Brilliant Dadaşova səsinə paxıllıq edən məşhuru qonaq etdi

Brilliant Dadaşova səsinə paxıllıq edən məşhuru qonaq etdiBrilliant Dadaşova səsinə paxıllıq edən məşhuru qonaq etdi"Pırlantalı gecələr"in qonağı Cenk Eren idi
Brilliant Dadaşovanın Türkiyənin TMB telekanalında yayımlanan "Pırlantalı gecələr" verilişinin bu həftəki qonağı qardaş ölkənin sevilən müğənnisi, həm də telekanalların birində aparıcılıq edən Cenk Eren idi. ANS PRESS-in məlumatına görə, veriliş başlayar-başlamaz Brilliant Dadaşovanın dediklərindən bəlli oldu ki, verilişin ötən qonaqlarından fərqli olaraq onunla öncədən görüşüb, danışmaq imkanı olmayıb. Çünki Cenk səhərlər verilişdə aparıcılıq edir, axşamlar isə tanınmış məkanların birində səhnəyə cıxır. Bu isə o demək idi ki, veriliş eksperimentlərlə bol olacaqdı...

Brilliant xanım hər səhər Cenk Erenin verilişinə baxa-baxa idman etdiyini və veriliş çəkilən pavilyonundakı işləməyən saatın asılmasının onu narahat etdiyini dilə gətirdi: "Mən maraqlı veriliş izləməyəndə idman alətində qaça bilmirəm. Sizin verilişiniz məni ekrana bağlayır. Saatı təcili təmir etdirin, inanclara görə, işləməyən saat insanın şanslarını bağlayır".

Cenk Eren etiraf etdi ki, saatın dayandığı anla bağlı xatirələri var, ona görə saatın işləmədiyindən narahat deyil. Lakin o Brilliant xanımın şansları bağlamaqla bağlı inancından təsirləndiyini və sabahdan saatın işləyəcəyinə vəd verdi.

Sağlam həyat tərzindən söhbət açan Cenk Eren etiraf etdi ki, səhnəyə çıxmazdan öncə 1-2 qədəh içki icməyi sevir: "Elə bil ki, onda daha içdən oxuyuram, mən hüznlü mahnılar oxuyarkən ağlamagı da sevirəm. Təəssüf ki, siqaret də cəkirəm. Ancaq mən biliyimə görə, sən bizim Ajda ( Ajda Pekkan ) kimisən, siqaret cəkmirsən, içki içmirsən. Günbəgün Türkiyədə daha çox sevildiyinin də şahidi oluram. Sənin ifanda mahnıları dinləyəndən sonra deməliyəm ki, daha aktiv olaraq bu səhnələrdə olmalısan. Hətta öncədən səsinin, yorumunun bu qədər gözəl söylədiyini bilsəydim mən gəlməzdim... Axı indi paxıllıq genış yayılıb. (Gülür) Sizinlə aramda qan yaxınlığı hiss edirəm, başqa xalqın sənətçi nümayəndəsi ilə belə ünsiyyətdə ola bilməzdim. Biz bir millət, iki dövlətik".

Brilliant xanım da Ajda xanımla bənzədilməsi ilə bağlı deyilənlərə cavab olaraq bildirdi ki, "Mən onu o qədər cox sevirəm ki, özümün ona bənzədilməyimlə belə razılaşmıram. O, təkdir! Onu da deyim ki, bir dəfə Ajda xanım mənim ücün maşın göndərmişdi. Maşından siqaret qoxusu gəlirdi. Ajda xanıma şikayət edəndə cox əsəbləşdi, qayıdanda məni ətir qoxan öz maşını ilə göndərdi. Bir daha ona cox sevdiymi söyləyirəm".

Cenk Eren də Zeynəb Xanlarovanın səsini çox bəyəndiyini, tanış olmaq istədiyini dilə gətirdi. Brilliant xanım Bakıya gələrsə, onu Zeynəb xanımla tanış edəcəyini vəd etdi. "Mənə bəzən "Zeynəb Xanlarovanın məmləkətindənsən" deyəndən çox qürurlanıram".

Brilliant xanımın verilişinin qonaqları ücün Bakıdan apardığı əncir mürəbbəsindən dadan Cenk Eren bir banka da evə aparmaq istəyini dilə gətirdi. Və dedi ki, Türkiyədəki mürəbbələrin dadından çox fərqlənir.

Təbii ki, Brilliant xanım qonağına hədiyyə edəcəyini bildirdi: "İnan ki, mən hər dəfə Türkiyəyə gələndə 3-4 balon əncir mürəbbəsi, cay gətirirəm. Azərbaycan gömrükcüləri heç nə demirlər, hamısı təəccüblə bir-birinə baxır. Bir dəfə biri dözməyib soruşdu ki, "Brilliant xanım, Türkiyədə yemək yoxdur?!" Bax, mən bu nemətləri sizin kimi dostlar ücün gətirirəm".

Cenk Eren repertuarından seçilən mahnılarını verilişdə səsləndirdi və rəqs də etdi. Hətta Brilliant xanım canlı yayımda "Facebook" unvanına gələn dostluq təkliflərini də Cenk Erenlə birgə qəbul etdi.

Onu da vurğulamaq yerinə düşər ki, türkdilli ölkələrdə yayımlanan bu verilişdə Brilliant xanımın bu qədər sərbəst, səmimi, pozitiv, enerjili aparıcı kimi görünməsi Cenk Erenin də diqqətindən yayınmadı.

Yeri gəlmişkən, Cenk Eren Brilliant xanımın iştırakı ilə öz verilişində Daglıq Qarabag problemini müzakirə etmək istəyini də dilə gətirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2818   Tarix: 31 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352