Ayan: "Mən qüsursuz gözələm" (Fotolar)

Ayan Publika.Az-a gözəl və baxımlı olmağın sirlərindən danışıb. Hər zaman şən və gözəl görünən müğənni özü haqqında da fikirlərini də bizimlə bölüşüb.

Gözəlliyimin və şən olmağımın sirri bəlkə də cavan olmağımdır...

- Çox şən və gözəl xanımsınız. Bunun sirri nədədir?
- Bilmirəm. Bəlkə də yaşımla əlaqəli bir şeydir. Hələki çox gəncəm və şən olmağa çalşıram. 23 yaşım var və bu yaxınlarda 24 yaşım olacaq. Lakin uşaq kimi görünürəm.

- Bundan başqa normal həyat tərzi sürür və ailəmin, yaxınlarımın, dostlarımın əhatəsində oluram. Bunun da böyük təsiri var. Buna görə də hər zaman belə şən və gözəl oluram.

- 20 yaşında qadına gözəllik təbiət tərəfindən bəxş edilir. Onun 50 yaşında necə olması qadının özündən asılıdır. Cavan və gözəl qalmaq üçün nə edirsiniz?
- Hələki cavanam heç bir üsula əl atmıram və heç bir köməyə ehtiyacım yoxdur. Bəlkə 50 yaşına çatanda bunun üçün nə etmək lazım olduğunu deyə bilərəm. Bəlkədə mənim gözəlliyim elə mənim cavanlığımdır.

- 30-40 yaşına çatanda isə bütün qadınlar kimi hansısa üsullarla cavan görünməyə və gözəlliyimi qoruyub saxlamağa çalışaram. Lakin gözəlliyimin sirrini heç kimə açıqlamaram.

- Geyimlərə çox pul xərcləyirsiniz?
- Geyimlərə olduqca çox pul xərcləyirəm. Çanta və ayaqqabılara isə daha çox pul xərcləyirəm.

- Deyirlər ki, daha çox zövqü formalaşmayan insanlar geyimlərə çox pul xərcləyir.
- Düşünürəm ki, bu məsələ tanınmış simalara aid deyil. Dünya şou-biznesində də təsdiqlənib ki, dünya ulduzları, tanınmış insanlar hər zaman bahalı və dəbli geyinməlidir. Ulduzlar arasında artıq rəqabət yaranıb. Giuseppe Zanotti adlı ayaqqabı-çanta markası var və bu yaxınlarda ordan ayaqqabı almışdım. Ayaqqabını aldım və geyinmədim, təxminən bir ay evdə qaldı. Sonra o ayaqqabını Rihannanın geyindiyini gördüm. Onu geyinmədiyimə görə çox təəssüfləndim. Çünki artıq geyinsəm, insanlar inanmayacaq.

- Demək istədiyim odur ki, artıq dünya ulduzları ilə bizim ulduzlar arasında rəqabət var.

- Dəbli və zövqlü görünmək üçün nə edirsiniz? Sevdiyiniz markalar hansılardır?
- Ən çox sevdiyim çanta markası Gucci, Bottega Veneta-dır. Bu markaların çantasını çox bəyənirəm.

Belə geyimlər məndə kompleks yaradır

- Nəyi heç vaxt geyinmərsiniz?
- Məni tanıyan hər kəs bilir ki, mən açıq-saçıq geyinməyi xoşlamıram. Açıq geyimlərimin isə həddi var. Yəni, geyimlərə sərhəd qoyuram. Açıq geyimlər mənə olduqca yaraşır və bədən ölçülərim də imkan verir. Lakin belə geyimlər məndə kompleks yaradır.

Zövqlü geyinənlər sırasına daxiləm

- Kimi zövqlü və ya çox zövqsüz hesab edirsiniz?
- Aygün Kazımova çox zövqlü geyinir. Zövqsüzlər isə artıq bəllidir. Mən özümə cavabdehəm və deyə bilərrəm ki, son 3 ildə zövqlü geyinənlər sırasına daxiləm.

Üzümdə uşaq siması var və üz cizgilərim qüsursuzdur...

