Ailələri dağılmış müğənnilər

Ailələri dağılmış müğənnilərİlk olaraq özünü Azərbaycan səhnəsinin primadonnası adlandırılan xalq artisti İlhamə Quliyevadan başlayaq. İ. Quliyeva ötən əsrin 90-cı illərinin əvvəllərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünova soyadını daşıyıb. İlhamə xanımın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin İ. Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.

Xalq artisti Flora Kərimova isə rəsmi olaraq üç dəfə ailə qurub. Qəribədir ki, müğənninin hər üç evliliyinin nəticəsi eyni olub. F. Kərimovanın hər üç həyat yoldaşı dünyasını dəyişib. Flora xanımın üçüncü evlilikdən Zümrüd adlı bir qızı var.

Xalq artisti Aygün Kazımova 1989-cu ildə ailəsindən xəbərsiz İlqar adlı sevdiyi oğlana qoşulub qaçıb. Lakin A. Kazımova sonradan İlqardan ayrılsa da, bu ayrılıq rəsmiləşməyib. Bunun ardınca xalq artisti keçmiş spiker Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyevlə qeyri-rəsmi birgə yaşayıb. Məhz R. Quliyevin qadağalarına görə, həmin müddətdə A. Kazımova sənətdən ayrı düşüb. Sonradan R. Quliyevdən də ayrılan xalq artisti nəhayət, beş il əvvəl – 2004-cü ildə rəsmi evliliyə də son qoyub. A. Kazımovanın ilk evliliyindən İlqarə adında bir qızı var. Hazırda isə xalq artisti meyxana ustası Namiq Qaraçuxurlu ilə birlikdədir.

A. Kazımovanın qeyri-rəsmi birlikdə olduğu və eyni evdə yaşadığı Namiq Qaraçuxurlu da bir dəfə rəsmi ailəli olub. Artıq rəsmi şəkildə boşanan meyxana ustasının həmin evlilikdən Ülvi və Ümid adlı iki oğlu var. Lakin o, oğlanlarına baxmaqdan imtina edir.

Azərbaycan Dövlət Akademik Milli Teatrının aktrisası, xalq artisti, eyni zamanda müğənnilik edən Məleykə Əsədovanın iş adamı ilə ailə həyatı qurması böyük səs-küy yaratmışdı. Qeyd edək ki, xalq artistinin həyat qurduğu şəxs ondan əvvəl ailəli olub və övladları var. M. Əsədova da ailə qurarkən bundan xəbərdar olub. Çox qısa müddət davam edən bu evlilikdən M. Əsədovanın bir qızı dünyaya gəlib. Aktrisa ailə həyatının sona çatmasını uzun müddət gizlətsə də, sonradan bunu təsdiqləyib.

Xalq artisti Zülfiyyə Xanbabayevanın ilk evliliyi ötən əsrin 90-cı illərinə təsadüf edir. Xanım sənətçi Aydın adlı şəxslə ailə həyatı qurub. Sonradan ilk ailə həyatına rəsmi şəkildə son qoyan Z. Xanbabayeva uzun müddətdən sonra ikinci evliliyə imza atıb. O, "Simurq" futbol klubunun prezidenti Zaur Məmmədovla evlənib. Hazırda da davam edən bu evlilikdən xalq artistinin bir qızı var.

Nura Suri isə rəsmi olaraq üç dəfə ailəli olub. İkinci evlilikdən iki oğlu, üçüncüdən isə bir oğlu dünyaya gəlib. Nura üçüncü evliliyini davam etdirir.

Almaz Ələsgərli bir dəfə rəsmi ailəli olub. Həmin evlilikdən müğənninin iki qızı var. Sənətçi ikinci dəfə rəsmi ailə qurmasa da, iki ilə yaxın sevdiyi insanla bir evli kimi yaşayıb. Bu müddətdə sənətçi həmin şəxsin istəyi ilə sənətdən də uzaqlaşıb. Lakin bir il əvvəl bu birliyə son qoyulub və əməkdar artist yenidən səhnəyə qayıdıb.

