"Xoca" filmi qırğız dilinə dublyaj edilib

"Xoca" filmi qırğız dilinə dublyaj edilibKinorejissor Vahid Mustafayevin "Xoca" bədii filmi Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun, Qırğızıstan Azərbaycanlıları Konqresi İctimai Birliyinin və "Xəzər" İssık-Kul Azərbaycanlıları İctimai Birliyinin sifarişi ilə qırğız dilinə tərcümə olunaraq dublyaj edilib. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan bildiriliblər ki, dublyajın rejissoru Qırğızıstanın əməkdar artisti Murat Mambetov, filmi qırğız dilində səsləndirən bu ölkənin əməkdar artistləri Nazım Mendebairov və Şair Kasımaliyevadır.

Filmin səs operatoru birinci dərəcəli səs rejissoru Nurkız Tunqatarovadır. Qeyd edək ki, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkilatçılığı ilə bu il fevralın 11-12-də filmin Bişkekdə təqdimatı keçirilib. Azərbaycan həqiqətlərini özündə əks etdirən film tamaşaçıların böyük marağına səbəb olub. Film Qırğızıstanın bir sıra telekanallarında rus dilində nümayiş etdirilib.

Filmə tamaşa edən qırğızdilli auditoriya Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun ünvanına filmin qırğız dilinə tərcümə edilməsi üçün çoxsaylı müraciətlər edib. Buna görə də Qırğızıstandakı Azərbaycan diaspor təşkilatları filmi qırğız dilinə tərcümə olunmasına qərar veriblər.

Rejissor Vahid Mustafayev "Xoca" filminin Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında müstəsna xidmətlərinə görə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun "Heydər Əliyev" qızıl medalına və Qırğızıstan Mədəniyyət Nazirliyinin nəzdindəki "Kırqızfilm" kinostudiyasının diplomuna layiq görülüb.

Filmi qırğız dilinə tanınmış şair və tərcüməçi Mukan Asanaliyev tərcümə edib. Bu yaxınlarda filmin Bişkekin "Oktyabr", "Rossiya" və "Ala Too" kinoteatrlarında eyni vaxtda təqdimatı keçiriləcək. Artıq Qırğızıstanın bir çox telekanalları filmi nümayiş etdirməkdə maraqlı olduqlarını bildiriblər.

Mənbə:anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1230   Tarix: 06 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14.04.2024 339
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 155
.

Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: "Əgər alınmırsa..."

Çoxları onu gözəl bədii qiraət ustası kimi tanıyır. Filmlərin dublyajını da onun səsi olmadan təsəvvür eləmək çətindir. Amma Həsən Əbluc həm də onlarla tamaşaya quruluş verən rejissor, teatrlarda səhnəyə çıxan, filmlərdə və teletamaşalarda uğurla çəkilən aktyor olub. Həsən Əbluc deyəndə, daha çox gö

20.04.2024 384
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 496
.

İnsanlar ilk dəfə marallar arasında yayılan "zombi" xəstəliyinin qurbanı oldular

Amerikalı həkimlər ilk dəfə maralları "zombi"yə çevirən xroniki prion xəstəliyinin (CWD) qurbanı olduğu güman edilən iki nəfəri müəyyən ediblər. Onlar öz fərziyyələrini "Neurology" elmi jurnalında açıqlayıblar. Hər iki hal 2022-ci ildə qeydə alınıb. Qurbanlardan biri dəfələrlə CWD-ni

20.04.2024 308
.

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı

Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"

20.04.2024 503
.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14.04.2024 1288
.

Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda beş ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır. -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı beş ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ili

21.04.2024 252
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

18:50 186