Alidə Mustafayeva:Pul qazandığım gündən bədxərc olmuşam

Axşam.az saytının bugünkü müsahibi ATV-nin "Son xəbər" buraxılışının aparıcı simalarından olan Alidə Mustafayevadı. Onunla televiziya və radiodakı fəaliyyəti haqda danışdıq.

- Televiziyaya gəlişinizi necə xatırlayırsınız?

- Bu, 2009-cu ilə təsadüf edir. Həmin ilin mayında ATV-nin titrlərındə aparıcı, referent və s. işçilərin tələb olunması haqda anons gördüm. Aparıcı olmaq arzusu ilə həmin müsabiqəyə qatılsam da, ilk seçim turundan keçə bilmədim. Yenə də ümidimi kəsmədim. "Mən nə vaxtsa aparıcı olacağam" deyə içimdə bir arxayınlıq vardı. Həmin ilin sonlarında efirdə anonslar görərək şansımı bir daha sınamaq qərarına gəldim. Dekabrın 7-də keçirilən seçmə turda öncə on ikiliyə, daha sonra isə dördlüyə düşdüm. Ertəsi gün "ATV Maqazin"in aparıcısı olan Nərgiz xanım zəng edərək Elçin Əlibəylinin məni və digər üç iştirakçını kanalda təcrübə keçməyə dəvət etdiyini dedi. Çox sakit və utancaq olduğum üçün özümü göstərə bilmirdim. Hər şeyə həssas yanaşırdım. Çünki içimdə hər zaman "birdə məndə alınmaz" deyə bir qorxu vardı. Elçin müəllim "Binaların tarixi" rubrikasını mənə həvalə etdi. Doqquz ay ərzində həftədə bir dəfə həmin rubrika ilə efirə çıxdım. Bununla yanaşı "Bizim Səhər" və "Yazarlar" rubrikası üçün də materiallar hazırlayırdım.

- Xəbərlər Departamentindəki fəaliyyətiniz haqda danışardınız...

- Nə zamansa xəbər aparıcısı olmaq ümidlə yaşayırdım. Nəhayət, bu arzuma çatdım. 2010-cu ilin sentyabrın 17-də Xəbərlər Departamentinə keçdim. Elə həmin ayın 27-də ilk dəfə olaraq radioda xəbərləri təqdim etməyə başladım. Radioda efirə çıxdığım ilk gün xalq artisti Faiq Ağayevin üzləşdiyi xoşagəlməz hadisə haqda xəbər təqdim etdim. İlk efir günü bu cür xoşagəlməz hadisələr haqda məlumat vermək mənim həyəcanımı daha da artırırdı.

- Radiodan televiziyaya keçid çətin olmadı?

- 9 ay radioda xəbər təqdim etdikdən sonra 2011-ci ilin iyunun 20-də ilk dəfə olaraq televiziya efirinə çıxdım. İlk günlərdə çox həyəcanlı idim. Xəbərlər Departamentində işə başladığım birinci gündən 2012-ci ilin oktyabrınadək 106 və 106.3 FM-də hər saatın tamamı üçün efir bloku yığırdıq. Ən azı 6-8 yeni xəbər verməli idik. Radioda işlədiyim iki il ərzində çox şey öyrəndim. Buna görə radionun canlı efirindən televiziyanın canlı efirinə keçmək mənim üçün çətin olmadı.Televiziyaya gəldikdə artıq müəyyən qədər hazırlıqlı idim. ATV-də bizim xəbər ordumuz var. Efirdə tək görünsək də, mən və digər həmkarlarım birgə komandanın məhsulunu tamaşaçıya təqdim edirik.

- Canlı yayımda baş verən maraqlı hadisələr tamaşaçıların da diqqətindən yayınmır. Bəs, siz bu cür qüsurları necə aradan qaldıra bilirsiniz? Canlı yayımda baş verən ən maraqlı hadisələr haqda danışa bilərsiniz?

- İstər radio, istərsə də televiziyada canlı efir xüsusi diqqət və məsuliyyət tələb edir. Canlı yayım bizim həyat saatımızın qaçan əqrəbləridi. Sözsüz ki, hər bir insan həyatda səhv edə bilər. Mənim də efirdə müəyyən səhvlərim olub. Yəqin ki, bu "qüsur"lar diqqətli tamaşaçının nəzərindən yayınmayıb. Bu cür hadisələri canlı efir üçün normal hesab edirəm. Sonuncu dəfə noyabrın 9-da Bayraq Günündə yaxama bayraq taxmışdım. Başım bayrağa necə qarışmışdısa mikrofon taxmağı unutmuşdum. Sonra mənə xəbər etdilər ki, üstümdə mikrofon olmadığından danışığım eşidilmir.

