Xəzər Lənkəran bombanı partlatdı

Xəzər Lənkəran bombanı partlatdıXorvatiyalı İvan Çoviçlə ilkin anlaşmaya xitam verən "Xəzər Lənkəran"a daha bir qapıçı gəlir.

Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan cənub təmsilçisi Aykut Erçetinlə güclənə bilər.

1982-ci il sentyabrın 14-də anadan olan futbolçu hazırda azad agent statusuna malikdir. Almaniyada anadan olan Aykut karyerasına "Ştutqart"da başlayıb. Bundesliqa klubunda 2 oyun keçirən qapıçı Türkiyə nəhəngi "Qalatasaray"ın diqqət mərkəzinə düşüb.

2003-cü ildə İstanbul klubuna transfer olunan Aykut 9 il "Cim-Bom"un şərəfini qoruyub. Bu müddətdə Superliqada 39 oyuna çıxan qapıçı "Qalatasaray"da bir çox titullar qazanıb: 2005/06, 2007/08, 2011/12 mövsümlərində 3 dəfə Türkiyə çempionu, 2004/05 mövsümündə ölkə kuboku, 2008-ci ildə Superkuboku. 5 il Fərid Mondraqonun əvəzləyicisi olan Aykut sonradan Orkun Uşak, Morqan de Sanktis, Leo Franko kimi qapıçılarla da rəqabət aparıb.

2012-ci ilin mayında "Qalatasaray" rəhbərliyi müqaviləsi başa çatan qapıçı ilə anlaşmanı uzatmadığından qolkiper klubsuzdur. Bir müddət "Qaziantepspor"a keçidi gündəmdə olan Erçetinin keçidi baş tutmayıb.

Aykut Türkiyənin, demək olar ki, bütün yığmalarında oynayıb. Milli karyerasına U-17-dən başlayan futbolçu U-18, U-21, A-2 yığmalarından keçərək əsas komandaya da cəlb olunub. Qapıçı əsas millidə cəmi 1 matç keçirib. Bu görüş də 2006-cı il aprelin 12-nə təsadüf edib. Həmin gün Türkiyə yığması Bakıda Azərbaycan millisinin qonağı olub. 7 il əvvəlki qarşılaşma 1:1 hesabı ilə başa çatıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3116   Tarix: 23 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qarabağ"ın qapıçısı: "Nyukasl"da dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq yaxşıdır

"Nyukasl"ın heyətində dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq daha yaxşıdır. "Report" xəbər verir ki, bunu Rusiyanın "Sport 24" saytına açıqlamasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib. Rusiyalı qolkiper vaxtilə İngiltərənin "Nyukasl"

30.03.2024 404
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21.04.2024 277
.

UEFA "Qarabağ"a 3 milyon ödədi

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. "Köhlən atlar"a Avropa Liqasında pley-offa vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəlməsinə görə 1 milyon 700 min avro (3 milyon, 133 min manat

04.04.2024 490
.

Stadnikdən başqa hamısı uduzdu

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik turnirə uğurla başlayıb. 50 kq çəki dərəcəsində mübarizə aparan onqat Avropa və ikiqat dünya çempionu 1/4 finalda litvalı Qabija Dilite üzərində 10:0 hesabl

06.04.2024 346
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14.04.2024 358
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 437
.

"Barselona"nın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

"Barselona" klubunun gənc müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb. Bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat verib. Belə ki, kataloniyalıların 17 yaşlı müdafiəçisi Pau Kubarsi ÇL-in dörddəbir final mərhələsində meydana çıxan ən gənc futbolçu olub. İspaniyalı müdafiəç

11.04.2024 523
.

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib. -ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib. "Hansısa mediaya müsahibə verdiyi

07.04.2024 573
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 472