Həyatın mənası

Həyatın mənasıKimsə hər hansı bir bazar sabahı sevinclə yuxudan oyanır və ola bilər ki, o bu sevinci dostuna, sevdiyi bir insana ya da Allaha qarşı duyur. Kimsədə onu əhatə edən gözəlliklərə, onunla yanaşı əzizlərinin və yaxınlarının olmasına baxmayaraq daxili aləmində bir boşluq hiss edir və bu boşluqdan yaxa qurtara bilmir.
Deməli xarici dünyamız və bizi əhatə eden gözəlliklər daxili dünyamızla müqayisədə o qədər də vacib deyil. Vacib odur ki, daxilmizdə nə hiss edirik. Əgər orda hər hansı bir boşluq mövcuddursa onda bədən buna tab gətirmir və həyat boşluğuna doğru yuvarlanır. Bəs bundan necə yaxa qurtarmaq olar.

Mən bir qızla tanış olmuşdum, hansı ki, öz həyatına son qoymaq istəyirdi, lakin, bunun üçün heç bir cəhd göstərməmişdi. O, bunu belə başa salırdı kı, Allah onu dünyaya hər hansı bir təyin olunmuş məqsəd üçün göndərib və eyni zamanda ona, ölümə hər zaman meyl etmə hissiyatını bəxş eləmişdir. Elə ki, məqsədini həyata keçirdi, o artıq bu dünyadan əbədi getmək üçün hazır olacaqdır. Amma onun dediyinə görə öz məqsədini həyata keçirmək üçün o, hələ bir çox maneələri aşmalıdır. "Allah mənə icazə vermir ki, öz məqsədimi həyata keçirim, çünki, o, bilir ki, bu hadisədən dərhal sonra mən həyatdan vidalaşacağam. Və allah vaxtımı uzadır, amma bilmirəm ki, nə üçün!" Bu hissəyə diqqət yetirin, o, öz sualına özü cavab verir. Ziddiyətli həyat tərzinə və Allaha qovuşmaq istəyinə baxmayaraq, o, bu soyuq və əzablı dünyadakı ağır həyat şəraitinə inanmağa başlamış və yaşamaq üçün bir səbəb tapmışdır. Bir sözlə, həmin qızda özünü mühafizə "instinkti" formalaşırdı, amma burda o, özünü, özündən mühafizə eləyirdi.
Həyatın mənasıMən dəyişilmişəm və öz-özümə yad kimi görünürəm.
Mən özümlə vuruşan bir döyüşçüyə bənzəyirəm
Mən artıq taleyimlə mübarizədən yorulmuşam.

F.Nisşe

Həyatın mənası nədir? Bu sual günümüz insanı üçün vacib və əhəmiyyətli suallardan biridir. Həyatda yaşamağın mənasını itirmiş insanı ruhu xəstə kimi qələmə vermək düzgün deyildir. Əksinə həyati çətinliklərdən əziyyət çəkən insanı daha insanpərvər biri kimi qələmə versək, bəlkə də yanılmarlq. Çünki, başqa bir canlını bu sual heç vaxt düşündürməmişdir. Hətta qəti surətdə demək olar ki, bu sual bizim insanlığımızı meydana çıxarır.

Belə ki, müəyyən yaş dövrlərinə təsadüf edən hadisələr, məsələn insanın yaxın qohumunu itirməsi, ağır yaşam tərzi, bir sıra uğursuzluqlar, işsizlik, ailədən və sevgidən məhrum olma və sair bu kimi faktlar insanda "həyatın mənası" anlayışının itməsinə gətirib çıxarır.

Həyatdakı bütün çətinlikləri aradan qaldırmaq qeyri mümkündür və biz həyatın mənasını itirmiş bütün insanlara ayrı-ayrılıqda kömək edə bilmərik. Yəni bizim, məsələn hər hansı bir işsizi və ya sevgilisi tərəfindən aldadılmış bir nəfəri axtarmamız vacib deyildir. Biz sadəcə həmin insanları inandırmalıyıq ki, həyat bütün çətinliklərə və zorakılıqlara baxmayaraq çox gözəldir, bunun üçün ümüdsüzlüyə qapılmağa dəyməz. Sadəcə olaraq insan bu vəzıyyətdən çıxmaq istəyirsə qarşısına hər hansı bir məqsəd qoymalı və onun həyata keçməsi üçün var gücü ilə çalışmalıdır. Məhz bu zaman atrıq insan həyatın mənasını anlamağa başlayacaq. Həqiqətən də, həyat çətinləşdikcə onun mənası daha da dərinləşir və həyat bir o qədər də gözəlləşir. Sonda Nisşenin düşündürən kəlamlarından birini qeyd etmək istəyirəm: "Əgər insan bilsə ki, nə üçün ona yaşamaq lazımdır, onda o hər bir hadisə üçün müəyyən qərar çıxara biləcəkdir".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 9528   Tarix: 05 yanvar 2010  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

TOP MP3