- Bu gün Azərbaycan xəbər məkanında rəqabət mühitini necə qiymətləndirirsiniz?

- Kanallar arasındakı bu mühiti rəqabət yox, mehriban münasibət adlandırardım. Hərə öz işi ilə məşğul olur. Şəxsən mən bir aparıcı kimi heç kimlə rəqabət aparmıram. Bizim xəbəri hər yaşda və təbəqədə olan şəxslər izləyir. Bütün kanalların xəbər buraxılışlarını, daha çox isə ATV xəbəri izləyirəm.

- Aparıcılarımızda daha çox nəyi bəyənmirsiniz?

- Hər bir aparıcını olduğu kimi qəbul etməyə çalışıram. Amma özünü kiməsə bənzədən aparıcıları bəyənmirəm. Çox təəssüflər olsun ki, bu gün belə aparıcılarımız çoxluq təşkil edir. Mənim də bəyəndiyim aparıcılar ola bilər, amma heç vaxt özümü kiməsə bənzətmək arzusunda olmamışam.

- Peşəkar aparıcı olmaq üçün nə tələb edilir? Bu keyfiyyətlərdən hansını özünüzdə görə bilmirsiniz?

- Peşəkarlıq üçün zaman və təcrübə lazımdı. Hər zaman öz səhvərini görə bilən və bundan nəticə çıxarmağı bacaran birisiyəm. Məndən daha çox gülərüz və sərbəst olmağı tələb edirlər. Daha çox baş verən hadisələr, kiminsə kimisə öldürməsi haqda məlumatlar çatdırmağı sevdiyimə görə tamaşaçıya aqressiv görünürəm.

- Bir az da kitaba olan marağınız haqda danışaq. Son oxuduğunuz əsər hansıdı?

- Mütaliəyə böyük marağım var. Uşaq ikən hər zaman çoxlu rəngli şəkilləri olan kitabları oxumuşam. Atam dünya ədəbiyyatı fakültəsini bitirdiyindən hazırda da evimizdə çətinliklə tapılan kitablar var. V. Şekspirin əsərlərini çox bəyənirəm. Vaxtım olanda dünya ədəbiyatından maraqlı əsərlər oxuyuram.Sonuncu oxuduğum kitab Jane Austenin "Emma" əsəri olub.

- Boş vaxtlarınızı necə keçirirsiniz?

- Boş vaxtlarımı kitab oxuyaraq, musiqiyə qulaq asaraq sosial şəbəkələrdə daima yeniləşən xəbərləri izləməklə keçirirəm. Bundan başqa, ailə üzvlərim və rəfiqələrimlə birgə olmağı da çox sevirəm.

- Bəs, pul xərcləməklə aranız necədi?

- Pul qazandığım gündən bədxərc olmuşam. Lazım oldu-olmadı, hər şey alıram. Hədiyyə verməyi çox sevirəm. Amma özüm üçün elə böyük hədiyyə almamışam.

- Dəbə uyğun geyinməyi sevirsiniz, yoxsa yalnız özünüzə yaraşanı?

- Dəblə də maraqlanıram. Dəbə uyğun olub mənə yaraşanı geyinirəm.

- Qəlbinizdə necə, öz yerinə sahib olan birisi varmı?

- Qəlbimdə atama, anama, həmçinin özümə böyük sevgi var. Hələ ki, həyatımda kimsə yoxdu. Bu vaxtacan da olmayıb.Alidə Mustafayeva:Pul qazandığım gündən bədxərc olmuşamAlidə Mustafayeva:Pul qazandığım gündən bədxərc olmuşamAlidə Mustafayeva:Pul qazandığım gündən bədxərc olmuşamAlidə Mustafayeva:Pul qazandığım gündən bədxərc olmuşamAlidə Mustafayeva:Pul qazandığım gündən bədxərc olmuşamAlidə Mustafayeva:Pul qazandığım gündən bədxərc olmuşamAlidə Mustafayeva:Pul qazandığım gündən bədxərc olmuşamAlidə Mustafayeva:Pul qazandığım gündən bədxərc olmuşamAlidə Mustafayeva:Pul qazandığım gündən bədxərc olmuşamAlidə Mustafayeva:Pul qazandığım gündən bədxərc olmuşamAlidə Mustafayeva:Pul qazandığım gündən bədxərc olmuşamAlidə Mustafayeva:Pul qazandığım gündən bədxərc olmuşam


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 10623   Tarix: 27 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda meyxanaçı itə görə yolu bağladı - Onun bu addımı hər kəsi MƏƏTTƏL QOYDU + FOTO

Meyxanaçı Fariz Zeynalov (Bərdəli) heyvan mövzusunda həssas olduğunu bildirib. xəbər verir ki, o, açıqlamasında qeyd edib ki, bunun üçün hər zaman avtomobilində yem olur. Meyxanaçı hətta xatırladıb ki, bir dəfə tanımadığı şəxs idarə etdiyi avtomobilə yolu keçən iti vurub. Fariz maşınını yolun kənarınd

02.02.2025 1209
.

Müğənni Zauru verliş zamanı yıxmaq istədi - Qışqırtısından sonra GÖRÜN NƏ ETDİ- VİDEO

Sənətçi Sahib İbrahimov qonağı olduğu verlişdə Zaur Kamalın gözlənilməz təklifi ilə qarşılaşıb. xəbər verir ki, aparıcı müğənni qonağına güləşlə məşğul olduğunu eşitdiyini bildirib. Zaur ona bu səbəbdən efirdə güləş bacarığını göstərmək təklifi edib. O, Sahib İbrahimova "salto" atmağı göstərməsin

02.02.2025 1124
.

Hande Soral ad gününü belə qeyd etdi- FOTOLAR

Aktrisa Hande Soral 38 yaşını ailəsi ilə birgə qeyd edib. xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edib. Fotoları təqdim edirik:. [hh4-unikal]

03.02.2025 680
.

Alim Qasımovun nəvəsi GÖRÜN KİMİNLƏ AİLƏ QURUR - FOTO

Ötən gün Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin nişan mərasimi keçirilib. Mövlanə Fərid Nəsirov adlı bəylə nişanlanıb. Cütlüyün özəl günü şəhər restoranlarından birində baş tutub. Mövlanənin nişanlısı Fərid Xəzər TV-də işləyir. Fərid xoş günündən olan foto və videoları sosial şəbəkə hesabınd

02.02.2025 973
.

"Qardaşıma söz verdim ki..." - Aygün Kazımova

"Qadağalar o vaxtlar daha ciddi idi. Ağır baxışlara qalib gəlmək böyük söhbət idi. Nə yaxşı ki, hər şeyə tərs getdim". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Afaqla onlar" verilişində deyib. Pop kraliça sənətə gəlmək üçün keçdiyi ağır yollardan danışıb. Kazımov

01.02.2025 2085
.

"Hər kəs həyatda evliliyi bir dəfə də olsa, dadmalıdır" - Rafet El Roman

"Evlilik gözəl bir şeydir. Cəmiyyətdə evliliyin hörməti var". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Rafet El Roman deyib. "Evlənə bilərəm. Evliliyə qarşı deyiləm. Hər kəs həyatda evliliyi bir dəfə də olsa, dadmalıdır" ,- deyə o bildirib. [hh4-unikal]

03.02.2025 328
.

Afra Saraçoğlundan yeni FOTO

Afra Saraçoğlu serialın pərdəarxasından foto paylaşıb. xəbər verir ki, aktrisa iti ilə poza verib. Fotonu təqdim edirik:. [hh4-unikal]

03.02.2025 1527
.

Aynişan illərdir ARZULADIĞI EVİ ALDI - FOTOLAR

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva özünə yeni ev alıb. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. O, evinin görüntülərini izləyiciləri bölüşərək bunları yazıb:. "Nəhayət, illərin arzusu gerçəyə çevrildi. Xəyallarımı qurduğum evi aldım. Bu yo

02.02.2025 5705
.

Rövşanə: "Dünyam DAĞILDI" - VİDEO

Teleaparıcı Rövşanə Ağasəfqızı həyatdakı peşman olma hissindən danışıb. bildirir ki, ana və atasını itirən məşhur onları yada salıb, kövrək anlar yaşayıb. O, yaşadığı itkilərlə dünyasının dağıldığını bildirib. Aparıcı kişilərin ondan qorxma səbəbinə də aydınlıq gətirib. Rövşanə bu barədə "Maqazi

02.02.2025 989
.

TOP MP3