Tibbdə sensasiya: Uşaq ölümcül xəstəlikdən müalicə olundu

ABŞ-ın Missisipi ştatında dünya tibb tarixində unikal, bu günədək mümkünsüz sayılan hadisə baş verib.QİÇS/HİV virusu ilə doğulmuş 2,5 yaşlı uşaq bu ölümcül xəstəlikdən tam müalicə olunub.

Həmin qız müalicəsi mümkünsüz sayılan xəstəlik diaqnozu ilə doğulandan az sonra həkimlər onu müvafiq dərman preparatları ilə "aqressiv" müalicə etməyə başlamışdılar.

"Aqressiv" adlanan müalicə kursu yüksək aktivlik səviyyyəsinə malik antiretrovirus terapiyasından ibarətdir. Bu zaman eyni vaxtda 3-4 güclü təsirə malik dərman preparatı pasiyentə verilir.

Aparılmış son müayinələr göstərib ki, balaca qızın orqanizmində QİÇS infeksiyasının izləri belə qalmayıb.

Missisipidəki Con Hopkins Uşaq Klinikasının həkimləri qızın anadan olmasından artıq 3 gün sonra ona güclü təsirə malik dərman preparatları verməyə başlamışdılar. Bunun nəticəsində virus uşağın orqanizmində "möhkəmlənə" bilməyib.

"Aqressiv" terapiya ilyarım davam edib. Sonra isə qızın anası heç bir səbəb göstərmədən uşağı xəstəxanadan çıxarıb və 10 ay ərzində uşağa heç bir dərman verməyib.

"Əvvəlcə düşündük ki, uşağın orqanizmində QİÇS/HİV virusunun tapılmaması laboratoriya səhvidir. İki həftə sonra müayinə və analizləri təkrarladıq. Cavab eyni idi: uşağın orqanizmində virus qalmamışdı", - Con Hopkins Uşaq Klinikasının həkimi, professor Debora Perso deyib.

University of Mississippi Medical Centerin həkimləri unikal müalicənin QİÇS/HİV virusundan yeni müalicə metodikası saymağa tələsmirlər, çünki dünyada hələlik yalnız bir belə hal var.
Bundan sonrakı tədqiqatlar "aqressiv" terapiyanın effektivliyini sübut edərsə, onda dünyada QİÇS/HİV virusu ilə doğulmuş yüz minlərlə uşağı ölümdən xilas etmək mümkün olacaq.

mənbə: abc.com

Tibbdə sensasiya: Uşaq ölümcül xəstəlikdən müalicə olunduTibbdə sensasiya: Uşaq ölümcül xəstəlikdən müalicə olundu


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2996   Tarix: 05 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər". Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva "Doctor Piter" portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imka

30.03.2024 650
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 851
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31.03.2024 722
.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

07.04.2024 662
.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 854
.

Alimlər dünyada xərçəngə yoluxma hallarının artdığını açıqlayıblar

Xərçəngə yoluxma halları bütün dünyada artır və daha çox gənclərdə diaqnoz qoyulur. Bu barədə araşdırma "BMJ Oncology" jurnalında dərc olunub. Araşdırmalara görə, ABŞ-də 20 il ərzində xərçəng diaqnozunun göstəricisi 12,8% artıb. Tədqiqat, həmçinin bütün dünyada, ilk növbədə Şimali Amerika

13.01.2024 1079
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

07.04.2024 522
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 703
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24.03.2024 770