Lətifələr

Lətifələr1. Qız nişanlısına deyir

- Mən səninlə evlənə bilmərəm sən çox xəsissən. Al bu da sənin nişan üzüyün.
Oğlan isə cavabında deyir
- Bəs qutusu hanı ?

Lətifələr2. Bir gün meşədə heyvanlar bir yerə toplanırlar.
Şir deyir:
- İndi heyvanlar arasından gözəllər sağa, ağıllılar isə sola keçsinlər.
Elə şir bunu demişdi ki, heyvanların bir hissəsi sağa, bir hissəsi isə sola keçdilər. Birdən şir gördü ki, meymun ortada durub.
Şir:
- Bəs sən niyə ortada durubsan?
Meymun:
- Nə, indi iki yerə bölünüm.

Lətifələr3. Günlərin bir günü oğul atasından dondurma pulu istəyir və deyir:
Atası mənə 5 manat pul verdə dondurma alım.
Atası diyir:ne qeder 4 manat? 3manati neynirsən 2 manat verim 1 manatı qaytar

Lətifələr4. Mağazada:
-Pişik neçəyədir?
-200000 manat.
-Aaaa. Dünən axı 50000-ə idi.
-Düzdü, amma bu gün o, 150000 manatlıq tutuquşunu yeyib.

Lətifələr5. Beynəlxalq sərgi zamanı ispaniyalı bir kişi və isveçli bir qadın mehmanxanada qonçu otaqlarda yaşayırlar. Axşam ispan əlində bir şüşə şərabla isveçlinin qapısını döyür:
- Kimdi?
- Xuan Karlos Emanuel da Silva.
- Girin, amma bir-bir.

Lətifələr6. Deyirlər hindlərdə iki cür qəbirsanlıq olur:
Birində yaxşı adamları basdırırlar, o birində ölən adamları.

Lətifələr7. Nə hədiyyə etsəm yaxşı olar: bir dənə böyük, yoxsa çoxlu kiçik?
- Çoxlu kiçik
- Onda, mən sənə çoxlu semiçka hədiyyə edəcəm.

Lətifələr8. Qapı döyülür. Cərrahın altı yaşlı qızı qapını açır.
- Salam, həkim evdədir?
- Yox, o əməliyyat etməyə gedib. Kiminsə appendisitini kəsmək lazım idi.
- Oooy, belə ağır sözlər danışma. Sən bilirsən appendisit kəsmək nə deməkdir???
- Əlbəttə ki, həmin gecə evə 1000 dollar gətirmək…

Lətifələr9. İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.

Lətifələr10. Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər "Çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı" deyirlər. Hər ikisini masa arxasına çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamam böcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.

Lətifələr11. İki dost görüşür. Biri digərinə:
- He-he-he-e-e-e-ç ba-a-a-a-ş-a dü-ü-ü-ü-şə bil-mi-mi-rəm ki, ni-ni-yə mə-ə-ə-nim te-le-e-e-fon şir-kə-ə-ə-tim mə-ə-ə-nə-ə-ə ən ya-a-axşı ab-o-o-o-nenti-i-i ki-i-i-i-mi müka-a-fat ve-e-e-rib?

Lətifələr12. Bir nəfər Sibirdə havanın hərarəti mənfi 60 dərəcə olduğunu eşidir. O buna inanmır və dostuna zəng edir:
- Qulaq as, deyirlər siz tərəfdə 60 dərəcə soyuqdur hava.
- Yox, təxminən mənfi 25-30 dərəcə.
- Həəə, amma deyirlər mənfi 60 dərəcədir.
- Yox, çöldə ola bilsin mənfi 60 dərəcədir.

Lətifələr13. Biri gəlib məhəllədə başlayır goplamağa:
- Uşaqlar keçən həftə getmişdim afrikaya.
Uşaqlar buna sual verirlər:
- Orda göy rəngli fillər olur onu necə öldürürlər?
- Xüsusi silahla
- Bəs yaxşı qırmızı filləri?
- Onu tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs yaşıl filləri?
- Onu söyürsən, utandığından qızarır sonra tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs sarı filləri?
Cavab tapa bilmir:
- Sarı fil olur, əəə??

