Avtoşlara bəd xəbər

Avtoşlara bəd xəbərMilli Məclisin deputatı Çingiz Qənizadə qanunvericilik təşəbbüsü ilə çıxış edərək avtoxuliqanların 1 ilədək müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı qanun layihəsini müzakirəyə çıxarılması üçün Milli Məclisin rəhbərliyinə təqdim edib.

Bu barədə açıqlama verən millət vəkili bildirib ki, avtoxuliqanlıq hallarının qarşısının alınması məqsədi ilə İnzibati Xətalar Məcəlləsində mövcud maddələrin sərtləşdirilməsi vacibdir: "Avtoxuliqanlıqla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-1.2.-ci maddəsində eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə barəsində 15 günədək inzibati qaydada həbs inzibati cəza növü nəzərdə tutulmuş olsa da, müşahidələr və yol-nəqliyyat hadisələrinin son vaxtlar çoxalması göstərir ki, bu kimi cəza növləri tətbiq edilməsinə baxmayaraq, avtoxuliqanlıqla mübarizədə hələ də istənilən nəticə əldə olunmayıb. Odur ki, yol hərəkətində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə avtoxuliqanlıqla bağlı yeni norma, 221.4-cü maddəsi əlavə edilməklə avtoxuliqanlıq edən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilməli, bu əməl cinayət əməli kimi qanunvericilkdə nəzərdə tutulmalıdır".

Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinə əlavə edilməsi təklif edilən yeni 221.4. maddədə avtoxuliqanlıq – yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşların əmlakına, həyat və sağlamlığına real təhlükə yaradan, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərin il ərzində barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən təkrar törədilməsinə görə, nəqliyyat vasitələrini idarə etmək hüququ üç il müddətinə məhdudlaşdırılmaqla üç min manatdan beş min manata qədər cərimə və ya nəqliyyat vasitələrini idarə etmək hüququ üç il müddətinə məhdudlaşdırılmaqla bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur.

mənbə: qafqazinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5733   Tarix: 05 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862