Yeni paytaxt Qəbələ olacaq? (Foto)

Yeni paytaxt Qəbələ olacaq? (Foto)Yeni paytaxt Qəbələ olacaq? (Foto)Yeni paytaxt Qəbələ olacaq? (Foto)Yeni paytaxt Qəbələ olacaq? (Foto)Yeni paytaxt Qəbələ olacaq? (Foto)Yeni paytaxt Qəbələ olacaq? (Foto)Yeni paytaxt Qəbələ olacaq? (Foto)Yeni paytaxt Qəbələ olacaq? (Foto)Yeni paytaxt Qəbələ olacaq? (Foto)Yeni paytaxt Qəbələ olacaq? (Foto)Paytaxtı təcili başqa yerə köçürmək zərurəti barədə söhbətlər çoxdan gedir. Parlamentin iclasında "Ana Vətən" partiyasının deputatı Fəzail Ağamalı belə deyib "Bakı boğulur!".

Dayanıqlı İnkişaf Mərkəzinin sədri Nəriman Əliyev hesab edir ki, "Bakıya paytaxt nümayəndəliyi üçün şəhər-peyk lazımdır".

Memar Emil Axundov təklif edir: "Bakıda yaşamaq getdikcə daha da narahat olur. Azərbaycanın yeni paytaxtı üçün yer axtarmaq olar. Bakı isə tarixi və mədəni mərkəzi kimi qalmalıdır.

Birinci fikrə mahiyyətcə zidd olmayan başqa rəylər də var. İqtisadçı Oqtay Allahverdiyev paytaxtı köçürməyi sonraya saxlamağı məsləhət görür, çünki indi müharibə şəraitində yaşayırıq. Köçürülmə üçün isə 70 mln. dollar tələb olunur.

"MBA Сonsulting"in baş direktoru Nüsrət İbrahimov da hesab edir ki, köçürmə məsələsini hələlik saxlamaq lazımdır, çünki daha vacib işimiz var – məsələn, Ermənistanla müharibə.

Amma paytaxtın köçürülməsinə bənzər nəsə baş verir. Əvvəla, Bakı rəhbərliyi səviyyəsində mərkəzdənqaçma konsepsiyası qəbul olunub, yəni yeni inzibati binalar paytaxt periferiyasında tikilir. Məsələn, Dövlət Miqrasiya Xidmətinin gözəl ofisi buna sübutdur.

İkincisi, kütləvi tədbirlər getdikcə şəhərdən uzaqda keçirilir. Son zamanlar irimiqyaslı beynəlxalq sərgilər Binə hava limanının yaxınlığında tikilmiş xüsusi binada keçirilir, prezident İlham Əliyev isə xarici qonaqları Bilgəhdəki sahilyanı iqamətgahında qarşılayır.

Azərbaycanda quruculuqla artıq heç kəsi təəccübləndirə bilməzsən. Ən ucqar rayonlar da daxil olmaqla hər yerdə və çoxlu tikirlər. Amma sizin ağlınıza gəlibmi ki, Bakıdan 220 km aralıda yerləşən kurort şəhərində nə qədər quruculuq hadisəsi baş verir? Orada o qədər də hündür olmayan meşəli dağların arasında hər il klasshik musiqi festivalı keçirilir, bu il sentyabrda isə ilk dəfə prezident Əliyev Türkiyənin baş naziri R.T.Ərfoğanla görüşünü orada gerçəkləşdirdi. Hətta Azərbaycanda akkreditasiyadan keçmiş bəzi xarici ölkə səfirləri də İ.Əliyevlə görüşmək üçün Qəbələyə yollanmalı oldular.

Heç bir yerdə Qəbəblədəki qədər miqyaslı işlər görülməyib. Orada tikilmiş, artıq fəaliyyət göstərən müəssiələrdən (bu sırada ən böyüyü meyvə şirələri istehsal edən zavoddur, ən maraqlısı isə piano istehsal edən fabrikdir) başqa, xeyli bina tikilib.

Amma daha əhəmiyyətli məqam var. Bu günlərdə İ.Əliyev, Qəbələdə olarkən, yay-qış dağ-xizək istirahət kompleksində quruculuq işlərilə tanış olub, atçılıq üzrə idman kompleksində, iri konqress mərkəzinin və yeni bahalı otelin və nəhəng məscidin tikintisi ilə maraqlanıb. Onsuz da otellərlə və ailəvi istirahət mərkəzlərilə əhatələnmiş balaca şəhərcik üçün çox deyilmi?

İldən-ilə, hətta aydan-aya əminlik artır ki, Qəbələ yeni paytaxt statusuna hazırlaşır.

Şəhər buna layiqdi. İki min yaşı olan Qəbələ – Azərbaycanın bu qədim şəhəri 600 il müddətində Qafqaz Albaniyasının paytaxtı olub, şəhərin adı antik tarixçilərin I əsrə aid əsərlərində xatırladılır. Qədim Qəbələnin xarabalıqları indiki şəhərdən 15 km aralıda, Qaraçay və Çourluçay arasında yerləşir.

Dərin, sıldırımlı yarğanlar şəhəri gedikcə Böyük Qafqaz dağlarına keçən düzənlikdən ayırır. Rayon Qafqaz dağlarının arasında, Həftaran və Alazan çaylarının vadisində, Dəmiraparan çayının sağ sahilində, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşir. Ölkənin şimal-qərb hissəsində yerləşən Qəbələ Şahdağın ətəyindədir və Lahıc dağları ilə əhatələnib. Şimalda yerləşən rayonun bütün kəndləri "Şahdağ" Milli Parkına daxildir. Qafqaz dağlarından başlayıb Kürə qədər uzanan Dəmiraparan, Vəndam, Bum, Tikanlı və s. çaylar rayonu su ilə bolluca təmin edir.

Yəni, yeni paytaxtın içməli su ilə bağlı problemi olmayacaq. Hava isə… nəyə desən, dəyər!

Strateji baxımdan Qəbələ patyaxt üçün münasib yerdə yerləşir – Azərbaycanın bütün sərhədlərindən eyni məsafədə yerləşir və müvafiq olaraq, düşmən hücumundan eyni dərəcədə sığortalanıb.

Yeni paytaxt üçün yeganə maneə – Rusiyanın radiolakasiya stansiyasıdır, yerli ekspertlərin fikrincə, bu stansiya təbiətə və əhaliyə zərər vurur. Amma Bakı bu il arenda üçün ötənilki 7 mln. dolların əvəzində 300 mln. dollar tələb edib.

300 mln dollar, həqiqətən də, çox böyük məbləğdir, bu qiymətə yeni RLS tikmək olar, ruslar Voronejdə belə bir stansiya tikiblər. Əlbəttə, Bakıda bu barədə bilirdilər. Elə ona görə də Moskvanın sakitcə və qalmaqalsız yeni paytaxtı tərk etsin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 19271   Tarix: 05 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489