Düşünə bilənlər üçün

Düşünə bilənlər üçünYaşadığımız dünyada insan gözünü hara çevirirsə gözəlliklərlə qarşılaşır. Gördüyü şeyləri böyük zövqlə izləyir. Qüsursuz dizayndakı insan bədəni, milyonlarla növ bitki, tonlarla ağırlıqdakı buludların mövcud olduğu ucsuz-bucaqsız səma və daha neçə-neçə şey ruha zövq verəcək gözəl görünüşlə yaradılmışdır. Gördüyü şeylərdən başqa, digər duyğu orqanlarıyla qəbul etdiyi hislər də insana zövq verir: gözəl qoxu, dad və ya gözəl ritimli bir musiqi kimi.

Budaqdan sallanan bir meyvə, gözəl qoxusu və dadıyla hər kəsin xoşuna gəlir. Həmçinin çiçəyin fərqli tonlardan ibarət rəngləri, üzərindəki naxışları zövqümüzü oxşayır və ya müəyyən bir insanın gözəl siması hər kəs tərəfindən bəyənilə bilər . Ya da gözəl bir ev, son model avtomobil dünyada tələb olunan əmtəələrdir. İnsan həyatını sürərkən bunlar kimi bir çox şeyi bəyənib, onları əldə etmək istəyər. Lakin bütün bu sayılanlara bir müddət keçdikdən sonra çevrilib baxdığında böyük fikir qarışıqlığına düşər.

Çünki bu gözəlliklər mənalarını itirmiş, hətta artıq görmək belə istəmədiyi bir hala çevrilmişdir.
Məsələn, meyvə, budağından qopardıldıqdan qısa bir müddət sonra yavaş-yavaş qaralmağa başlayar, sonra o gözəl qoxusunu itirər. Sonra çürüyər və pis qoxu yaymağa başlayar. İnsan canlı rəngləri və xoş qoxusuyla özünü cəzb edən çiçəkləri götürüb evinə gətirər və vazaya qoyar, ancaq aradan bir-iki gün keçmiş, çiçəklərin rəngləri solar, canlılığı, diriliyi itər. 2-3 gün sonra isə çiçəklər tamamilə qaralmış və çürümüşdür. Dünyanın ən gözəl simasına sahib olduğunu düşünən insanı 60 il sonra görsək, onu tanımaqda belə çətinlik çəkərik.

O gözəl insan yaşlanmış, üzü qırışlar içində qalmış, saçları dümağ olmuşdur. Bir sözlə əvvəlki gözəlliyindən əsər-əlamət qalmamışdır. Ev köhnəlmiş, avtomobil və modeli köhnəlmiş, müəyyən qisimləri isə çoxdan paslanmağa başlamışdır. Nəticə olaraq dünyada insanın ətrafında gördüyü hər şey qısa zamanda dağılmağa meyl edir.

Bu çox insana "təbii bir proses" kimi gəlir. Halbuki burada çox dərin bir məna gizlənib. Ətrafımızdakı hər şey davamlı olaraq dağılmağa, köhnəlməyə, çürüməyə doğru gedərək, bizə əslində çox əhəmiyyətli bir mesaj verir. Bu dünyanın müvəqqəti və aldadıcı bir xəyal olduğu həqiqətidir.
Ən əsası isə dünyadakı bütün heyvanlar, bitkilər, insanlar yəni yer üzündəki bütün canlılar ölümlə qarşılacaq. İnsanın bu böyük həqiqətin əhəmiyyətini qavraya bilməməsinin bir səbəbi də ölən insanların və heyvanların yerinə yenilərinin doğulması, təbiətdə hər il yeni məhsulların yetişməsidir.

Bu həqiqəti qavraya bilməyən insan, müvəqqəti olan şeylərə lazım olduğundan daha çox dəyər verir, onlar üçün həəddən çox diqqət və zaman ayırar. Sadəcə istədiyi şeylərə "sahib olmaq" ehtirası ilə yaşayar. Halbuki hər şeyin tək sahibi ALLAHdır. O, dilədiyi müddətcə canlılar var olar, dilədiyi anda da yox olar, ölərlər.
ALLAH insanların dünyanın bu aldadıcı yönünə aldanmamaları, bu həqiqəti düşünmələri üçün Quranda müxtəlif nümunələr vermişdir:

"Həqiqətən, dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib (əlvan çiçəklər və müxtəlif meyvələrlə) bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 804   Tarix: 20 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Azərbaycanın bəzi rayonlarında olan kənd adları insanlarda maraq doğurur. Onlardan bəziləri insanlarda gülüş doğurur, bəzi toponimlərin adı isə başa düşülmür. Onlara misal olaraq İnəkboğan, Mırtı, Potu, Tövlə, Ətyeməzli, Soğanverdilər, Qızqayıtdı kimi kəndlərin adını çəkmək olar. Daha ətraflı Xəzər TV-ni

28.04.2024 419
.

Mayda niyə toy etməzlər?

Xalqımızın toy kimi bir adəti var. Lakin bu gözəl və maraqlı ənənənin qəliz tərəfləri də mövcuddur. El arasında "May ayında toy etməzlər", "May ağır aydır" deyə inanclar hərdən insanları çaş-baş salır. Məsələn, may ayında toy etmək istəyənlərin sayı olduqca azdır. Bu isə təbii ki

04.05.2024 445
.

Əmlak bazarında "tilov effekti" - ARAŞDIRMA

Yanvar ayından etibarən daşınmaz əmlak bazarında yeni qaydaların tətbiqinə başlanılıb. Əmlak ekspertləri və alqı-satqı edənlərin sözlərinə görə, 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən yazılı bəyannamə tələb olunur. Yəni daşınmaz əmlak alan şəxs ödədiyi vəsaitin mənbəyin

04.05.2024 221
.

Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO

Arb-də yayımlanan "Səni axtarıram" verilişində yaşanan hadisə diqqət çəkib. xəbər verir ki, efirə üz tutan şikayətçi qadının ərinin söylədikləri hər kəsi təəccübləndirib. Özündən yaşca böyük qadınla ailə quran gənc oğlan buna məcbur edildiyini iddia edib. Həbsxanaya düşməkdən qorxduğunu deyə

28.04.2024 1110
.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27.04.2024 616
.

Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi" - ARAŞDIRMA

"Üç ağ" - duz, şəkər, undan uzaq durun deyirlər. Lakin məhz bu məhsulların Azərbaycanda istehsal və istehlakının artmasının şahidi oluruq. Məsələn, fevral ayında açıqlanan rəqəmlərə görə, ölkədə şəkər istehsalı 25 faiz artıb. Dövlət Statistika Komitəsinin apreldə açıqladığı rəqəmlərdə isə du

04.05.2024 242
.

Hüseynin 153 milyon vergi borcu var

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Axşam.az xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb. Federal Vergi Xidməti artıq blogerin şirkətinin hesablarını bloklayıb. Sözügedən şirkət restoran və yeməklərin çatdırılması xidməti il

14:40 232
.

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?

Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında

28.04.2024 462
.

Nigeriyada tıxacda 300-dək avtomobil yandı

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb. Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar. İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib

28.04.2024 278