Xalq artisti Mübariz Tağıyev iki dəfə ailəli olub. İkinci evlilikdən M. Tağıyevin iki qızı var. M. Tağıyevin ikinci dəfə ailə qurduğu xanım rəqs müəlliməsidir.

Qədir Məmmədov da (Qızılsəs) iki dəfə ailə qurub. Hazırda ikinci evliliyi davam edən sənətçinin birinci evlilikdən üç qızı, ikinci evlilikdən bir oğlu, bir qızı var.

Xalq artisti Nazpəri Dostəliyeva bir dəfə ailəli olub. Sonradan bu evliliyə son qoyan müğənninin həmin evlilikdən iki oğlu var.

Müğənni Rəqsanə bir dəfə rəsmi ailəli olub və həmin evlilikdən bir qızı dünyaya gəlib. Rəqsanə məhz boşanandan sonra şou-biznesə üz tutub. Sonradan sevdiyi şəxslə qeyri-rəsmi birlikdə yaşayan Rəqsanənin bu yaxınlarda bir qızı dünyaya gəlib. Lakin müğənni hazırda nə birinci, nə də ikinci qızının atası ilə deyil, sevdiyi başqa bir insanla birlikdədir.

Əməkdar artist Tünzalə Ağayeva da bir dəfə rəsmi ailəli olub. Müğənninin boşanması isə böyük qalmaqalla yaddaşlarda qalıb. Sənətçinin həyat yoldaşı Rəhman T. Ağayevanın evli ola-ola başqası ilə birgə yaşadığını hətta televiziya ekranlarından söyləyib. Həmin evlilikdən T. Ağayevanın bir qızı var.

Əməkdar artist Elza Seyidcahanın da adı boşanmış müğənnilər sırasındadır. Bir dəfə rəsmi ailə qurmuş bəstəkar-müğənninin həmin evlilikdən bir oğlu, bir qızı var.

Əməkdar artist Azərin bir dəfə ailəli olub. O, Türkiyə vətəndaşı ilə ailə qurub, yaşamaq üçün Azərbaycanı seçdiyindən həyat yoldaşından boşanmalı olub.

Xumar Qədimova da bir dəfə ailəli olub və bir oğlu var. X. Qədimova bu evliliyə öz istəyi ilə son qoyub. Bu yaxınlarda isə X. Qədimovanın keçmiş həyat yoldaşı, oğlunun atası dünyasını dəyişib.

Xalq artistləri Firəngiz Mütəllimova da bir dəfə ailəli olub. Avropada yaşayan İran azərbaycanlısı ilə ailə quran F. Mütəllimova bu evliliyə öz istəyi son qoyub.

Xalq artisti Faiq Ağayevin həyat yoldaşı Nigar Topçubaşova ilə boşanması isə nə az, nə çox, düz iki il sonra ortaya çıxıb. Hər vəchlə boşandıqlarını gizlədən cütlüyün ayrılması uzun müddət mətbuatın müzakirə mövzusunda çevrilib. Bu qalmaqallı boşanma zamanı tərəflər bir-birinin ünvanına ağlasığmaz ittihamlar səsləndirməkdən belə çəkinməyib.

Müğənnilərdən Kərim, Nazənin, Nüşabə Ələsgərli, Abbas Bağırov və İzzət Bağırov da boşanmışlar sırasındadırlar.

Boşanmışların siyahısına son olaraq xalq artisti Niyaməddin Musayevi daxil edək. Müğənni il yarım əvvəl uzun illərdir, birgə yaşadığı həyat yoldaşı ilə boşanmağa qərar verib.

