman siyasətçilərə sərf etmir. Çünki vətəndaş nikahı müsəlmaları sünni və şiələrə bölərək onları idarə etməyə çalışan adamların hakimiyyətini laxladır. Biz Şəriət nikahında olaraq hansısa qrupa yox, vətəndaş nikahına girərək ölkəyə xidmət etmək istəyirik".

Livanda 1950 və 1998-ci illərdə vətəndaş nikahlarını leqallaşdırmaq səyləri olsa da, bu cəhdlər uğursuzluqla nəticələnmişdi.

mənbə: atvxeber.az

Evlənmək üçün İslamdan imtina etdilər?Evlənmək üçün İslamdan imtina etdilər?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3400   Tarix: 08 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476