Futbol tarixinin 10 ən gözəl hərəkəti (Video)

Futbol tarixinin 10 ən gözəl hərəkəti (Video)" alt="Futbol tarixinin 10 ən gözəl hərəkəti (Video)" class="imgbcode" />

1. Panenka penaltisi

Çexslavakiya Milli Komandası otuz il əvvəl 1976 Avropa Çempionatında Qərbi Almaniyayla finalda qarşılaşır. Normal müddəti bərabərə nəticələnən və penaltilərə qalan matçda sıra Panenkada. Topu penalti nöqtəsinə yerləşdirən oyunçu topa yaxınlaşır və topun dibinə girərək aşırtma bir vuruşla topu qapının tam ortasına göndərir. Bu vuruşuyla bir əfsanə halına gələn Panenkanın bu hərəkətini başda Totti, Zidane və ən son Pirlo olmaq üzrə bir çox oyunçu istifadə etdi amma tarixə keçən vuruş Panenkanınkı oldu.

2. Blanconun bədən fəndi

Dünyanın dörd bir tərəfində tanınmasa da öz ölkəsində çox məşhur olan Cuauhtemoc Blanco, Dünya Kubokunda ilk dəfə istifadə etdiyi bu fəndlə adını yaddaşlara həkk etmişdi. Futbol ədəbiyyatına qatdığı bu fəndi yalnız iki rəqiblə qarşı qarşıyaykən edən Blanco, topu iki ayağının arasında sıxışdırar və iki rəqibinin arasından tullanaraq yoluna davam edərdi. Çox vaxt işə yarayan bu fəndi Blanco davamlı olaraq istifadə etdi və maraqlıdır ki çox vaxt da rəqiblərindən xilas olmağı bacarardı.

3. Cruyff dönüşü

Johan Cruyff bu hərəkəti Ajax, Barcelona və Hollandiya Milli Komandası karieri boyunca dəfələrlə istifadə etdi. Həm estetik həm də təsirli bir hərəkət olan Cruyff Dönüşü müdafiə oyunçularının hazırlıqsız tutulmalarına səbəb olan ardıcıl bir fənd idi. Cruyff topu dayandırdıqdan sonra əvvəl pas verəcəkmiş kimi edər sonra da sürətli və gözlənilməz bir şəkildə topu qıçlarının arasından arxasına atardı. Bu fəndi təsirli və müdafiə etməsi çətin edən ən əhəmiyyətli detalı isə təxmin edilməsi çətin olması idi.

4. Garrincha dönüşü və ya Marsilya ruleti

Braziliyalı əfsanə oyunçunun istifadə etdiyi və "Garrincha Dönüşü" adı verilən bu hərəkət ondan sonra dəfələrlə və saysız futbolçu tərəfindən istifadə edildi. Bu fəndi Zinedine Zidane istifadə etdiyində adına Rulet, Thierry Henry istifadə etdiyində isə Marsel dönüşü deyildi. Lakin fəndin orijinal adı əlbəttə icadçısı Garrinchaya aid.

5. Ronaldinho fəndi (Elastico və ya Flip-Flap)

Əslində bu fəndi ilk dəfə istifadə edən futbolçu başqa bir Braziliyalı qabiliyyət Rivelinho idi. Lakin fəndi ən çox istifadə edən (əslində daha gözəl istifadə edən) və daha estetik bir hala gətirən ad Ronaldinho oldu. Topu sağ ayağının xariciylə sağına doğru atan Ronaldinho dərhal ayağının içiylə topu sola doğru çəkər, fəndə müdaxilə etmək istəyən müdafiəçi boşa çıxınca da onu rahatlıqla keçərdi. Hərəkəti son zamanlarda Cristiano Ronaldo da istifadə edən adlar arasında.

6. Ricardo Quaresma trivelası

Trivela, Ricardo Quaresmayla qaynaşmış bir hərəkət. Az qala hər matçda Q7dən bir trivela görmək mümkün. İşi gözəl edənsə, bu hərəkətlə möcüzələr yaratması. Trivelanı yalnız orta etmək üçün istifadə etmir Quaresma. Portuqaliyalı oyunçunu trivelayla zərbə çəkərkən, pas verərkən hətta frikik istifadə edərkən də görə bilərsiniz. Trivela, ayaq xariciylə edildiyindən rəqib müdafiə oyunçuları ayaq içiylə verilən vərdiş etdikləri falsonun tam tərsiylə qarşılaşdıqlarından əksəriyyətlə daha keç reaksiya verir, hətta heç reaksiya belə verə bilmirlər.

7. Cristiano Ronaldo fəndi

Cristiano Ronaldonun topu olduqca sürətli götürə bilmə kimi böyük bir qabiliyyəti var. Ronaldo rəqib oyunçularla qarşı qarşıyaykən bu fəndi istifadə etdiyində sürətiylə birləşincə ümumiyyətlə hər səfərində rəqiblərini təsirsiz hala gətirir. Ayağının içiylə topu ön qıçının arxasından keçirən Ronaldo sürətli bir şəkildə rəqibinin yanından asanlıqla sıyrıla bilir. Fənd start əsnasında etməksə haradasa müdaxilə edilə bilməz hala gətirir.

8. Ricardo Infante - Rabona

Bir çox futbolçu tərəfindən istifadə edilən başqa bir hərəkət. Gözlənilməz, estetik… İlk dəfə 1948-ci ildə Estudiantes də la Plata and Rosario Central arasında oynanan matçda Argentinalı hücum oyunçusu Ricardo Infantenin istifadə etdiyi və "rabona" adı verilən bu hərəkət indilərdə də futbolçular tərəfindən estetik ortalar və paslar çıxarmada istifadə edilir.

9. Robson de Souza Robinho hərəkəti

Braziliyalı futbolçuların texniki və atletik olmaları bu cür hərəkətləri icad edə bilmələrinə, davamlı olaraq istifadə edə bilmələrinə və istifadə edərkən də müvəffəqiyyətli ola bilmələrinə səbəb olur. Robinhonuki tətbiqi bir az daha çətin bir hərəkətdi. Bu hərəkəti müvəffəqiyyətlə tamamlamaq üçün futbolçunun daha ardıcıl olması və top texnikasının üst səviyyələrdə ollması lazımdır. Hərəkət xülasə olaraq rabonayla orta edəcəkkən birdən dayanıb topu rəqibin tərs tərəfinə itələyərək edilir amma əlbəttə tətbiq edənin texnikasına görə müxtəlif variasiyalar da sınana bilər.

10. Rodrigo Taddei hərəkəti

Romada oynayan Braziliyalı cinah oyunçusu daha əvvəl milli komanda forma geyməmiş bir ad. Bu fəndi edə biləcək keyfiyyətdə bir oyunçu olduğunu düşününcə bunun səbəbini insan maraqlanır təbii! Bu hərəkəti etməsi çox çətin olduğundan ötəri çox nümunəsinə rast gələ bilmirik. Həm də, hərəkət gerçək mənada qüvvətli qıçlar və yaxşı bir bədən tarazlığı tələb edir. Sürətdən bəhs etməyə gərək belə yox. Topu sabit qıçın arxasından dolaşdırıb tərs tərəfə atmaq elə bura yazıldığı qədər asan olmasa da Taddei bunu sanki uşaq oyuncağıymış kimi rahatlıqla edə bilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 6304   Tarix: 19 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün

29.08.2021 834
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232