Siqareti buraxa bilməyənlər bu xəbəri mütləq oxusun!

Siqareti buraxa bilməyənlər bu xəbəri mütləq oxusun!Uşaqlıqdan həm müəllimlərimiz həm də valideynlərimiz bütün gün deyirlər ki, iradənin gücü ilə ziyanlı vərdişləri tərgitmək olar. Amma yeni tədqiqatlar göstərib ki, əslində vərdişlər heç vaxt beyin qabığından itmir. Ölənə qədər beynimizə həkk olunur. ABŞ-da yerləşən Massaçuset texnoloji institutunun əməkdaşları bu nəticəyə gəliblər.

Onlar siçanlar üzərində təcrübə aparıblar. Belə ki, siçanlar T şəkilli labirinti keçməyə alışıblar. Sağa və ya sola dönməyə onları alışdırmaq üçün şirniyyatdan istifadə edilib. Əgər siçan düz yolu seçərsə ona mükafat olaraq şokoladlı süd və ya şirin su verilib. Sonra bu mükafatlar yığışdırılıb. Siçanlar isə vərdişlə eyni yolu getməkdə davam ediblər. Sonra alimlər əvvəllər şirniyyat olan yerlərə ürək bulandırıcı maddə qoyublar. Amma siçanlar yenə də əvvəlki vərdişlərindən əl çəkmədən eyni yolu gediblər.

Alimlər siçanların infralimbik beyin qabığının işini ləğv edəndən sonra onlar bu vərdişdən əl çəkiblər. Belə çıxır ki, əslində siçanlar bilirdilər ki, onları daha şirin mükafat yox, pis maddə gözləyir. Lakin əvvəlki vərdişlərindən əl çəkə bilmirdilər.

Amma əməliyyatdan sonra alimləri yeni problem gözləyib. Belə ki, siçanlarda yeni vərdiş yaranıb. "Sol" siqnalına cavab olaraq gəmiricilər sağa qaçıblar. Bu vərdişi də beyin qabığında kiçik əməliyyat aparmaqla ləğv etmək olar, amma onda siçanların köhnə vərdişləri yenidən geri qayıdır. Beləcə məlum olur ki, beyin qabığı həm də vərdişlər üçün anbar rolunu oynayır. Baxmayaraq ki, yeni vərdişlər daha tez-tez istifadə edilir, köhnə vərdişlər də unudulmur. Beyin qabığında qalaraq üzə çıxmaq üçün ilk fürsəti gözləyir.

Londonda yerləşən epidemiologiya və ictimai sağlamlıq mərkəzinin tədqiqatçıları araşdırma aparıblar. Onlar orta hesabla insanda xeyirli vərdiş yaratmaq üçün nə qədər vaxt lazım olduğunu hesablamağa çalışıblar. Xeyirli vərdiş deyərkən məsələn, səhərlər qaçmağı misal gətirmək olar.

Tədqiqarçılar 96 könüllünü 12 həftə hər səhər qaçmağa məcbur ediblər. Bu insanlarda isə nəticədə aşağıdakı vərdişlər yaranıb: şirə içmək, meyvə yemək və 15 dəqiqə qaçmaq.
Məlum olub ki, könüllülər ilk iki vərdişə daha tez yiyələniblər. Sonuncu vərdiş üçünsə əməlli başlı tər töküblər. Altı könüllü ümumiyyətlə işin öhdəsindən gələ bilməyərək kənarlaşıblar. Digərləri isə gündə 15 dəqiqə qaçmaq vərdişinə yiyələnmək üçün 66 gün əziyyət çəkəsi olublar. Tədqiqatçılardan biri, Filipp Lelli deyib:

-Xeyirli vərdişə yiyələnmək üçün bu qədər vaxt sərf olunması təəccüblüdür. Axı insanlar əslində siqaret çəkməyə və ya içkiyə daha tez alışırlar.

Əlbəttə əslində fərq ondadır ki, ziyanlı vərdişlər həm dəqiqə insana zövq verirlər. O anları dəfələrlə yaşamaq istəyirsən. Amma nəzərə almaq lazımdır ki, xeyirli vərdişlər də zamanla insan orqanizmində endorfin- insanda xoş əhval-ruhiyyə yaradan, narkotikə oxşar maddə yaradır. Lakin qeyd edək ki, yenə də ziyanlı vərdiş daha çətin tərgidilir nəinki xeyirli.

Publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5854   Tarix: 24 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571