Gözəl aktrisa ərindən uşağı olmadığına görə onu atdı (fotolar)

Arıq, cansız vücudlu bir xanım ilk dəfə ekranlara çıxarkən heç kim, ilk növbədə özü də bilməzdi ki, o, əsrin ən gözəl, cazibədar aktrisası, xanımı kimi tarixə düşəcək...

Bəli, bu gözəllik şahzadəsi, ilahəsi Odri Hepbern idi! Milyonlarla kişi milyonlarını bu xanımın tək bir baxışı üçün qurban verərdi...

Odri Hepbern 1929-cu ilin mayın 4-də Brüsseldə dünyaya gəlir. Anası holland baronessası, atası ingilis bankiri olan Odrinin uşaqlıq dövrü ağır müharibə illərinə təsadüf edir. İkinci dünya müharibəsinin dəhşətli səhnələrini Odri öz gözləri ilə görür, bu dəhşəti özü də yaşayır. Müharibə başlayan zaman anası ona İngiltərədən Hollandiyaya qayıtmasını tapşırır. Odrinin anası düşünür ki, Hollandiya əvvəlki tək olduğu kimi, bu dəfə də öz bitərəfliyini qoruyacaq və neytral zona olub müharibədən sığortalanacaq.

Hollandiyanın Arnem şəhəri ölkənin ən sakit və dinc şəhərlərindən biri idi, ta almanlar şəhərə bombaları yağdıran ana qədər...

Aclıq, zorakılıq, alman faşistlərinin vəhşilikləri - bütün bunları Odri ömrü boyu xatırlayacaqdı...

Aclığa dözmək üçün Odri özünə ac olmadığını və çörəyə nifrəti aşılamağa çalışırdı və bu, onda alınmışdı... Belə ki, illər sonra məşhur "Tiffanidə səhər yeməyi" filminin çəkilişləri zamanı o, filmin əvvəlində bulkanı yeməli olduğu səhnəni heç cür oynaya bilmirdi, rejissor inadla bu səhnənin vacib olduğunu təkid edirdi. Axırda filmin operatoru Odriyə nəzakətlə: - Odri, əzizim, bulkadan yalnız bir dişlək al, kifayətdir, qalanını həll edəcəm..." dedi.

Odri müharibədən sonrakı illərdə az yeməyə öyrəşmişdi, müharibənin sonuna yaxın isə xəstələnir, ciyərlərində problem yaranır, daha sonra astma, maddələr mübadiləsi... Nasistlər "yaxşı" dərs keçmişdi...

Odrinin atası nasistlərin təsiri altına düşmüşdü, elə o illər anası ilə boşanmışdı. Atası evdən gedir və 7 yaşından sonra Odri onu bir daha heç vaxt görmür...

Çətin illər geridə qalmışdı... Odri Londonda balet məktəbinə gedir, ancaq müəllimlər ona artıq gec olduğunu söyləyirlər.

O, anasına kömək etmək üçün müxtəlif, ən xırda reklam roliklərində çəkilirdi, həm də model kimi fəaliyyət göstərirdi. Ancaq tezliklə kino prodüserlər onu "görür".

Gözəl aktrisa 1953-cü ildə "Roma tətilləri" filmində çəkilir və bu filmə görə "Ən yaxşı aktrisa" nominasiyası üzrə "Oskar" alır.

Odri artıq məşhur idi, təklif təklif arxasınca, pul da ki, öz yerində. Ancaq aktrisanın ən böyük arzusu ailə sahibi, ana olmaq idi.

Onu ilk sevgisi aktyor Billi Holden olur, lakin onun ata ola bilməyəcəyini öyrəndikdən sonra Odri ondan ayrılır. Bir ildən sonra rejissor və aktyor Mel Ferrerə ərə gedir. Ancaq Odri Holdeni hələ də sevirdi, hələ də gecələr onun üçün ağlayırdı... Lakin Mel Ferrer Billi Holdeni unutdura bilir. Fəqət Odri ana ola bimirdi, bir müddət kinoya da ara vermişdi. İsveçrənin ən bahalı xəstəxanalarındakı müalicələr də nəticə vermirdi.

Aktrisa daim kədərli idi, bu aralar onun həyatda ən yaxın dostu olan Yuber Jivanşi Odriyə "Mən sənə kədərlənməyi qadağan edirəm" sözlərini deyərək, "L'Interdit" ("Qadağa") adlı ətri ona həsr edir...
İki uşaq salmadan sonra, nəhayət, Odri 1960-ci ildə ana olur. Oğlu Şon dünyaya gəlir. Odri xoşbəxt idi, onun ən böyük arzusu həyata keçmişdi. Kinoya da qayıtmaq olar, qayıdır və daha böyük uğurlara imza atır – "Tiffanidə səhər yeməyi" (bu film Odrinin ən məşhur filmi olur!), "Milyonu necə oğurlamaq", "Şarada", "Mənim gözəl xanımım" kimi filmlərdə çəkilir.

Trümen Kapotenin "Tiffanidə səhər yeməyi" povesti əsasında çəkilmiş eyniadlı film Odrinin vizit kartına çevrilir. Kitabın müəllifi baş rolda Merilin Monronun çəkilməsini arzulasa da, rejissor fərqli düşünürdü. Kapotedən savayı, hamı bu filmdən razı qalır. Film kitabı məşhur etsə də, əsərin müəllifi Odrini obrazı dəyişməkdə günahlandırırdı. Lakin tamaşaçılar əsərin baş qəhrəmanı Holi Qolaytlini məhz Odrinin simasında görməyə alışdı və ən əsası, sevdi...