- Səhnədə olan insanlar çox zaman ziyafət geyimlərində olur. Bəs, gündəlikdə necə geyinirsiniz?
- Gündəlikdə daha çox sadə və idman üslubunda olan geyimlərə üstünlük verirəm. Makiyaj etməyi isə sevmirəm. Üz cizgilərin çox yaxşıdır, qüsursuzdur və məndə uşaq siması var. Özümdə bu xüsusiyyətimi bəyənirəm.

- Kim olmadan yaşaya bilmərsiniz?
- Bu yalandır. İnsan elə bir varlıqdır ki, hər şeyə tez öyrəşir, itirdiyi insanın yoxluğuna alışır. Mən də yaşaya bilərəm. Lakin valideyimin, anam hər zaman yanımda olsa, həyata daha sevgi ilə bağlanaram.

- Həyatınızda nəyi dəyişmək istəyərdiniz?
- İki il bundan öncəni qaytara bilsəydim bəlkə də hər şey başqa cür olardı. İki əvvəli dəyişmək istəyərdim.

- Nə baş vermişdi?
- Bu, qoy mənim ürəyimdə qalsın...

- Sevgi ilə bağlıdır?
- Təbii...

- Peşmansınız?
- Peşman deyiləm, lakin düşünürəm ki, bundan da yaxşı ola bilərdi.

- İnsanın sevgidə bəxti gətirməsi istedadla bağlı məsələdir. Özünü qarşı tərəfə sevdirmək özü də bir bacarıq və istedaddır. Siz bu istedada sahibsiniz?
- İnsanlar tərəfindən müəyyən qədər sevilirəm. Lakin onu da qeyd edim ki, sevilməməyin özü də bir istedadır. Səni sevmirlərsə, kimisə qıcıqlandırırsansa, bunun özü də bir bacarıqdır. Yəni özünə qarşı nifrət hissi yaradırsan.

- Görüşmək istədiyiniz insan varmı?
- Görüşmək istədiyim insan çox tanınmış aktyor Richard Girdi. Onu görməyi çox istəyərdim.

Mən bağışlamamışam görə, bu qədər sevilirəm!

- Xəyanət edən kişini bağışlayarsınız?
- Həyatında olan kişini sevirsənsə, əlbəttə ki, onu bağışlamaq olmaz. Buna normal baxan və bağışlayan qadınlar var. Lakin düşünürəm ki, mən bağışlamamışam görə, bu qədər sevilirəm.

- Xəyanət elə bir şeydir ki, fərqi yoxdur qadın ya kişi istəsə, bunu mütləq edəcək. Sən yuxuda olsan da, ayıq olsan da xəyanət edəcək... Xəyanətə bu gün mən tam normal baxıram. Amma təbii ki, sevdiyim insanın mənə xəyanət etməsini istəmərəm. Onu bağışlayıb məni ağılsız hesab etməsini istəmərəm. Xəyanət etdiyini hiss etsəm, ondan sadəcə uzaqlaşaram. Buna görə heç bir qışqırıq və dava-dalaş çıxarmaram, səsimi yüksəltmərəm. Əvvəllər bu məsələyə başqa cür yanaşırdım. İndi isə başqa cür fikirləşirəm.

- Bu yaxınlarda bir filmə baxdım. Adı "Evim sənsin" çox gözəl filmdir. Başa düşdüm ki, sevgi ancaq filmlərdə və nağıllarda olur. Ondan sonra ayıldım və başa düşdüm ki, sevmək lazım deyil.

Publika.Az
Ayan: "Mən qüsursuz gözələm" (Fotolar)Ayan: "Mən qüsursuz gözələm" (Fotolar)Ayan: "Mən qüsursuz gözələm" (Fotolar)Ayan: "Mən qüsursuz gözələm" (Fotolar)Ayan: "Mən qüsursuz gözələm" (Fotolar)Ayan: "Mən qüsursuz gözələm" (Fotolar)Ayan: "Mən qüsursuz gözələm" (Fotolar)Ayan: "Mən qüsursuz gözələm" (Fotolar)Ayan: "Mən qüsursuz gözələm" (Fotolar)Ayan: "Mən qüsursuz gözələm" (Fotolar)Ayan: "Mən qüsursuz gözələm" (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8560   Tarix: 03 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310