Xanım Qafarova: Bizim aktyorlarda təbilik çatışmır

Xanım Qafarova: Bizim aktyorlarda təbilik çatışmırAzərbaycanın əməkdar artisti, Dövlət Musiqili Komediya Teatrının aktrisası Xanım Qafarovanın müsahibəsi
Xanım Qafarova hazırda nə işlə məşğuldur?

Bildiyiniz kimi, mən "Qaynana" serialında, qaynananın qaynanasını oynayıram. İnanırsınız, heç o serialda məni tanımadılar ki, bu rolu ifa edən kişidir, yoxsa qadın. Bir çox seriallar dəvətlər var. Lakin imzaladığım müqaviləyə əsasən, 1 il müddətində başqa seriala çıxış edə bilmərəm.

Bildiyim qədəri ilə səhhətinizdə ciddi problemlər vardı. İndi özünüzü necə hiss edirsiniz?
Allahımın və həkimlərin köməyi ilə indi özümü yaxşı hiss edirəm. Canımı böyük problemdən qurtarmışam. Müalicələrimi indi də davam etdirirəm. Hər gün səhhətimdə yaxşılığa doğru irəliləyiş getdiyini hiss edirəm. Sadəcə özümə bir az diqqət etməliyəm.

Serialda rol alırsınız. Azərbaycan seriallarını necə dəyərləndirirsiniz? Düşünürsünüzmü ki, bizim seriallarda rol alan aktyorlarda təbilik çatışmır?
Bəli, sözlərinizlə tam razıyam. Bizim seriallarda rol alan aktyorların əksəriyyətində təbilik çatışmır. Süniliklə yanaşı, təcrübə də yoxdur. Burada texnika amili də var. Bizə yaxın olan Türkiyədə çəkilən seriallarda istifadə olunan texnika, sərmayə bizdə olsa, yaxşı bir iş ərsəyə gələr. Düşünürəm ki, bu da yavaş-yavaş düzələcək.

Biz indi görürük ki, müğənnilərimiz də müxtəlif seriallarda filmlərdə rol alırlar. Müğənnilərin aktrisalığı normal qarşılanır. Lakin aktrisanın müğənniliyini qəbul etməyənlər var. Buna münasibətiniz...
Doğru qeyd etdiniz. Mən dəfələrlə söyləmişəm ki, müğənniyəm, səsim də var. Səsimə şübhəsi olan varsa, gəlsin, mənimlə canlı mahnı ifa etsin. Bu fikir mənə çatmır. Başa düşə bilmirəm, guya müğənnilərin hamısının səsi var? Elə müğənnilər var ki, onların ifasına baxanda, adam deyir ki, o, heç oxumasa, yaxşıdır. Aktrisalar arasında mahnı ifa edən Məleykə Əsədova, Firəngiz Mütəllimova, Sənubər İsgəndərli və mənəm. Onlar özlərinə "müğənniyəm" deməyiblər. Sadəcə oxumaq onların hobbisi olduğuna üçün mahnı ifa edirlər. Amma mən özümə hər zaman müğənni deyirəm. Çünki, mənim səsim var.

Sizin də mahnı oxumağınız bir mənalı qarşılanmadı...
Mənim oxumağım birmənalı qarşılanmasa da, çox müzakirəyə səbəb olmadı. "Qızıl fond"da mahnılarım var. Mən səsim olduğuna görə oxuyuram. İllərdir, bu sənətdəyəm. Səsim olmasa, oxuyub özümü biabır etmərəm.
Bəs müğənni kimi özünüzü təsdiq etməyə nə mane oldu sizə?
Mənim pulum yoxdur ki, hansısa bəstəkardan pul verib mahnı alım. Maddi problemlərimə görə xalq mahnılarını yeni aranjemanda yazdırıram. Budur səbəb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5311   Tarix: 19 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761