Kino karyerasında Odri hər şeyə nail olmuşdu, tamamilə hər şeyə! Lakin ailə həyatında deyil... Əri ilə daimi dava-dalaşlar, mübahisələr 14 illik ailə həyatına son qoyur... Bu ayrılığı aktrisa çətin keçirir, yenidən göz yaşları, depressiya, yeməkdən imtina...

Odri Hepbernin ikinci əri ondan 9 yaş cavan, italiyalı psixoanalitik Andrea Dotti olur. Deyəsən, Andrea tam başqa cür idi, Meldən çox fərqlənirdi - şən italiyalı Odrini ovsunlamışdı. Yaxınları bu evliliyə qarşı olsa da, Odri seçimi özü edir... Onun ikinci oğlu Lukanın atası Andrea Dotti olur.

Odri xoşbəxt idi, kinodan uzaqlaşmışdı, ancaq Andrea bunu istəmirdi. O, kinoda görüb aşiq olduğu xanımın evdar xanım yox, elə ulduz olaraq qalmasını arzulayırdı. Ancaq Odri buna əhəmiyyət vermirdi, o, həmçinin özündən gənc ərinin digər xanımlarla eşq macəralarına belə göz yummağa çalışırdı. "O, hər bir halda məni sevir" - deyə Odri göz yaşları içində özünə təsəlli verirdi.

Çılğın italiyalı evə gələrkən heç nə olmamış kimi deyib-gülür, xəstələrindən danışırdı. Odri ilə italiyalı həyat yoldaşının münasibətləri Andreanın qəzetlərin birində romalı məşhur fahişə ilə birgə şəkilləri yayımlandıqdan sonra bitdi. "Vəssəlam, mənim öz həyatımdakı "Roma tətilləri"m sona çatdı" - Odri dedi...

Yenidən eyni ssenari - yeməkdən imtina, gündə iki qutu siqaret...

Odri öz əsl xoşbəxtliyini 50 yaşında tapır. Prodüser və elə də məşhur olmayan aktyor Robert Uolders aktrisanın sonuncu sevgisi olur... Sonuncu çəkildiyi film isə Stiven Spilberqin "Həmişə" filmi olur. Bu filmdə Odri mələk rolunu canlandırır. Növbəti mələk rolunu aktrisa UNİCEF-lə sıx əməkdaşlığı zaman oynayır.

1989-cu ildən Odri Afrikanın, Mərkəzi Amerikanın ən kasıb ölkələrinə, Banqladeşə, Türkiyəyə, Vyetnama, Somaliyə baş çəkir. Odri bütün dünyanın nəzərlərini bu kasıb ölkələrə, əsas da Afrika ölkələrindəki dözülməz həyata - aclığa cəlb etməyə çalışırdı, bununla bağlı çoxsaylı müsahibələr verirdi, ara vermədən çalışır, səfərlər edirdi. Bu səylər nəticəsiz qalmamışdı, belə ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bu kasıb ölkələrə yardımların sayı bir neçə dəfə artmışdı. Aclıq səbəbindən uşaqların yaşadıqları, xəstəliklər... 4 il ərzində bütün bunların şahidi olan Odri üçün bu əsl stress, həyəcan idi...

Evinə qayıdarkən aktrisa onda mədə xərçənginin son mərhələsi olduğunu öyrənir.

Odri Hepbern 1993-cü ilin yanvarın 20-də İsveçrədəki evində vəfat edir.
Aktrisanın ilk uğurundan yanında olan, şəxsi dərzisi və ən yaxın dostu, sirdaşı Yuber Jivanşi Odrinin vəfatından sonra daha işləyə bilməyəcəyini anlayıb, öz modalar evini dizayner Con Qalyanoya tapşırır, özü isə işdən uzaqlaşır. Ondan Odri haqqında soruşanda deyir: "O, qeyri-adi qadın idi və mən onun üçün çox darıxıram..."

Gözəl aktrisa ərindən uşağı olmadığına görə onu atdı (fotolar)Gözəl aktrisa ərindən uşağı olmadığına görə onu atdı (fotolar)Gözəl aktrisa ərindən uşağı olmadığına görə onu atdı (fotolar)Gözəl aktrisa ərindən uşağı olmadığına görə onu atdı (fotolar)Gözəl aktrisa ərindən uşağı olmadığına görə onu atdı (fotolar)Gözəl aktrisa ərindən uşağı olmadığına görə onu atdı (fotolar)Gözəl aktrisa ərindən uşağı olmadığına görə onu atdı (fotolar)Gözəl aktrisa ərindən uşağı olmadığına görə onu atdı (fotolar)Gözəl aktrisa ərindən uşağı olmadığına görə onu atdı (fotolar)Gözəl aktrisa ərindən uşağı olmadığına görə onu atdı (fotolar)Gözəl aktrisa ərindən uşağı olmadığına görə onu atdı (fotolar)Gözəl aktrisa ərindən uşağı olmadığına görə onu atdı (fotolar)Gözəl aktrisa ərindən uşağı olmadığına görə onu atdı (fotolar)Gözəl aktrisa ərindən uşağı olmadığına görə onu atdı (fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7545   Tarix: 24 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476