"Bakı tolerantlıq və günəş şəhəridir"

"Bakı tolerantlıq və günəş şəhəridir"Azərbaycanin Misirdəki səfirliyindən verilən məlumata görə, məqalənin müəllifi ötən il dekabrın 19-dan 21-dək Bakıda keçirilmiş "Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi" mövzusunda Birinci Beynəlxalq Bakı Forumunda iştirak etmiş "Əl-Əhram" qəzetinin baş redaktorun müavini Süzi Əl-Qineydi məqaləsini bu sətirlərlə başlayıb: "Hazırda Misir şahid olduğu çətin tarixi mərhələdə xalq arasında birlikdən və ölkəni parçalanmadan qorunmasından ötrü tolerantlığın dəyərini və digərini qəbuletmə prinsipini üstün tutmağa ehtiyac duyur. Azərbaycan kimi ölkədən yaxşı örnək götürə bilərik. Azərbaycan xalqı 1990-cı illərdə daxili parçalanmalarla dolu ağır mərhələni uğurla qət etməyə müvəffəq olmuşdur. Eyni zamanda, həmin mərhələdə Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistanın separatçı rejimi Dağlıq Qarabağ regionunun müstəqilliyini elan etmişdir. Buna baxmayaraq, bu müstəqillik heç bir dövlət tərəfindən tanınmamış və həmin region beynəlxalq qanuna görə Azərbaycanın ayrılmaz hissəsi hesab olunur. Bu regionun erməni silahlı qüvvələri tərəfindən işğalı hələ də davam edir. Bütün bunlara rəğmən, Azərbaycan dini və irqi tolerantlığın nümunəsi olmağı bacarmışdır".

Sonra S.Əl-Qineydi Bakıda səfərdə olduğu müddətdə gördüklərindən yazaraq paytaxtımızda tolerantlıq dəyərinin hətta binaların üzərində əksini tapdığını diqqətinə çatdırıb. O, Bakıda aparılan tikinti işlərində istifadə edilən gözəl memarlıq üslubunun, eləcə də müasir işıqlanmanın, yolların və nadir göydələnlərin insanda sanki Parisdən gözəl bir şəhərdə olması ilə bağlı təəssürat yaratdığını vurğulayıb.

Azərbaycanın müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini və dünyada bir tolerant ölkə kimi tanındığını qeyd edən müəllif Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun "Əl-Əhram Əl-Arabi" jurnalına dediklərinə istinad edərək "tolerantlıq dəyəri dünyada nadir tapıntıya çevrilib. Bu tapıntını neftdən, qazdan da daha bahalı görürük. Ona görə ki, tolerantlıq nadir bir məsələdir. Hələ XVI əsrdə ölkəmizə ərzaq malları ilə gələn atəşpərəst Hindistan tacirləri üçün məbəd tikilmişdir. Bizdə bütün dinlərin nümayəndələri üçün ibadət evləri mövcuddur. Şərqdə ilk demokratik respublika məhz 1918-ci ildə Azərbaycanda yaradılmışdır. Bir çox ölkələrdən və ABŞ-dan əvvəl 1919-cu ildə Azərbaycanda qadına siyasi hüquqlar verilmişdir. Lakin 1920-ci ildə bolşeviklər ölkəmizi işğal ediblər. Biz İslamın mənəvi dərk edilmə üzərində qurulan dünyəvi ölkə modeliyik" yazıb.

Məqaləsində Misir-Azərbaycan münasibətlərinə də toxunan S.Əl-Qineydi bu əlaqələrin qədim köklərinin olduğunu vurğulayaraq Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevə istinadla ölkələrimiz arasında əməkdaşlığın neft sahəsində investisiya layihələri üzərində qurulduğunu, lakin Misirdə baş vermiş inqilab nəticəsində yaranmış iqtisadi və təhlükəsizlik problemlərinin həmin layihələrin gerçəkləşdirilməsinə əngəllər törətdiyini, amma son zamanlarda həmin sahədə əməkdaşlığın aparıldığını qeyd edib. Həmçinin Misirdə baş vermiş məlum hadisələr səbəbindən təxirə salınmış müştərək komissiyanın növbəti iclasının cari ildə keçiriləcəyi və Azərbaycan tərəfinin Misirlə bütün sahələrdə əməkdaşlıq etmək niyyətində olduğunu bildirilib.

Sonda Bakı-Qahirə və Bakı-Şarm-əş-Şeyx reyslərinin açılmasına marağın olduğu diqqətə çatdırılıb, Azərbaycan turistlərinin Misirə gəlmək arzusunda olduğu qeyd edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1495   Tarix: 15 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188