"Bu şəhərdə"nin prodüseri Fazil Mustafanın cavabını verdi

Sizin məntiqlə Rafael və Coşquna rüşvətxor insan və ya seçicilərinə yalan vədlər verən millət vəkili obrazlarını da yaratmaq günahdır.

Çünki dönüb onlardan biri ola bilərlər.
Gün.Az xəbər verir ki, bunu "Bu şəhərdə"nin prodüseri Müşfiq Abbasov özünün Facebook profilində millət vəkili Fazil Mustafanın cavabını verərkən, bildirib:

"Statusuna hörmət etdiyim Fazil müəllim, nəzərinizə catdiriram ki, Raykinnən, Xazanovdan və Zadornovdan istedadina görə hec də geri qalmayan Dastin Xoffman, Toni Körtis, Cek Lemmon,Vladimir Vinokur, Ilya Oleynikov,Yuriy Stoyanov, Rafael Dadaşov, rəhmətlik Yaşar Nuri, Əhməd Ağdamski və s. qadın obrazları yaradan sənətkarlar olub və var.

Çox şadam ki, "Bu şəhərdə"nin iştirakı ilə olan konsertlərə və reklam carxlarına xalqın müxtəlif təbəqələri (fəhlələr, evdar qadinlar, polislər, taksi sürücüləri, həkimlər, bankirlər, jurnalistlər, deputatlar və s. ) nəinki baxır, həm də müzakirə edirlər. Bu bizim reytinqdən və baxımlı olmagımızdan xəbər verir. Ola bilsin, elə bu səbəbdən respublikanın bir nömrəli konsert salonuna - Heydər Əliyev Sarayına rekord sayda tamaşaçı toplayan məhz bizik.

Sizin məntiqlə, əgər Həcc ziyarətində olan aktyorlar alkoqolizmdən əziyyət çəkən ya narkoman obrazını yaratsa, dönüb özləri alkoqolik, ya da narkoman ola bilər. Bu isə müsəlmana günahdır. Sizin məntiqin ardı olaraq, eləcə də bu aktyorlar qadın (qayınana, gəlin, baldız və s.) obrazları yarada bilməzlər. Çünki bu kişi aktyor birdən dönüb olar qadın və bu da günahdır".

M.Abbasovun sözlərinə görə, "Bu şəhərdə"nin obrazları cinsindən asılı olmayaraq, kişi kimi sözün düzünü deyirlər, yalan danışmırlar.
"Bizim konsertlərdə olan zarafatlar hansısa məqamlarda gülməli olmaya bilər, amma bu zarafatda hec vaxt yalan ola bilməz".

Xatırladaq ki, millət vəkili Fazil Mustafa özünün Facebook sosial şəbəkəsində Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktub ünvanlayıb.
Məktubda aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun çəkildiyi reklam çarxı ilə bağlı etirazını bildirib.

gun.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4579   Tarix: 13 dekabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271