"Apple" "Samsung"a uduzur?
Apple-ın həmtəsisçisi Stiv Voznyak hesab edir ki, Amerika şirkətinin ağıllı telefon bazarındakı əldə etdiyi uğurlara baxmayaraq, o, liderlik uğrunda aparılan müharibədə Cənubi Koreyanın Samsung şirkətinə uduzur.
Almaniyanın Wirtschafts Woche jurnalına verdiyi müsahibədə belə qeyd edib.
"Məncə, Apple funksiyalarının sayına görə ağıllı telefon bazarında nəzərəçarpacaq dərəcədə geri qalır. Samsung güclü rəqibdir, ona görə də çox gözəl məhsullar hazırlayır", - Voznyak Apple-ın satışlarının son nəticələrini şərh etmək xahişinə cavab olaraq belə bildirib.
O, həmçinin vurğulayıb ki, milyonlarla fanat Apple şirkətini dəstəkləməyə davam edəcək, lakin bu dəstəyi itirməmək üçün yaxşı məhsullar hazırlanmalıdır.
ICTnews.az elektron xəbər xidməti digit.ru saytına istinadən bildirir ki, Strategy Analytics şirkətinin məlumatına görə, 2012-ci ilin yekununa görə Apple-ın ağıllı telefon bazarında tədarük həcmi 46 faiz artıb: şirkət təxminən 136 milyon qurğu sataraq bazarın 19 faizinə sahiblənib. 2012-ci ildə Samsung lider olub: bazara 213 milyon ağıllı telefon tədarük etmiş və bazar payı 30 faizə bərabər olub.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş