Yer kürəsinin bənzəri varmı?

Yer kürəsinin bənzəri varmı?Astronomların söylədiyinə görə kainatımızdakı ulduzların hər 6-dan birinin yaxın peyki Yer kürəsi ölçüsündədir, bu cür planetlərin ümumi sayının isə 17 milyard olduğu güman edilir. Bu nəticəyə NASA tərəfindən yaradılmış Kepler kosmik rəsədxanasında aparılan müşahidələrin təhlili nəticəsində gəlinib.
Kepler teleskopunu idarə edən elmi qrup tərəfindən planet sayılması üçün 461 yeni namizəd seçilib. Peyklərin ümumi sayı 2.740-ə çatıb. Bu nəticələr Kaliforniyada keçirilmiş Amerika Astronomiya Cəmiyyətinin 221-ci iclasında açıqlanıb.
2009-cu ildə orbitdə işə başlayandan Kepler teleskopu kosmik fəzanın müəyyən bir güşəsinə tuşlanaraq öz nəzarət sektorunda 150,000-dan çox ulduzu müşahidə edib. Teleskop ulduzdan gələn işığın 1 dəqiqəlik zəifləməsini qeydə ala bilir. İşıq zəifləməsi ulduzun qarşısından planetin keçməsi kimi qiymətləndirilir. Bu prosesə astronomlar "transit" adı veriblər.
Lakin bu ölçü üsulunun dəqiqliyi bir sıra amillərdən asılıdır, çünki ümumilikdə işığın intensivliyi yalnız faizin cüzi hissəsi qədər dəyişir və işığın zəifləməsi də heç də həmişə planetin transiti təsirinə görə baş vermir. Belə ki, ilk Yer ölçülü planetləri kəşf edən Harvard-Smithsonian Astrofizika Mərkəzindən Fransua Fressin, Kepler namizədlərindən bəzilərini planetlər siyahısından çıxdaş etməklə yanaşı Kepler teleskopunun görə bilmədiyi planetləri də müəyyən etmək istiqamətində cəhdlərə başlayıb. "Biz yalnız 2 məqamı düzəltməliyik - birincisi Kepler namizədləri siyahısı natamamdır", o, BBC-ə bildirib.
"Biz yalnız o planetləri görürük ki, onlar ulduzlarının qarşısından keçir, həmin ulduzların bizim görə bildiyimiz və onlarla görə bilmədiyimiz planetləri mövcuddur. "İkinci əsas düzəliş namizədlərin siyahısına edilməlidir – onların arasında elələri var ki, onlar həqiqi planetlər deyil, fərqli astrofizika obyektləridir".
Belə obyektlərdən biri qoşa ulduzlar ola bilər. Bu kosmik obyekt qarşılıqlı orbital hərəkətdə olan iki ulduzdan ibarətdir. "Biz bütün mümkün konfiqurasiyaları nəzərdən keçirdik və müəyyən etmişik ki, onları Kepler planetlərinin yalnız 9,5 faizi təşkil edə bilər, qalanları isə gerçək planetlərdir", Dr Fressin izah edib.
Əldə edilmiş nəticələrə görə, güman etmək olar ki, ulduzların 17 faizində peyk planetlər var. Həmin planetlərdən ən irisinin ölçüsü Yer kürəsinin 1.25-ni təşkil edir. Peyklərin orbiti ana ulduza yaxındır, beləki orbitin bir dövrünü peyk təxminən 85 günə, ya da bundan da az vaxta başa vurur.
Bu o, deməkdir ki, bizim qalaktikamızda ən azı Yer kürəsi ölçüsündə olan 17 milyard planet mövcuddur.
Kepler missiyası arxasında əsas hərəkətverici qüvvə William Borucki deyir ki yeni nəticələr onu ilhamlandırıb: "Ən əhəmiyyətli məqam statistika ilə bağlıdır – söhbət bir yox 100 Yer planetinin tapılmasından gedir. Zaman etibarilə Kepler missiyası bizə məhz bu nəticəni təmin etməlidir, çünki bu missiya məhz çoxlu yerı planetlərinin tapılması məqsədilə yaradılıb".

olaylar.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3212   Tarix: 26 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659