Bakıda avtobuslar yenidən nömrələnəcək
43 marşrut xətti ləğv olunacaq
Bakıda nəqliyyatın hərəkətinin optimallaşdırılması istiqamətində işlər davam etdirilir. paytaxtda fəaliyyət göstərən daha 43 avtobus marşrutu xəttinin 2013-cü il ərzində ləğvi planlaşdırılır. Eyni zamanda Bakıda fəaliyyət göstərəcək marşrut xətləri yenidən nömrələnəcək və bəzi marşrutlara yeni nömrə veriləcək. ümumiyyətlə şəhərin mərkəzində şütüyəcək avtobuslara 1-dən 50-dək nömrələrin verilməsi planlaşdırılır. Məsələ ilə bağlı artıq sərnişindaşıma ilə məşğul olan şirkətlərə xəbərdarlıq edilib. Bəzi marşrut avtobuslarına xəttin gələcək nömrəsinin neçə olması ilə bağlı elanlar da yerləşdirilib.
Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hesabatında qeyd olunur ki, mövcud olan marşrut xətlərində dəyişikliklər edilərək 217 sayda marşrutun optimallaşdırılmasından sonra 174 sayda marşrutun saxlanması nəzərdə tutulub. Keçən il marşrutlar üçün pasport nümunəsinin və sxemlərinin elektron xəritəsinin hazırlanması ilə bağlı müvafiq işlər görülüb. Hazırda Bakı şəhər marşrutlarında cəmi 2321, o cümlədən 1423 iri tutumlu, 985 orta tutumlu və şəhərətrafı marşrutlarda 13 kiçik tutumlu avtobuslar istismar olunur. Dayanacaqların quraşdırılması ilə bağlı aidiyyəti qurumlarla birgə işlər aparılıb. Nəzərdə tutulmuş 664 dayanacaqdan 640-ı quraşdırılıb, qalan 24 dayanacağın quraşdırılması isə şəhərdə gedən tikinti işləri ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvəqqəti olaraq dayandırılıb. Dayanacaqlarda sərnişinlərin təhlükəsizliyi üçün vacib olan 61 "cib" inşa edilmişdir və bu işlər davam etdirilir.
Şəhərin bir çox yerlərində yaradılması nəzərdə tutulmuş müasir taksi dayanacaqları üzrə 79 dayanacağın ünvanları sxematik olaraq tərtib olunub və müvafiq sənədlər aidiyyəti orqanlarla razılaşdırılaraq pasportlaşdırılıb. Əlavə taksi dayanacaqlarının yaradılması üçün sənədlər hazırlanır. Taksi xidmətinin müasir standartlar səviyyəsində təşkili üçün şəhərin taksi parkının yeniləşməsi istiqamətində işlər görülüb. Bakıda müasir taksi xidmətinin təşkili məqsədilə 1000 ədədi TX4 markalı (London Taksi) taksi minik avtomobilləri olmaqla 1203 ədəd taksi minik avtomobilləri gətirilərək istismara verilib. Bu taksilərə sayğac quraşdırılıb, taksi sürücüləri vahid geyim forması ilə təmin edilib
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3210 Tarix: 31 yanvar 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xocalı sakini minaya düşüb
Aprelin 26-da işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıblar. Qeyd olunub ki, 1967-ci il təvəllüdl
14:36 191 Göygöldə 62 yaşlı qadın dəm qazından boğulub
Göygöl rayonunda qadın dəm qazından boğulub. -ın məlumatına görə, hadisə aprelin 25-i saat 11 radələrində saatlarında rayonun Bəhrambağı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1964-cü il təvəllüdlü İradə Allahverdiyeva evində dəm qazından boğularaq ölüb. Məlumata görə, qadın evində tək yaşayırmış. Onu
12:40 159 Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir"
"Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym Şəhər şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və "Gernik
16:14 147 Anita Orban Macarıstanın gələcək hökumətində iki mühüm post tutacaq
Anita Orban Macarıstanın gələcək hökumətində həm xarici işlər naziri, həm də baş nazirin müavini vəzifəsini icra edəcək. xəbər verir ki, bu barədə "Tisa" Partiyasının lideri, gələcək baş nazir Peter Madyar "X" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, Anita Orban baş nazi
16:40 143 Tramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib
ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib. "Report"un məlumatına görə, o, bunu "Fox News" telekanalının jurnalisti Aişə Hesniyə deyib. Jurnalist "X" sosial şəbəkəsində yazı
16:50 137 Pakistan və İran Yaxın Şərqdə sülhün bərqərar olunması səylərini müzakirə edib
Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdəki vəziyyəti, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi tədbirlərini müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Pakistan hökuməti başçısının dəftərxanası məlumat yayıb. Qeyd olunur ki, 50 dəqiq
12:50 150 Azərbaycanda pambıq mahlıcı istehsalı 16 % artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 40 min 924 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur. Bu il aprelin 1-nə ölkədə 39 min 731 ton hazır məhsul ehtiyatı olub. Xatırladaq ki
18:50 93 SEPAH: İran Ordusu ABŞ və İsrailin istənilən hücumuna hazırdır
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə xəbərdarlıq edib. "Report" "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, SEPAH bununla bağlı bəyanat yayıb. "ABŞ və İsrail hərbçiləri İrana hər hansı yeni müdaxilə edərsə, şübhəsiz ki, gözləntiləri üstələyən cavabla qarşılaşaca
11:00 143 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narınc
15:56 172