Qadına ən böyük hədiyyə ...

Qadına ən böyük hədiyyə ...Sevdiyimiz insanın yanımızda olmağı, sağlığı bizim üçün nəyə desəniz dəyər".

Psixoloq Mələk Kərimova: "Həyatın mənası maddiyyatda deyil. Sevdiyimiz insanın yanımızda olmağı, sağlığı bizim üçün nəyə desəniz dəyər". "Ailəm" jurnalının redaktoru Aydın Ucal: "Qadına hörmət, diqqət müəyyən vaxtlarda yox, həyatın bütün mərhələlərində olmalıdır".

8 Mart xanımlarımız üçün əlamətdar günlərdən biridir. Dünyanın bəzəyi olan qadınlar bu gün bir daha diqqət mərkəzinə gəlirlər. Qadın - ana, bacı, həyat yoldaşı, həm də gözəllikdir. Uca dinimizə görə, cənnət anaların ayaqları altındadır. Demək, insan ananı həmişə uca tutmalı, sevgisini, rəğbətini qazanmalıdır. Yenə dinimizdə buyurulur ki, Allah-Təalanın insanlara rəğbəti valideynin rəğbəti ilədir. Yəni anaların duası bizə cənnəti qazandırar. Ana sevgisini pasport kimi rəsmiləşdirmək, ilin bircə gününə sığışdırmaq, ilk növbədə, ana adına hörmətsizlikdir. İlin bir günü yox, bütün günləri onun bayramı olmalıdır. Bu, bacılara da aiddir, həyat yoldaşlarına da, digər xanımlara da. Qadın elə bir varlıqdır ki, o, təkcə 8 Martda yox, hər gün, hər saat, hər an diqqətə, hörmətə, sevgiyə layiqdir.

"Ailəm" jurnalının redaktoru Aydın Ucal deyir ki, hörmət müəyyən vaxtlarda yox, həyatın bütün mərhələlərində olmalıdır: "Problemlərimizi təkbətək və qarşılıqlı hörmət çərçivəsində həll etməliyik".

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Mələk Kərimova deyir ki, 8 mart simvolik gün olaraq seçilib və bu, xanımlarımıza "sən ilboyu dəyərlisən" mesajı kimi qəbul olunur. M. Kərimova: "Həyatın mənası maddiyyatda deyil. Əşya qırıla, itə bilər. Amma münasibətlərin itməsi, qırılması çox təhlükəlidir. Əsas olan xoş münasibət, sevgi, hörmət və diqqətdir".

8 mart - Beynəlxalq Qadınlar Günü... Bu bayram bir çoxları üçün adi gün, bəziləri üçün isə "sınaq dövrü"dür. Yarızarafat-yarıciddi bu günü "kişilərin qara bayramı" adlandıranlar da var. Amma unutmayaq ki, qadın, ilk növbədə, anadır.

Qadınlar bayramında hər kəs öz imkanına görə, yaxınlarına hədiyyə alır və zənnimizcə, bu, çox normal haldır.

Hədiyyənin bahalısı, ucuzu olmaz. Səmimi, ürəkdən, sevgi ilə verilən kiçik bir hədiyyə, göstərişlə verilən bahalıdan qat-qat dəyərli və qiymətlidir.

Qadın ana, bacı, həyat yoldaşı, həm də gözəllikdir. Uca dinimizə görə, cənnət anaların ayaqları altındadır. Demək, insan ananı həmişə uca tutmalı, sevgisini, rəğbətini qazanmalıdır. Yenə dinimizdə buyurulur ki, Allah-Təalanın insanlara rəğbəti valideynin rəğbəti ilədir. Yəni anaların duası bizə cənnəti qazandırar. Ana sevgisini pasport kimi rəsmiləşdirmək, ilin bircə gününə sığışdırmaq, ilk növbədə, ana adına hörmətsizlikdir. İlin bir günü yox, bütün günləri onun bayramı olmalıdır. Bu, bacılara da aiddir, həyat yoldaşlarına da, digər xanımlara da.

Qadın elə bir varlıqdır ki, o, təkcə 8 Martda yox, hər gün, hər saat, hər an diqqətə, hörmətə, sevgiyə layiqdir. Təəssüf ki, günümüzdə bir çoxları bunu başa düşmürlər. Elə boşanmaların sayının artmasının bir səbəbi də məhz budur. Qadın, ilk növbədə, hörmət tələb edir. Ailədə də, işdə də, cəmiyyətdə də. Bəs həyat yoldaşına hörmət etmək nə deməkdir? Əgər istəyirsinizsə, məsələyə bu sualın cavabından başlayaq...

Bir çox ailələrdə hörmət məfhumunu düzgün başa düşmürlər. Məsələn, bəziləri hörməti həyat yoldaşı üçün "hər şeyə hazır olmaq" kimi qəbul edirlər. Bunun üçün tərəflər bir-birilərini tam mənası ilə qəbul etməlidirlər. Hörmət hər iki tərəfə aiddir.

"Ailəm" jurnalının redaktoru Aydın Ucal deyir ki, hörmət müəyyən vaxtlarda yox, həyatın bütün mərhələlərində olmalıdır. Danışarkən hörmət, dinləyərkən hörmət, münasibətdə hörmət, ünsiyyətdə hörmət və s. "Hər şeydən əvvəl, hər hansı bir hadisə qarşısında özümüzü həyat yoldaşımızın yerinə qoyub, o şəkildə reaksiya verməliyik. Yəni həyat yoldaşımızla impatiya qurmalıyıq. Danışarkən səs tonumuzu, vurğularımızı seçməli, hər sözümüzə həssaslıqla yanaşmalıyıq. Danışmağı öyrəndiyimiz kimi, dinləməyi də öyrənməliyik. Həyat yoldaşımıza özünü ifadə etmək üçün imkan verməliyik. Vaxtından əvvəl hökm verməyə çalışmamalıyıq. Xüsusilə, cəmiyyət içərisində mübahisə etməməyə və həyat yoldaşımızı ittiham etməməyə diqqət yetirməliyik. Problemlərimizi təkbətək və qarşılıqlı hörmət çərçivəsində həll etməliyik. Təhqirə yol verməməliyik. Həyat yoldaşımıza hörmət etdiyimiz kimi, onun dəyər verdiyi şeylərə də (məsələn, ailəsi) hörmət etməliyik",-deyə Aydın Ucal bildirdi.

"Həyatın mənası maddiyyatda deyil"

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Mələk Kərimova qəzetimizə açıqlamasında sualımızı həm xanım, həm də bir psixoloq kimi cavablandırdı. Mələk xanım dedi ki, qadınlar hər şeydən öncə diqqəti xoşlayırlar. Bu baxımdan 8 Mart ildə bir dəfə də olsa, xanımlarımız üçün diqqət günüdür: "8 mart simvolik olaraq seçilib və bu, xanımlarımıza "sən il boyu dəyərlisən" mesajı kimi qəbul olunur".

Psixoloqun dediyinə görə, hədiyyənin böyüyü, kiçiyi olmaz. Hər şey onu necə təqdim etməkdən asılıdır: "Bahalı bir hədiyyəni elə təqdim edərsən ki, onun heç bir dəyəri olmaz. Hədiyyəni təqdim edərkən göstərilən münasibətdən də çox şey asılıdır. Kişilər bu məqama xüsusi diqqət verməlidirlər".

Mələk xanımın sözlərinə görə, kişilər hədiyyə almağa "hamı alır, mən də alım" düşüncəsi ilə yanaşmamalıdırlar: "Hədiyyəni təqdim edərkən xoş söz söyləmək, səmimi duyğuları ifadə etmək lazımdır. "Nə yaxşı ki, həyatımda varsan" kimi xoş sözlər bu baxımdan böyük əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən, müsahibimiz özü də hədiyyə umduğunu söylədi. Dediyinə görə, artıq təbriklər almağa başlayıb.

Lakin günümüzdə elə insanlar da var ki, onların yanaşmasına görə, hədiyyə dediyimiz şey mütləq bahalı olmalıdır. Hətta bir çoxları bahalı olmayan hədiyyəni özləri üçün təhqir kimi qəbul edirlər. Psixoloq Mələk Kərimova bu cür düşünənlərə belə cavab verdi: "Həyatın mənası maddiyyatda deyil. Sevdiyimiz insanın yanımızda olmağı, sağlığı bizim üçün nəyə desəniz dəyər. İnsan itirdikdən sonra qədrini bilməməlidir. Əşya qırıla, itə bilər. Amma münasibətlərin itməsi, qırılması çox təhlükəlidir. Əsas olan xoş münasibət, sevgi, hörmət və diqqətdir.

mənbə: zaman.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4181   Tarix: 08 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554