Lətifələr14. Nəynən dolanırsan?
- Yazıram...
- Jurnalistsən?
- Yox. Mən atama yazıram ki, mənə pul göndərsin

Lətifələr15. Həkim, "ənənəvi narkoz" nə deməkdir?
- Bu deməkdir, al bu arağıvı axıracan iç, al bu pivəni də iç, bu çaxırı da iç, bu konyakı da iç, indi uzan cərrahiyyə masasına...

Lətifələr16. Müəllim-müəllimə deyir:
-Mənim sinfim savadsız uşaqlarda doludur. Teoremi izah edirəm başa düşmürlər. İkinci dəfə izah etdim, yenə də başa düşmürlər. Üçüncü dəfə izah etdim, mən başa düşdüm, amma onlar başa düşmədilər.

Lətifələr17. Müəllim Əlidən soruşur:
- Böyüyəndə nə olmaq istəyirsən?
- Əlbəttə ki, memar. Özümə küncü olmayan ev tikəcəm.
- Niyə görə küncü olmayan?
- Bezdirib məni bu künclər!..

Lətifələr18. Sən içirsən???
- Əgər bu sualdırsa onda yox, əgər bu təklifdirsə hə.

Lətifələr19. Müəllim: Qulağ as, mən sənə üçüncü dəfədir ki, üç verirəm. Belə olmaz, niyə görə oxumursan? Oxumaqdan hələ heç kəs ölməyib.
Tələbə: Bilirəm, amma risk etmək istəmirəm.

Lətifələr20. Ac tələbələr mehmanxanada arzulayırlar:
-İndi burda ət olsaydı ...
-Bəlkə donuz saxlayaq?
-Nə danışırsan, çirk, iy, üfunət ...
-Eybi yox, öyrəşər.

Lətifələr21. Ana, bəs düzdür ki, bütün insanlar meymundan əmələ gəlib.
-Hə, balam, düzdür.
-Mən də?
-Sən də.
-Sən də?
-Mən də.
-Bəs səndə şəklin qalıb?

Lətifələr22. Oğul atasına yaxınlaşır:
- Ata alkaş nə deməkdi?
- Bax o dörd dənə ağacı görürsən? Alkaş elə bilir orda 8 ağac var.
- Ata, orda 2 ağac var.

Lətifələr23. Oğlum, sabah sənin 5 yaşın tamam olur. Gözəl bir tort bişirəcəyəm üztünə də 5 dənə şam qoyacağam
- Ana, yaxşı olar ki, 5 dənə tort bişirəsən üstünə də bir şam qoyasan

Lətifələr24. Balaca qız küçədə anası ilə gedir. Yolda buldoqa rast gəlirlər. Qız anasına:
-Ana, gör necə Məhəmməd əmiyə oxşayır.
-Sus. Utanmırsan belə danışmağınla?
-Ana, deyirsən indi it məni eşitdi?

Lətifələr25. Telefon zəng çalır. Dəstəyi Məmmədəli qaldırır. İncə qız səsi:
- Alo
- Bəli
- Vüqar evdədir?
- Evdə olmağına evdədir, amma hamamdadır.
- Hamamda nə edir, çimir?
Oğlunu soruşan qızın məntiqsiz sual verməsi Məmmədəlini hirsləndirir, ona görə deyir:
- Yox paltar yuyur.

Lətifələr26. Ata, Daş dövrü nə deməkdir?
-Bilirsən oğlum, o vaxtlarda hər şey daşdan idi, ona görə də o, dövrü daş dövrü adlandırırlar.
-Aaaa. Televizor da daşdan idi?

Lətifələr27. Məşqçi uduzmuş bokçuya urək-dirək verir:
-Amma sən üçüncü raundda onu yaman qorxuzdun.
-Necə?
-O, elə bildi ki, səni öldürüb.

Lətifələr28. Bir kişi kompüter salonuna gəlir:
-Mən dünən sizdən kompüter almışdım...
-Nə olub, problem var?
-Bəli. Kompüter yanıb.
-Eybi yox qarantiyası var. Hansı hissəsi yanıb?
-Hamsı!
-Yox elə olmur. Prosessor yanıb?
-Yanıb.
-Bəs sabit yaddaş?
-Yanıb.
-Bəs ekran?
-Yanıb.
-Aman Allah! Siz onunla nə etmisiz?
-Dünən evimdə yanğın olmuşdu ...

Lətifələr


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6399   Tarix: 09 dekabr 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571