Çanaqqala Tarix Muzeyində Azərbaycan torpağı nümayiş etdiriləcək
Ermənilərin XX əsrin əvvəllərində Azərbaycanda soyqırımları törətmələri barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün daha bir vacib addım atılıb. Bundan sonra Türkiyədəki məşhur Çanaqqala Tarix Muzeyinin müqəddəs torpaqlar guşəsində Azərbaycan torpağı da nümayiş etdiriləcək.
Muzeyə göndərilən torpaq nümunəsi xalqımıza qarşı soyqırımının bariz nümunəsi sayılan Quba kütləvi məzarlığından götürülüb.
Çanaqqala Tarix Muzeyinin müqəddəs torpaqlar guşəsində dünyanın müxtəlif yerlərindəki şəhid məzarlıqlarından götürülmüş torpaq nümunələri saxlanılır. Muzeyə Azərbaycandan torpaq göndərilməsi təşəbbüsü regional televiziyanın qardaş ölkədə reallaşdırdığı film çəkilişləri zamanı irəli sürülüb.
Torpaq nümunəsi ilə yanaşı, muzeyə ötən əsrin əvvəllərində Azərbaycanın şimalında baş verən soyqırımı ilə bağlı ətraflı məlumat da göndərilib. Bunun sayəsində hər il muzeyə gələn minlərlə ziyarətçi həmin guşəni seyr edərkən ermənilərin başımıza gətirdikləri faciələr barədə ətraflı informasiya ala biləcəklər.
Muzeyin müdiri Hasan Hüseyin Maltepe bildirib ki, 2004-cü ildən fəaliyyət göstərən Çanaqqala Tarix Muzeyində müqəddəs torpaqlar guşəsi ziyarətçilərin ən çox diqqətini çəkən hissələrdəndir.
Quba məzarlığı 2007-ci ilin aprelində aşkarlanıb. Məzarlıqdan əksəriyyəti uşaq qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.
mənbə: publika.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 1858 Tarix: 28 fevral 2013
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTurizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA
Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ
16:40 117 "Real Madrid" Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı
"Real Madrid" klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək. Məlumata görə, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib. "Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıya
04.05.2024 389 Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT
Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla
04.05.2024 1062 Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı
Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə
16:50 127 Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl
17:10 98 Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus
20:40 0 Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib
Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl
04.05.2024 206 Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya
17:18 251 ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi
17:30 89