Ramil Səfərovun məhkəmədəki çıxışı ortaya çıxdı (Mətn)

Ramil Səfərovun məhkəmədəki çıxışı ortaya çıxdı (Mətn)"Yalnız onda anladım ki, hər şeyi itirdim..."
"Qurgen bayrağımızı ələ salaraq deyirdi: "Qırmızı rəng bizim tökdüyümüz qandı, yaşıl rəng isə otun rəngidir, onlar qoyundurlar axı... "

Vesti.az saytı erməni hərbçisini öldürdüyünə görə Macarıstanda 8 il məhbus həyatı yaşayan Azərbaycan zabiti Ramil Səfərovun istintaq materiallarını dərc edib. Dərc olunan istintaq materiallarında məhkəmə-tibb ekspertizasının 3 rəyi də var. Psixiatorların iştirakı ilə 2004-cü ilin fevralında rus dilində keçirilən ekspertizanın rəyinə görə, R.Səfərov Q.Marqaryanı öldürəndə anlaqlı olub. Rəydə o da bildirilir ki, Ramil rus dilində pis danışır və fikirlərini yaxşı ifadə edə bilmir. Bundan sonra 2005-ci ildə Ramili daha iki dəfə tibb ekspertizasından keçiriblər. Bu dəfə Ramilin yaxşı bildiyi türk dilində. İkinci ekspertiza birinci ekspertizanın rəyini təsdiq edib. Nəhayət, sonuncu ekspertizada təsdiq olunub ki, R.Səfərov olayı törədəndə müharibədə yaşadığı dəhşətlərin təsiri altında olub.

Məqalənin ən maraqlı bölümü Ramilin məhkəmədə verdiyi ifadədir. Budapeşt məhkəməsində Ramil yaşananları belə anladıb: "Ermənilər kəndimizə hücum edəndə məni oradan təcili tibbi yardım maşınında çıxardılar. 14 yaşım vardı. Məni anam yola salırdı (Ramilin anası xəstəxanada tibb bacısı işləyib), ancaq mən onu qucaqlaya da bilmədim - onun üst-başı tamam qan içində idi. Məni kənddən çıxaran təcili yardım maşınını meyitlərlə doldurmuşdular. İçəridə tərpənə bilmirdim. İndi də avtobusa, ya qatara bilet alanda iki ədəd alıram ki, yanımda heç kəs oturmasın. Mənə hələ də elə gəlir ki, o meyitlər mənə toxunur. Bizim evimiz təpədə yerləşirdi və ermənilər həmin istiqaməti davamlı atəşə tuturdular. O zaman da mən yuxumu tamamilə itirmişdim - heç yata bilmirdim. Son vaxtlar da mən çox pis yuxular görürəm, təlaşla yuxudan ayılıram - həmin vaxtlar mənim ürəyim bərk ağrıyır və ürəkbulanmam olur, mən yatmaqdan qorxuram. Türkiyədə hərbi təlimlərdə olarkən bu problemə görə hərbi həkimlərə müraciət etmişdim və onlar mənə əsəb pozğunluğunu müalicə edən dərmanlar təyin etmişdilər...

İşğala qədər mən həyatsevər gənc idim - musiqi ilə məşğul olurdum, şəkil çəkirdim, sinif nümayəndəsi idim. Hərbi əməliyyatlar başlayandan sonra isə mən davamlı qorxu içərisində yaşamağa başladım. Ancaq qorxularım haqqında heç kimə heç nə demirdim, düşünürdüm ki, məni anlamazlar. Hərbçi olmağı, düşmənlərlə mübarizə aparmağı qarşıma məqsəd qoymuşdum. Mən ancaq bu haqda düşünürdüm - musiqi, idman, sevgi, maddi təminat məni maraqlandırmırdı... Budapeştə təlimə gələndə mən dərk edirdim ki, Vətənimi təmsil edirəm, nümunəvi olmaq üçün səy göstərirdim. Ancaq burada dərhal problem yarandı, məlum oldu ki, kurslarda Ermənistandan iki zabit var - Qurgen Marqaryan, Ayk Mukuçyan. Kursantlardan heç biri ilə problemim yox idi. Ancaq ermənilərin orada olması məndə gərginlik yaradırdı. Bir neçə gün sonra bizim aramızda toqquşmalar başladı. Bizim yanımızdan keçəndə onlar bərkdən gülür, bizə söz atır, ermənicə söyüş söyürdülər, mən onların nə dediyini anlayırdım. Bir dəfə bizi Keçkemet şərab zavoduna ekskursiyaya aparmışdılar. Mən ümumiyyətlə içmirəm, ermənilər isə xeyli içmişdilər. Qayıdanda mən avtobusda qabaq oturacaqlardan birində oturmuşdum. Marqaryan avtobusa mindi və yanımdan keçəndə başıma çırtma vurdu. Öncə düşündüm ki, bu təsadüfdür və o, üzr istəyəcək. Ancaq Qurgen bir addım keçən kimi mənə ermənicə ana söyüşü söydü.

Növbəti gün mən əlimdə dəftər koridorda dayanmışdım. Haradansa Qurgen peyda oldu, mənim yanımdan keçəndə dedi ki, indi yazı yazmaq vaxtı deyil, gedin, heç olmasa, döyüşün. Mən cavab vermədim, kurslarda mənasız konflikt yaratmaq istəmədim. Bir neçə gün sonra Xorvatiyadan olan mayorla dəhlizdə söhbət edəndə Marqaryan yenə bizim yanımızdan keçirdi. O, əlindəki basketbol topunu nümayişkaranə şəkildə bizim aramızdakı divara çırpdı və yoluna davam etdi.
Fevralın ilk günlərində bizimlə kurslarda olan litvalı zabitin ad gününü qeyd edirdik. Biz ona Azərbaycan bayrağının və Qız qalasının təsviri olan brelok bağışlamışdıq. Fevralın 16-da Qurgen həmin litvalı zabitlə bizim bayrağımızın rənglərini müzakirə edirdi. Qurgen bayrağımızı ələ salaraq litvalı zabitə deyirdi: "Bu qırmızı rəng bizim tökdüyümüz qandı, yaşıl rəng isə otun rəngidir, onlar qoyundurlar axı, otu xoşlayırlar". Çox əsəbləşmişdim, ancaq özümü saxladım, onlara yaxınlaşmadan çıxıb getdim.

Qərara gəlmişdim ki, bu haqda komandir Zoltana deyim. Mən və digər azərbaycanlı kursant Zoltanın yanına gəlib onu başa salmağa çalışdıq.
Mən dedim ki, Marqaryan bizim müqəddəs saydığımız bayrağımızı təhqir edib. Ancaq komandir məni anlamadı. Görünür, o zaman mənim ingiliscəm zəif idi. Zoltan dedi ki, narahat olmayaq, yəqin bu, bir də təkrarlanmaz, əgər çox narahatıqsa yazılı şikayət edə bilərik. Biz düşündük ki, bu, bizə yaraşmaz.

Çox əsəbi olmuşdum. Eyni otaqda qaldığım kursant da ölkəsinə qayıtmışdı - anası rəhmətə getmişdi. Mən yata bilmirdim və hiss edirdim ki, uşaqlıqdakı kimi psixoz başlayır. Məni vahimə basırdı. Səhər yataqdan güclə qalxdım, öncə komandirin yanına getmək istədim. Sonra düşündüm ki, ikinci dəfə getməyinə dəyməz. Kitabxanaya gəldim - Xocalı soyqırımı ilə bağlı təqdimat hazırlayırdım, onu bitirmək istəyirdim. İşləyə bilmədim, həyəcanlanmağa başlamışdım.
Dostumun yanına getmək istədim, ancaq istəmədim o məni belə görsün. Şəhərə çıxdım, TESCO universamına getdim. Özümü müdafiə üçün balta almaq qərarına gəldim. Biz uşaqlıqda həmişə müdafiə üçün yastığımızın altında kəsici alət saxlayırdıq. Baltanı evə gətirdim, qapını bağlayıb yatağa uzandım.

Halım getdikcə pisləşirdi. Düşünürdüm ki, axı mən niyə qorxuram, axı mən əsgərəm, mən qorxuya qalib gəlməliyəm. Yenə Xocalı ilə bağlı təqdimatı yazmağa başladım - ancaq heç nə alınmadı. Koridora çıxıb siqaret yandırdım, bu vaxt Marqaryan mənə tərəf gəldi. Yanımdan keçəndə əlini divara çırpıb dedi: "Döyüşmək lazımdı, kitab oxumaq yox". Otağıma gəlib duşun altına girdim. Su soyuq idi, ancaq bu mənə təsir etmirdi. Qulağıma səslər gəlirdi - bir səs mənə "get", bir səs "getmə" deyirdi. Aradan xeyli keçdi. Sonra otaqdan çıxdım, onun otağına yaxınlaşdım. Qapının ağzında uzun müddət dayandım - girim, girməyim? Qurgen macar zabiti ilə eyni otaqda idi. Mən içəri girib işığı yandıranda Marqaryan yerindən qalxmaq istədi. Yenidən qulağıma həmin səslər gəlməyə başladı, məni soyuq tər basdı, qışqıraraq onu baltalamağa başladım. Bu zaman macar kursant yuxudan oyandı. Mən onu sakitləşdirib dedim ki, onunla heç bir işim yoxdu.

