Bugünkü gənclikdən şikayət etsək də...

Bugünkü gənclikdən şikayət etsək də...Ancaq bu yazıların bəzisində əsasən şikayətlərə, suçlamalara yer verildi və heç kəs bu məsələnin kökünü araşdırmağın vacibliyinin fərqinə varmadı. Onu da qeyd etmək lazımdır ki, xəstə xəstəliyi ilə bağlı həkimə gedirsə, həkimin əsas işi xəstəni müayinə edib, xəstəliyin kökünü araşdırmaq olmalıdır. Ümumiyyətlə, bir problemi həll etmək üçün, ilk növbədə, həmin problemin yaranma səbəblərini araşdırmaq, sonra isə məsələni kökündən həll etmək lazımdır.

Gəncliyimizin əxlaqlı, vətənpərvər yetişməsi, bir sözlə, bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən bir fərd kimi formalaşması üçün, ilk növbədə, ailə, bağça, məktəb və kütləvi informasiya vasitələri bu sahədə birgə çalışmalıdırlar. Əgər buna nail ola bilsək, müsbət nəticə əldə etmək olar.

Bir anlıq düşünək: küçələri dolduran min cür çirkinliklər qarşısında ailə uşağa nə vermiş və ya nə qədər sahib çıxmışdır? Məktəblər ictimai və tarixi vəzifələrini nə qədər yerinə yetirə bilmişdir? Kütləvi informasiya vasitələri fərdin əxlaq və tərbiyəsinin inkişafı istiqamətində hansı addımları atmışdır?

Əvvəllər sarı mətbuat var idi. Bir müddət sonra onun yerinə xarici seriallar evlərimizə "qonaq gəldi". Ata, ana, qoca, cavan (sanki ailəvi izləmək çox vacib imiş kimi) serial saatlarında öz yerini alırdı. Təbii ki, atanın yeri mentalitetimizə uyğun olaraq, baş tərəfdə qorunurdu.

Yeri gəlmişkən, seriallarda diqqətimi çəkən bir səhnəni ("təəssüf ki", çox serial izləmək imkanım olmadığı üçün ancaq bir səhnəni örnək verə bilirəm) sizlərlə paylaşmaq istəyirəm:

... Hər kəs səhər yeməyi üçün süfrə ətrafındadır (təbii ki, baba və nənə də daxil olmaqla). Hamıdan sonra gözünü ovxalaya-ovxalaya evin gəlini gəlir (Axı evin qulluqçusu var!). Gəlinin də əynində "Hicran" tamaşasında Dadaşbalanın dediyi kimi, ancaq əynidir. Evin kiçik qızının əlində "Barbi" gəlinciyi var. Gəlincik də "mini yubkası" ilə diqqəti cəlb edir. İndi sizdən soruşuram, biz bu səhnədən hansı nümunəni götürə bilərik?

Düzdür, bu gün xarici seriallardan canımız qurtarsa da, yerli seriallarda da vəziyyət o qədər ürəkaçan deyil. Evin içində hündürdaban ayaqqabı ilə gəzən ana, internet "bəlasına" düçar olan ata və s... Bu saydıqlarımın hansı bizə xasdır, hansı bizim mentalitetimizə uyğundur. İndi biz bunlardan necə nümunə götürək, uşaqlarımız necə əxlaqlı yetişsin, ailəmiz necə mükəmməl olsun?..

Bütün bu saydıqlarımı nəzərə almadan gənclik haqqında hökm vermək və ya üstəlik, gəncliyi qınamaq ən azı insafsızlıq olar. Təbii ki, həyatda hər şey ziddi ilə qiymətlidir. Məsələn, soyuq olmasa, istinin qiyməti olmaz; pis olmasa, yaxşı dəyər qazanmaz; yalan olmasa, doğru qiymətə minməz. Bununla yanaşı, hər hansı bir alətlə, eyni vaxtda həm şər iş görə, həm də xeyir görə bilərsən. Məsələn, bıçaqla həm çörək doğramaq olar, həm də adam öldürmək mümkündür. Deməli, biz də cəmiyyətdəki qeyd etdiyimiz bütün problemləri həll etmək üçün ailənin, bağçanın, məktəbin... müsbət cəhətlərindən, bizim üçün xeyirli tərəflərindən istifadə etməliyik. Yəni internetin mənfi tərəfindən istifadə edərək, ailə də dağıtmaq olar, hər hansı elmi və ya mənəvi yazını oxuyub, əxlaq artırmaq da. Televizorda yuxarıda saydığım səhnələrə baxaraq gəncliyi məhvə doğru sürükləmək də olar, müsbət verilişlərə tamaşa edərək, gəncliyin yetişməsinə təkan vermək də. Unutmayaq ki, səbəbkar bizik, yəni bugünkü gənclikdən şikayət edənlər...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2865   Tarix: 23 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164