Görünməmiş evlilik təklifi qızı şoka saldı (Video)
Gənc oğlan sevgilisinə terrorla mübarizədə və kinolarda istifadə edilən insansız hava təyyərəsi ilə evlənmə təklifi edib
Teleqraf.com xəbər verir ki, Türkiyənin İzmir şəhərində 24 yaşlı Okan Okay 5 ildir tanış olduğu sevgilisi Merve Kayabaşına sürpriz evlilik təklifi edib. Havadan video və foto çəkə bilən özəl reklam şirkəti ilə razılaşan Okay Türkiyədə bir ilkə imza atıb. Hər şeydən xəbərsiz sevgilisi ilə görüşən Merve Kayabaşı gördüyü mənzərə qarşısında heyrətə gəlib.
Bu zaman iki gənc əllərindəki "Mələyim səni sevirəm. Mənimlə evlənərsənmi?" yazılı plakatla cütülyün qarşısında dayanıb. Elə bu anda havadan GPS sistemi ilə uzaqdan idarə olunan 8 pərli "Octocopter" adı verilən insansız hava təyyarəsi 150 metr yüksəklikdən bir ədəd gül və tək qaşlı üzük qutusu ilə cütlüyün yanına enib.
Qeyri-adi evlilik təkilifi qarşısında sevincdən nə edəcəyini bilməyən gənc qız "hə" cavabını verib. Cütlük fevral ayının 2-də nişanlanacaqlarını açıqlayıb.
Verilən açıqlamada "Octocopter" adlı insansız hava təyyarəsinin isə əsasən terrorla mübarizədə və film çəklişlərində istifadə olunduğunu bildirilir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş