Qızım qucağı çox sevir

Qızım qucağı çox sevirPınar Altuğ illərdir həm "Çocuklar Duymasın"serialının, həm də reklam filmlərinin baş qəhrəmanı olaraq ekranlardadır. O, həm də teleaparıcı kimi populyardır.

Pınar AltuğunTürkiyə mətbuatına istinadən maraqlı müsahibəsini oxuculara təqdim edir:
Son vaxtlar size təmizləyici maddələrin reklamlarında izləyirik. Məşhur, çoxlu işləri olan, maddi cəhətdən heç bir sıxıntısı olmayan qadın olaraq, həqiqətən evdə təmizlik işləri görüb, paltar yuyursunuz?

Təmizlik işləri ilə məşğul olmuram, amma qızım yerə nəsə atsa, əyilib silirəm. Kimisə gözləmirəm ki, gəlib təmizləsin. Heç vaxt qızım yerə bir şey atsa, üstündən keçib getmirəm. Bir də ki, məcbur qalsam, heç kəs olmasa, təmizlik işləri də görərəm. Yayda gəmidə qalırıq. Bax, onda bütün işləri özümüz görürük. Hətta paltarları özüm yuyub gəminin qabağına asıram. Amma yalan nə deyim, evdə olanda köməkçilərim bütün işləri görür.
Qızım Su hamının gözünün qabağında böyüdü

Bəs yemək bişirməyə heç fürsət tapırsınız?

Bizim evdə məndən başqa heç kim yemək bişirmir. Son vaxtlar işlərim çox deyildi. Bir az daha özümə qarşı insafla işlədim. "Çocuklar Duymasın" serialını bir-iki günə çəkirdik. Geridə qalan vaxtları özümə ayırırdım. Qızım da günortaya qədər məktəbdə olduğuna görə, səhər idmana gedirdim. Daha sonra da rəfiqələrimlə görüşürdüm. Özümə vaxt ayıra bilirdim. Yenidən idmanla məşğul olmağa başladım və 8 kilo artıq çəkimdən azad oldum. Həm pəhriz saxlayırdım, həm də ciddi idmanla məşğul olurdum. Bir az gec də olsa, qızımın üç yaşından əvvəlki formama geri qayıda bildim.
Saçınızın rəngi də dəyişib...

Saçlarım həddindən artıq sürətlə uzanır. Ona görə də 15 gündən bir rəngləyirəm. Mən daima yenilik axtarıram. Google-da axtarış versəniz, min-bir saç rəngində şəklimi taparsınız. Saçımın rəngini və formasını tez-tez dəyişdirirəm.
"Rəqqasə rolunu çox arzulayırdım"
"Çocuklar Duymasın" serialı uzun müddətdir davam edir. Daha iddialı rolda ekranlara çıxmaq istəmisiniz?

"Kaş belə bir rolu ifa edəydim" deyən bir insan deyiləm. Onun əvəzinə yeni layihələr təklif ediləndə "mənə təklif edilən rolları layiqli şəkildə ifa edə bilərəmmi" deyə özümə sual verirəm. Həm də heç kim məni elə iddialı rola uyğun görmədiyi üçün təklif də gəlməyib…
Bəs imkan olsa, filmdə rol almaq istəyərdiniz?

Niyə istəmirəm? Kim böyük səhnədə özünü görmək istəməz?!
Heç təklif gəlməyib?

Əvvəllər bir-iki təklif oldu. Çox bəyəndiyim layihə olmadığına görə qəbul etmədim. Sadəcə, bir layihə məni çox həyəcanlandırmışdı. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkiləcəkdi. Rəqqasə qızın hekayəsi idi. Deyəsən, maddi dəstək olmadığına görə təxirə salındı.
"Özümə baxmağı anamdan öyrənmişəm"

İllərdir aktrisalıq və aparıcılıq fəaliyyətində uğurla addımlayırsınız. Hər zaman belə uğur qazanmağı nəyə borclusunuz?

Mən çox şanslı idim. Çox yaxşı heyətlə işlədim. Adətən uzun müddət davam edən layihələrdə yer almışam. Əlbəttə, bu müddət ərzində məni qısqananlar da oldu. Amma onların heç birinə fikir vermədim. Mən hər zaman gələcəyə baxıram. Heç bir qalmaqala qoşulmuram, heç kimə də cavab vermirəm. Mən çıxıb ekranda əlim belimdə kiməsə cavab verməyi sevmirəm. Anamdan-atamdan elə şey görməmişəm ki! Mən hər zaman gələcəyə baxdığıma görə hazırkı uğurumu qazanmışam.
Siz ana olduqdan sonra baxımsız qadınlar sırasına daxil olanlardan deyilsiniz...

Bəli, düzdür. Çünki məni çox yaxşı tərbiyələndiriblər. Hələ balaca vaxtımdan heç vaxt bir-birinə uymayan paltar geyinməzdim. Saçım dağınıq vəziyyətdə çölə çıxmırdım. Anam icazə vermirdi. "Bu nə vəziyyətdir? Get adam kimi geyin, gözümün zövqünü öldürürsən" deyirdi. Mənim anam idealist qadın idi. Bu cür böyüdüldüyümə görə hər zaman baxımlı oluram. Məni bəlkə çox makiyajla görməyə bilərsiniz, amma saçım hər zaman öz qaydasında olur. Düzdür, çox bəzəkli-düzəkli gəzmirəm, amma hər zaman baxımlı oluram. Həm də ki, mən göz önündə olan qadınam. Bu cür görünməyə məcburam.
Artıq çəkinizdən azad olmaq niyə bu qədər çətin oldu?

Qızım Su iki aylıq olanda "Bir Şarkısın Sen" verlişinə başladım. Qarnımı, belimi sıxan paltarlar geyinirdim. Ayaqlarımı incə göstərən corablar geyinirdim. İki il əvvəl də pəhriz və idmanla hazırkı çəkiyə gələ bilərdim. Amma mən qızımla gözəl vaxt keçirməyi üstün tutdum. Yaxşı ki, bu cür seçim etmişəm.
"Hörmətsizlik edilsə, öz mövqeyimi ortaya qoyaram"

Sizin süni olduğunuzu deyən bir qrup insanın olduğunu bilirsiniz. Sizcə, o insanlar niyə belə fikirləşirlər?
Gülərüz olduğuma görə! Əgər mən xoşbəxtəmsə, üzüm gülür. Əks halda, gülmür. Uzun müddətdir ki, mənim daxilim də gülür. Bax, sırf buna görə mənə "süni" deyirlər. Mənim haram sünidir?!.
Bu məsələdə sizə qarşı haqsızlıq edildiyini düşünursünüz?

Dünyanın ən yaxşı yeməyini bişirin, 20 nəfər gəlsin, yesin. Onların içində bəyənməyən də olacaq. Yəni siz özünüzü yüz faiz heç kimə bəyəndirə bilməzsiniz. Bu, mümkün deyil. Biri üzünüzü bəyənər, amma dişinizi bəyənməyəcək. O biri saçınızı bəyənməyəcək. Mən tənqidə qarşı çox açıq insanam. Bir şərtlə ki, sayğı çərçivəsindən çıxmasın. Əgər hörmətsizlik edilərsə, mən də öz mövqeyimi ortaya qoyuram.
"Su hələ də ana quzusudur"

Qızınız yavaş-yavaş böyüyür. Övladınızdakı bu inkişaf sizə nə hiss etdirir?
Məktəbə gedir, ondan yana çox darıxıram. Su hələ ana quzusudur. Qucağı çox sevir. Qızımı qucağımda hər yerə aparmaq üçün idmanın birdən ağırlıqqaldırma növü ilə xüsusi məşğul oluram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7191   Tarix: 07 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında:

27.04.2024 319
.

Ben Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu

ABŞ-nin Florida ştatında "Əl-Qaidə" lideri Üsama Ben Ladenin ailəsinin keçmiş mülkü sökülüb. Oklend şəhərində yerləşən bina uzun müddət Usama Ben Ladenin qardaşı Xəlilə məxsus olub. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror aktından sonra Xəlil iqamətgahını tərk edərək şəxsi təyyarəs

28.04.2024 397
.

"WhatsApp" yeni funksiya ilə HƏR KƏSİ HEYRƏTLƏNDİRƏCƏK

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özünd

28.04.2024 1583
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 271
.

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar"

"2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər". Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib. Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcə

20.04.2024 316
.

Bir pişiyin müsbət və mənfi cəhətlər: Heyvan sahiblərinin NƏZƏRİNƏ

Hansı ev heyvanı almağa qərar verdikdən sonra cinsiyyət məsələsini həll etməyə dəyər. Aydındır ki, erkək və dişi pişiklər həm görünüş, həm də davranış baxımından fərqlənəcəklər. xarici KİV-ə istinadən xəbər verir ki, buna görə mütəxəssislər bu məsələni əvvəlcədən təhlil etməyi məsləhət görürlər. Bi

27.04.2024 413
.

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?

Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında

28.04.2024 431
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 275
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 387