Kişi deputatlarımız xanımlarından danışdılar

Kişi deputatlarımız xanımlarından danışdılarMilli Məclis bəlkə də qadın azadlığı mövzusunda ən çox danışılan məkandı. Bunu nəzərə alıb, kişi deputatlarımıza xanımlarının azad olub-olmamaları ilə bağlı maraqlı suallarla müraciət etdik.

Əvvəlcədən deyək ki, cavablar çox maraqlı oldu:

Millət vəkili Ceyhun Osmanlı:

- Xanımınızı azad qadın saymaq olar?
- Bütün Azərbaycan xanımları azaddır. Çünki ilk olaraq bu hüququ onlara Azərbaycan Konstitusiyası verir. Bilirsiniz, düşünürəm ki, azadlıq daha çox insanın duyğuları ilə bağlıdır. Hesab edirəm ki, ilkin azadlıq insanın özünü azad hiss etməsindən başlayır. Azadlıq həm də bilgiylə bağlıdır. İnsan öz hüquqlarının nə qədər geniş olduğunu anlayanda özünü azad hiss edir. Hər bir təhsilli qadın azaddır. Kim azadlığında problem görürsə, deməli, hüquqlarından xəbərsizdir...

- Xanımınız hüquqlarından xəbərdardır?
- Bəli. Mənim xanımım ali təhsillidir, işləyir və kifayət qədər azaddır.

Millət vəkili Zahid Oruc:

- Xanımınıza azadlıq vermisiniz?
- Evdə münasibətlər nə demokratiyanın Qərb formasıdır, nə də totalitarizmin ərəb modeli. Ortaq sistem tapılıb. Qarşılıqlı anlaşmaya dayanan, təşəbbüskarlığa və özünüifadəyə söykənən, inandırma ilə şərtlənən, həmçinin, gələcəyə yönələn bir formadır. Lakin hörmət və ehtirama baxmayaraq, qərarvermədə üstün hüquqlar məndədir, bununla belə tiran da deyiləm. Bir çox Şərq patriarxallarından fərqli olaraq elə hesab etmirəm ki, zor güc əlamətidir. Formasiya etibarilə bu model quldarlıq quruluşu deyil, Şərqi Avropanın sosial sisteminə də çox yaxın sayıla bilməz. Bunun cəmiyyətimizdə qərarlaşmış azadlıq anlayışına nə qədər uyğun olduğunu deyə bilmərəm.

- Bu model onu qani edir?
- Hər halda xüsusi şikayətlər eşitmirəm. Qız övladım da iç münasibətləri sürəkli izləyir. Haqsızlıq baş versə, anında etiraz edir. Bu da mənəvi mühitə və ədalətliliyə əlavə bir tutarqa, yaxşı tənzimləmə vasitəsidir. Qadın azadlığı zorən bərabərləşdirməni nəzərdə tutmur.

Millət vəkili Novruz Aslan:

- Xanımınız azaddır?
- Tək xanımım yox, qızlarım da azaddır. Qadınlara azadlıq yalnız kişilər tərəfindən verilməyib, Yaradan onları azad yaradıb. Bu suallara yəqin ki, qadınlarımız özləri daha obyektiv cavab verər. İnanmıram ki, hansısa bir kişi qadınının azadlığını çərçivəyə saldığını desin...

- Xanımınızın özünü azad hiss etməsi üçün nələr edirsiniz?
- "Azadlıq" deyəndə, axı nəyi nəzərdə tutursunuz? Bu suala geniş cavab vermək olar.

- Novruz bəy, xanımınız hər addımına görə sizdən icazə almalıdır?
- Mən "icazə" sözünü "məsləhət" sözü ilə əvəz edərdim. Əgər ailədən söhbət gedirsə, təbii ki, hər zaman məsləhətləşmək lazımdır. Əslində yeri gələndə icazə almaq da olar. Ailədə qərarları uşaqlar da daxil olmaqla birgə vermək daha məqsədəuyğundur.

Millət vəkili Çingiz Qənizadə:

- Sizcə, xanımınız azad qadındır?
- Qismən azaddır.

- Bu suala sırf azərbaycanlı kimi cavab verdiniz...
- Bizim dəyərlərimiz, mentalitetimiz belədir. Qadına tam azadlıq verməyin tərəfdarı deyiləm. Evdə kişinin öz yeri olmalıdır, qərarları kişi verməlidir. Ola bilsin ki, evə, uşağa aid olan məsələlərdə xanımla məsləhətləşəsən.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1520   Tarix: 08 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022