Aygün Kazımova seriala çəklib (Video)
Xalq artisti Aygün Kazımova seriala çəkilib.Məlumata görə, bu gün "Space" telekanalında yayımlanacaq "Üç bacı" adlı yeni yumoristik serial maraqlı əhvalatlarıyla reytinq siyahısında liderliyə yüksəlməyə iddialıdır.
Serialda əməkdar artist Dilarə Əliyeva, əməkdar artist Tünzalə Əliyeva və aktrisa Ülviyyə Əliyevanın rol alıblar.
"Üç bacı"dan başqa serialda məşhur simalar - aparıcı Mirsalam Mirsalamov, Tərlan Nur Yaşar, Əkbər Əlizadə, Azər Baxşəliyev, Əsəd İsmayılov, Almaz Mustafayev, Cəfər Namiq Kamal, aktrisa Zemfira Əbdülsəmədova və Türkiyə vətəndaşı Hakan Ərsan rol alıb.
Serialda Xalq artisti Aygün Kazımova epizodik rolda çıxış edəcək.
aznews.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş