Nizami Gəncəvi İran şairi kimi təqdim olundu

Nizami Gəncəvi İran şairi kimi təqdim olunduRusiya paytaxtında "IX-XIX əsrlərdə İslam dünyasının klassik incəsənəti. Allahın 99 adı" adlı sərgidə Azərbaycan şairi Nizami Gəncəvi İran şairi kimi təqdim olunub.

APA-nın məlumatına görə, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində keçirilən "Mərcani Fondu"nun kolleksiyasından olan "IX-XIX əsrlərdə İslam dünyasının klassik incəsənət əsərləri sərgi"sində dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan "İsgəndərnamə" əsərinə çəkilmiş miniatürlər nümayiş olunub. Bu zaman Nizami Gəncəvi İran şairi kimi təqdim olunub.

Bu, Azərbaycan tarixi və incəsənətinə dair faktların İran tarixi və mədəniyyəti kimi təqdim olunmasına dair sərgidə olan yeganə fakt deyil. Belə ki, sərgidə Səfəvi hökmdarı Şah İsmayılın oğlu I Təhmasib, nəvəsi Şah Abbas da İran hökmdarı kimi göstərilib. Ümumiyyətlə, Səfəvilər dövrünə aid bütün incəsənət nümunələri sərginin İrana aid bölməsində nümayiş olunub.

Qeyd edək ki, "IX-XIX əsrlərdə İslam dünyasının klassik incəsənəti. Allahın 99 adı" sərgisi yüzlərlə əsəri özündə birləşdirən ilk sərgidir. Sərgi üçün müsəlmanların dualarında səsləndirdikləri Allahın 99 gözəl adını əks etdirən dünya əhəmiyyətli 99 şah əsər seçilib. Sərginin üç bölməsi əsas tarixi dövrlərə uyğundur. Bunlar İslamın yaranmasından monqol hücumuna qədərki dövr, Çingizilər dövrü və monqolların hakimiyyətindən sonrakı dövrləridir. İlk bölümdə İslam dünyasının əsas məkanları - Şimali Afrika, Suriya, İraq, İran, Orta və Kiçik Asiyadan olan əsərlər nümayiş olunub.

Sərginin ikinci bölməsi Çingizilər dövrünə həsr olunub və Çindən Şərqi Avropa çöllərinədək İslam incəsənətini əks etdirir. Çingiz xan dövründə monqollar İslamı qəbul etməsələr də, nəhəng imperiyanı öz aralarında bölmüş dörd monqol sülaləsindən üçü İslamı qəbul edib.

Üçüncü bölmə isə monqolların hakimiyyətindən sonra gələn müsəlman hökmdarlarının - Məmlüklər (1250-1517), Osmanlılar (1299-1923), Teymurilər (1370-1507), Şeybanilər (1500-1598), Səfəvilər (1501-1736) və Qacarların (1779-1925) saray ustalarının əsərlərindən təşkil olunub. Burada daha geniş şəkildə əl yazıları, miniatürlər, toxuculuq məhsulları nümayiş olunur.

Sərgidə klassik müsəlman incəsənətinin 99 abidəsi nümayiş etdirilir. Onların arasında erkən İslam dövrünə aid unikal əsərlər də var. Buraya Abbasilər (IX əsrin sonu) dövrünə məxsus qədim Quran vərəqi, erkən orta əsr dövrünə məxsus kasalar və digər unikal sənət əsərləri daxildir. Sərgidə nümayiş olunan əsərlər arasında XVI əsrin ortalarına məxsus, üzərində Allahın 99 adının toxunduğu xalça var. Sərgidə ən maraqlı əsərlərdən biri də üzərində quş rəsmləri olan Çin kağızında yazılan Quran tutur.

Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Ş.Mərcani adına Elmi və mədəni proqramların dəstək və inkişafı Fondunun təşkilatçılığı ilə keçirilən sərgi mayın 26-dək davam edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4457   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

25.04.2024 860
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 148
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 164
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 133
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 598
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 325
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 132
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 383
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 221