"Azərkosmos" uyğunluq sertifikatı aldı

"Azərkosmos" uyğunluq sertifikatı aldıAzərbaycanın və Qafqazın ilk milli peyk operatoru olan "Azərkosmos" ASC 2013-cü ilin yanvar ayında aparılmış ISO 9001:2008 üzrə auditdən uğurla keçərək beynəlxalq sertifikasiya üzrə aparıcı qurum sayılan "Bureau Veritas" tərəfindən verilən beynəlxalq keyfiyyət standartının uyğunluq sertifikatını alıb.
"Azərkosmos" ASC tərəfindən idarəetmə sahəsində aparılan beynəlxalq əməkdaşlıq çərçivəsində 2012-ci il ərzində sözügedən sertifikatın əldə edilməsi istiqamətində hazırlıq işləri aparılmış, bununla əlaqədar müəssisədə Keyfiyyət İdarəetmə Sistemi yaradılmış və təşkilatın fəaliyyəti bu istiqamətdə qurulmuşdur.

Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peykini 7 fevral 2013-cü il tarixində orbitə buraxdıqdan sonra Avropa, Afrika, Mərkəzi Asiya və Yaxın Şərq kimi regionlar üzrə 50-dən çox ölkəni birləşdirən coğrafiyada milyonlarca insana müasir informasiya və rabitə xidmətləri göstərərək dünya peyk sənayesinin tərkib hissəsinə çevriləcək "Azərkosmos" ASC müştərilərinə hər zaman yüksək keyfiyyətli xidmətlər göstərməyi və bu xidmətlərin keyfiyyət səviyyəsinin daim inkişaf etdirilməsini hədəfləyir.

Bu məqsədlə, "Azərkosmos" ASC öz fəaliyyətini beynəlxalq standartlar əsasında quraraq keyfiyyət idarəetmə siyasətinin formalaşdırılması və müntəzəm izləmələrin aparılması ilə bu siyasəti həyata keçirən sistemin mütəmadi olaraq təkmilləşməsi istiqamətində iş aparır.

Belə ki, keyfiyyət idarəetmə siyasətindən irəli gələn məqsədlərin icrası ilə "Azərkosmos" ASC müştəri məmnunluğuna nail olunması, müştərilərin dayanıqlı peyk xidmətləri ilə təmin olunması, kadr hazırlığının və kadrların ixtisas artımının davamlı şəkildə həyata keçirilməsi, müxtəlif həvəsləndirmə tədbirləri ilə işçilərin maddi rifahının və iş keyfiyyətinin artırılması, innovativ və elm tutumlu layihələrin həyata keçirilməsinin inkişaf etdirilməsi kimi hədəfləri qarşısına qoymuşdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1701   Tarix: 05 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 193
.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

02.05.2024 133
.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

02.05.2024 166
.

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO

Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb. 11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraları

02.05.2024 791
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

02.05.2024 148
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

02.05.2024 214
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 145
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 404
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

02.05.2024 328