Eurovision-2012" ərəfəsində Bakıda terror hazırlayanlar danışdılar

Eurovision-2012Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Eurovision-2012" müsabiqəsi ərəfəsində Bakıda terror-təxribat aksiyaları törətməyə cəhd etməkdə ittiham olunan Kamal Yaqubov, Rəşad Şahbazov, Rəcəb Abbasov, Afiq Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Piblika.Az xəbər verir ki, ittihama görə, Kamal Rəcəbov Cinayət Məcəlləsinin (CM) 274-cü (dövlətə xəyanət), 29,214.2.1, 29,214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, təkrar terrorçuluq törətməyə cəhd), 206.4-cü (qaçaqmalçılıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə, Rəşad Şahbazov CM-nin 274, 29,214.2.1, 29,214.2.3-cü maddələri ilə, Rəcəb Abbasov CM-nin 206.4, 228.1, 228.3-cü maddələri ilə, Afiq Allahverdiyev CM-nin 228.1, 228.3, 228.4, 234.4.2, 234.4.3-ci maddələri ilə ittiham edilirlər.

Kamal Rəcəbov, Rəşad Şahbazov, Rəcəb Abbasov və Afiq Allahverdiyev "Eurovision-2012" müsabiqəsi ərəfəsində Bakıda terror aktı törətməkdə təqsirli bilinərək Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar.

İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər "İran İslam İnqilabı Keşikçiləri Korpusu" – SEPAH-la əməkdaşlıq etməyə cəlb olunublar. SEPAH-ın əməkdaşlarından təlimat alan təqsirləndirilən şəxslər "Eurovision-2012" müsabiqəsi ərəfəsində Bakının müxtəlif ərazilərində partlayışlar, vətəndaşlar arasında vahimə yaradan hadisələr törətməyi planlaşdırıblar. Lakin Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi uğurlu əməliyyat nəticəsində törədilməsi planlaşdırılan partlayışların qarşısı qətiyyətlə alınıb.

Prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən Kamal Rəcəbov ifadə verib. O, ifadəsində "Sepah"la əməkdaşlıq etdiyini etiraf edib:

"Bu təşkilatın üzvlərindən birinə pul borcum olub. Bu pulun qaytarılmaması müqabilində məni əməkdaşlığa cəlb ediblər. Mən də onlarla razılaşmışam. Lakin belə ağır cinayətlərin törədilcəyi barədə planları əvvəldən bilməmişəm".

Daha sonra ifadə verən Rəşad Şahbazov elan olunmuş ittiham üzrə özümü qismən təqsirli bilib. O, bildirib ki, "Sepah"la əməkdaşlıq etməyib. Məhkəmədə ifadə verən digər təqsirləndirilən şəxslər elan olunmuş ittihamla özlərini qismən təqsirli biliblər. Məhkəmə iclası noyabrın 19-da şahid ifadələri ilə davam etdiriləcək.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi "Eurovision-2012" müsabiqəsi ərəfəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, o cümlədən Qax, Zaqatala Şəki, Quba rayonlarında xüsusi əməliyyat keçirmiş, terror hadisələri planlaşdırmaqda şübhəli bilinən ümumilikdə 40 nəfəri zərərsizləşdirib. Qrup üzvləri ayrı-ayrı icraatlarda cinayət işləri məhkəmələrə göndərilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1155   Tarix: 09 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 232
.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

28.04.2024 347
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28.04.2024 446
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 452
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 433
.

Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda beş ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır. -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı beş ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ili

21.04.2024 271
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 500
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 330
.

"WhatsApp" yeni funksiya ilə HƏR KƏSİ HEYRƏTLƏNDİRƏCƏK

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özünd

28.04.2024 1583