Əlbəttə ki, bu, boşanmış şou-biznes nümayəndələrinin tam siyahısı deyil. Lakin bu məsələdə diqqət çəkən bir məqam var ki, əksər yerli şou-biznes nümayəndələri, xüsusən də xanım sənətçilər məhz boşanandan sonra səhnəyə üz tuturlar. Bəzi hallarda isə şou-biznesə qoşulan xanımlar qısa müddətdə ailə həyatlarına son qoymaq qərarı verirlər.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 16464   Tarix: 25 dekabr 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məşhur şoumenin 6-cı dəfə boşanmasının ŞOK səbəbi üzə çıxdı

Xəbər verildiyi kimi, məşhur şoumen Mehmet Ali Erbil özündən 40 yaş kiçik həyat yoldaşı Gülseren Ceylandan ayrılır. Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi böyük yaş fərqindən irəli gələn fikir ayrılıqları və bitib-tükənməyən mübahisələr olub. Mehmet Ali Erbi

14.12.2025 1021
.

Afət toyunda bu gəlinliyi GEYİNƏCƏK - VİDEO

Xəbər verdiyimiz kimi, jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla ailə qurmağa hazırlaşır. xəbər verir ki, cütlük artıq gəlinlik mağazasında olub. Afət toyda geyinəcəyi gəlinliyi də seçib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Aparıcının sevincli halları izləyiciləri

13.12.2025 1006
.

Azərbaycanlı müğənni VƏFAT ETDİ - FOTO

Azərbaycanın bir zamanlar məşhur müğənnisi olmuş Zahidə Məmmədsalahova dünyasını dəyişib. Bu barədə -a məlumatı jurnalist Sara Safura verib. Müğənninin uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Qeyd edək ki, Zahidə Məmmədsalahovanın rəhbərlik etdiyi "Nigar" Qızlar Ansamblı zamanını

13.12.2025 2041
.

Sevil-Sevinc "ana oldu" - FOTO

Müğənnilər Sevil və Sevinc Səfərovaların paylaşımları marağa səbəb olub. xəbər verir ki, əkizlər süni intellektlə ana olmaq arzularını reallaşdırıblar. Sənətçilər paylaşıma "Onsuz mən o qədər də yaxşı görmürəm. Onsuz mən o qədər də yaxşı eşitmirəm. Onsuz mən o qədər də yaxşı hiss etmirəm. Əlimi

14.12.2025 1020
.

Almaxanımın yeni görüntüsü TƏƏCCÜBLƏNDİRDİ - FOTO

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli yeni fotoları ilə sosial mediada gündəm olub. xəbər verir ki, ifaçı yeni görüntülərini paylaşıb

14.12.2025 1150
.

45 min tamaşaçı qarşısında oğulları ilə birgə oxudu - Video

Məşhur müğənni Şakira "Las Mujeres Ya No Lloran" adlı dünya turu çərçivəsində Argentinanın paytaxtı Buenos-Ayresdə səhnəyə çıxıb. "Qafqazinfo" "Parade" nəşrinə istinadən xəbər verir ki, konsertin ən maraqlı anlarından biri onun "Acróstico" adlı mahnısını 45 mi

11.12.2025 569
.

Emil qayınatası ilə qızının fotosunu yayımladı

Müğənni Emil Bədəlov sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər veri rki, ifaçı qayınatası, Xalq artisti Firuz Əliyev və kiçik qızı Cahanın səmimi fotolarını izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, müğənni Firuz Əliyevin qızı Xanımla ailəlidir. Onların 3 qız övladı var

12:40 479
.

"Artıq hər şeyin gözəl olmasına çalışmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı bir müddət əvvəl vəfat edən valideynləri ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, valideynləri üçün darıxdığını, həftəsonu daha çox əziyyət çəkdiyini bildirib:. "Hər həftəsonu gələndə ürəyim atlanır. Elə bilirəm ki, yenə hər zaman olduğu kimi bütün övladlarını

13.12.2025 550
.

Tərəf müqabili oldular

Türkiyəli aktrisa Nilsu Berfin Aktaş yeni layihədə rol alamağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktrisa "Liliyar" serialına çəkiləcək. O, ekran işində "Roza" adlı qadına həyat verəcək. Layihədən onun tərəf müqabili Burak Tozkoparan olacaq. O, "Ali" obrazılı ilə ekrand

13.12.2025 459
.

TOP MP3