Sonra otaqdan çıxdım, koridorda yenidən qışqırmağa başladım. Səsimə özbək kursant çıxdı. Mən ondan ikinci erməninin hansı otaqda olduğunu soruşdum. Ancaq mən bilmirəm onu niyə axtarırdım. Saat 4.45 idi. (Şahid ifadələrində deyilir ki, Ramil digər erməninin olduğu otağın qapısını bir müddət döysə də içəridəkilər qapını açmayıblar.)
Sonra Azərbaycandan olan digər kursant dostumun yanına getdim. Birlikdə mənim otağıma qayıtdıq. Oturanda o, ağlamağa başladı. Yalnız onda aydın şəkildə dərk etdim ki, hər şeyi itirdim - ailəmi də, karyeramı da, həyatımı da. Ermənilər məndən onsuz da hər şeyimi almışdılar, indi isə belə bir iş də baş vermişdi...Sadəcə bunları demək istədim. Ümid edirəm ki, siz məni anlayacaqsınız".
Yada salaq ki, Ramil Səfərov ötən il avqustun 31-də Azərbaycana ekstradisiya olunaraq prezidentin xüsusi fərmanı ilə həbsdən azad olunub.

mənbə: azvisiyon.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4651   Tarix: 06 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təranə Səmədova amnistiyaya düşəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib. Amnistiya aktının qəbul ediləcəyi təqdirdə, cəzaya məhkum edilmiş bir sıra şəxslərin azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi mümkün olacaq. Bu kontekstdə tanınmış prodüser Təran

16.12.2025 365
.

Şüşədə yağ, içində sual işarəsi... Etiketə inan bədəninə dua et

Supermarketlərdə yüzlərlə çeşid günəbaxan, qarğıdalı, zeytun yağları satılır. Hər birinin üzərində 100% təbii olduğu yazılır. Lakin məhsulu aldıqda isə keyfiyyətinin o olmadığını görürük. Ölkəmizdə duru yağlar yerli istehsal ilə yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Sinqapur kimi ölkələrdən idxal olunur

16.12.2025 528
.

Bakı və Ankara hərbi əməkdaşlığı hüquqi çərçivəyə bağladı

"Milli Məclis Azərbaycan və Türkiyə Müdafiə nazirlikləri arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunu ratifikasiya edib". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, sənəd tərəflərdən birinin silahlı təcavüzə məru

16.12.2025 220
.

Hansı növ sevgi üçün nəzərdə tutulmusunuz? - Doğum tarixinizə əsasən sirri açın

Bəzən insan həqiqi sevgini nə vaxt tapdığını anlamaqda çətinlik çəkir. Çox vaxt karmik partnyoru doğma ruhla qarışdırırıq və ya hər şeyin demək olar ki, düzgün olduğunu hiss edirik, amma nəsə çatmır. Özünüzü tənqid etmək əvəzinə numerologiyaya müraciət edərək sizə hansı sevgi növünün qismət olduğun

16.12.2025 328
.

88 ildən sonra ilk dəfə: Volkswagen Almaniyadakı zavodunu bağladı

Almaniyanın avtomobil istehsalçısı Volkswagen, şirkətin 88 illik tarixində ilk dəfə olaraq Drezden zavodunun bağlandığını elan edib. -ın xarici mediaya istinadla məlumatına görə, bu qərar maliyyə çətinlikləri ilə əlaqədardır. Məlumata görə, şirkət Çində satışların azalması, Avropa bazarında tələbatı

16.12.2025 277
.

Həmin atışmada yaralanan ikinci avtoritet də öldü

11 noyabrda Qondarma "Abxaziya Respublikası"nın Suxumi şəhərində baş vermiş atışma nəticəsində yaralanan ikinci şəxs Moskva klinikasında vəfat edib. xarici mediaya istinadla bildirir ki, Suxumi sakini olan 45 yaşlı avtoritet Almas Kvitsiniya ağır kəllə-beyin travması alıb. O, müalicə üçün Rusiyay

16.12.2025 292
.

Azərbaycanda elektron siqaret - Qadağan edilir

Azərbaycanda elektron siqaretlər qadağan olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" Qanun

16.12.2025 509
.

Rusiyada "YouTube" tam bloklanacaq

"Rusiyada "YouTube"un yaxın 6 ay - 1 il ərzində tam bloklanması gözlənilir". "Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Andrey Svintsov bildirib. "Bu

16.12.2025 308
.

Sevda dayələrə etibar etmir

"Övladlarıma anam, qayınanam baxır. Dayəmiz bir il yarımdır yoxdur. Artıq istəmirik də. Evdə olan günü vaxtıı uşaqlara sərf edirəm. Bu, həm onlar, həm mənim üçün yaxşıdır". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Qonaqcanlı" verilişində deyib. Sənətçi övladların

16.12.2025 540
.

TOP MP3