Qulağı səhv deşməyin böyük fəsadı

Qulağı səhv deşməyin böyük fəsadıSırğa taxılması üzrə ilk yeri qulaq, sonra isə burun, qaş, göbək və dodaqaltı nahiyələr tutur. Lakin qulaq düzgün deşilmədikdə insana bir çox problemlər yaradır.

Qız uşaqlarına kiçik yaşlardan iynə ilə qulaq deşdirmə halları artıq təbii qəbul olunur. Yaranın yeri sağalana kimi sapdan "sırğa" gəzdirən uşaqlar zamanla qızıla keçir və bu da qulaqlarda heç bir problem yaratmır. Qədimdən qalan adətlərimizdən biri olan qulaq deşmə vasitəsi ilə ailədə böyüyən uşağın qız və ya oğlan olması ilk baxışdan bilinirdi. Amma indi qadınlarla bərabər, bəzi kişilər də qulaq deşdirməyə meyl edirlər. Hazırda gənclərin özlərinin öz qulaqlarını deşməsi, yaxud salonlarda deşdirməsi, üstəlik, qulağın qığırdağından, ortasından sırğalar asması dəb halını alıb. Qulağın səhv deşilməsinin fəsadlarından xəbərsiz olanlar bunu adi hal kimi qəbul edir, amma əslində qulaq deşdirmək kar olmağa belə gətirib çıxara bilər.

Lor Cəlal Abdürrəhmanovun sözlərinə görə, qulaq çox həssas orqandır və qulağın deşilməsinə sadə prosedur kimi baxmaq qətiyyən düzgün deyil. Qulağın düzgün deşilməməsi insanda bir çox problemlərə yola aça bilər. Qulağını deşdirmək istəyən insanın allergiyaya həssas olub-olmaması, qanının laxtalanmama probleminin olması, immun sisteminin vəziyyəti və şəkər xəstəsidirsə, şəkərinə diqqət edilməlidir. Çünki bu tip insanlar qulaq deşilməsi zamanı narahatlıqla üzləşə bilərlər:

"Qulağın yumşaq hissəsinin deşilməsində və bu prosedurun steril bir məkanda edilməsində heç bir problem yoxdur. Qulağın üst qisminin, yəni qığırdağın deşilməsi isə xüsusi diqqət tələb edir. Çünki insan sinirlərinin bir çoxu qulaqdan keçir. Bu sinirlərin zədələnməsi zamanı insan əsəbi ola bilir, ya da ən pis halda eşitməsi zəifləyir. Qulaq qığırdağında qırılma olarsa, qulaq sallanması ola bilər. Bu, əməliyyatla düzələn bir haldır. İki yerdən deşiləcəksə, bu, ən az 1 il arayla olmalıdır. Nəzərə alınmalıdır ki, qulaqdan açılan hər deşiksonrası taxılan sırğalar ağırlıq edərsə, qulaqda deformasiyalara gətirib çıxara bilər".

Həkimin dediyinə görə, qulaq deşilməsi ən yaxşı halda alt hissədən, yumşaq yerdən olmalıdır. Gözəllik xatirinə qulaqdan qurban vermək bunun acı nəticələrinə də hazır olmağa məcburiyyət yaradır.

Qulaq deşilməsindən sonra "nikel allergiya" adlı allergiyası olan insanlar qulaqlarına xüsusi diqqət yetirməlidirlər. Tam sağalmamış qulağa asılan bijuteriyalar qulaqda qaşınma, yanma, qızarma və yaralara gətirib çıxarır. Çünki həmin bijuteriyaların böyük bir qisminin tərkibində nikel mövcuddur. Sağalmayan yaralara isə mikrob düşmə ehtimalı böyükdür.

Qulaq deşilməsi ilə məşğul olan Sevda Əliyeva bu prosedurun çox da çətin və ağrılı olmadığını bildirir. Onun sözlərinə görə, qulaq qığırdağı qulaq altından fərqlidir, çünki qulaq qığırdağı həm möhkəm, həm də gec sağalandır: "Qulaq qığırdağının deşilməsindən sonra taxılan ilk sırğaların titandan, platindən olması daha məsləhətlidir. Qulaq qığırdağını deşmədən əvvəl onu spirtlə təmizləyirik və qılcıq damar olmayan yeri müəyyənləşdiririk. Bu damarlar mütləq müəyyənləşdirilməlidir.

Gözlə görülməsə belə, işıq salınaraq yerləri təyin olunmalıdır. Damar zədələnmələrinin fəsadları ola bilər. Daha sonra isə deşiləcək nahiyəni keyidirik. Antibakterial kremə batırdığımız iynəylə qulaq qığırdağını deşirik. Qulaq qığırdağı "pistolet" adlanan alətlə deşilməməlidir. Bu alət bir anda qulağı cəld deşir və bu zaman qulaq qığırdağı parçalana bilər. Bu da ağır iltihablanma ilə nəticələnər. İnsanlar bundan qorxur, amma hazırlığı ilə birlikdə 10 dəqiqəlik işdir".

Qulağın qığırdaq olmayan yerləri də "pistolet"lə deşilir. Səhər və axşam gündə iki dəfə olmaqla spirtlə təmizlənən yaradan sırğa çıxarılmamalıdır. Yara tamam sağaldıqdan sonra isə müxtəlif sırğaların istifadəsi mümkündür. İlk dəfə deşilən nahiyəyə gümüş sırğa salınmamalıdır. Qulaq deşiləndən sonra qulağı gündə iki dəfə antibakterial sabunla yumaq lazımdır.

Bakı sakini Günel Səlimli qulaq deşilməsinin fəsadlarından xəbərsiz olduğunu deyərək, qulağındakı ikinci deşiyi özü açdığını bildirir: "Qulağımın birində bir, digərində iki sırğa yeri var. Valideynlərim deşdirməyə icazə vermədiyi üçün özüm deşmişəm. Düzdür, əyri deşdiyim üçün bir müddət qulağımda istilik hiss edirdim, deşilən hissədə şişmə olurdu. Sonra sağaldı, amma qulaq damarlarının belə təhlükəli olduğunu bilsəydim, yəqin ki, deşməzdim".

Steril olmayan yerlərdə qulaq deşdirmək Hepatit C virusuna yoluxmaya da səbəb ola bilər. Ona görə bu proses hər salonda edilməməlidir. Klinikalarda da qulaq deşmə xidmətləri mövcuddur və insan sağlamlığı üçün steril qaydalara mütləq əməl etməlidir. İkinci sırğa sevdasından keçməyən xanımlar üçünsə qulaq deşdirmək vacib deyil. Hazırda satışda maqnitli sırğalar mövcuddur ki, bu sırğalar vasitəsi ilə də qulaq deşilmədən sırğa salmaq mümkündür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6472   Tarix: 09 dekabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28.04.2024 456
.

Zukerberq sərvətinə görə Maskı geridə qoydu

"Meta" şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq "SpaceX" və "Tesla"nın baş direktoru İlon Maskı geridə qoyub. Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub. Son 24 saat ərzində Mark Zukerberqin sərvət

21.04.2024 264
.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21.04.2024 328
.

Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda beş ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır. -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı beş ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ili

21.04.2024 271
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 500
.

Nəhəng insanlar yer üzündən necə yox oldular? - ARAŞDIRMA + VİDEO

Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında "Yer kürəsinin nəhəngləri" adlı araşdırma efirə gedib. Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub. Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zən

21.04.2024 453
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21.04.2024 271
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21.04.2024 515
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 330