Məktəbdən gərdəyə – Araşdırma

Məktəbdən gərdəyə – AraşdırmaQızlar niyə təhsilə yox, nikaha "hə" deyirlər?

Bu il universitetlərə daxil olan qızların sayında 21%-ə qədər artım olub. Bunu Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev bildirib. Şöbə müdiri Dövlət Statistika Komitəsinin təhlillərinə istinadla əlavə edir ki, bütün ali məktəblər, eləcə də hərbi məktəblər də daxil olmaqla 2009-2010-cu tədris ilində tələbələrin sayı 139 min 194 nəfərdir. Onlardan 63 min 940, yəni 45,9%-i qızlardır. Təhsil Nazirliyi bunu müsbət irəliləmə kimi təqdim etsə də, araşdırma aparanda görmək olur ki, əslində bu artım Azərbaycanın böyük şəhərlərinin hesabına baş verir, rayon və ucqar kəndlərində qız uşaqlarının təhsil almaları problem olaraq qalır.

Azərbaycanda elə rayonlar var ki, attestat alanların cəmi 10 faizi qızlardır. Məsələn, 2011-ci ildə Astarada belə olub. Rayondan ali məktəbə girən 118 nəfərdən cəmi 25-i, yəni 21,8%-i qızlardır. Bir çox rayonlarda da vəziyyət buna yaxındır. Lerikdə 14,6 faiz, Masallıda 14,5 faiz, Zaqatalada 12,8 faiz, Qusarda 12,3 faiz, Ağcabədidə 11 faiz, Zərdabda 14,6 faiz, Kürdəmirdə 14,5 faiz, Saatlıda 12,9 faiz, Sabirabadda 17,3 faiz, Hacıqabulda 15,1 faiz qız attestat alıb. Göründüyü kimi, sadaladığımız rayonlar bütün Azərbaycanı əhatə edir və Sovet dövründə bu rayonlar qızların təhsil səviyyəsinin yüksək olması ilə seçilirdi.

Elə Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova da rayon yerlərində qızların təhsilə meylli olmadıqları ilə bağlı həyəcan təbili çalır. Belə ki, komitə sədri "Beynəlxalq Qızlar Günü"nə həsr olunmuş tədbirdə çıxışı zamanı Azərbaycanda qızların ali təhsil alması ilə bağlı problemin ildən ilə kəskinləşdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda erkən yaşlarında ərə verilməsi problemi qızların təhsildən kənar düşməsinə səbəb olur. Komitə eyni zamanda Azərbaycanda erkən nikah hallarının daha çox maddi vəziyyəti nisbətən ağır olan və çoxuşaqlı ailələrdə müşahidə olduğunu açıqlayıb.

Milli Məclisin Sosial-Siyasət Komitəsinin üzvü Musa Quliyev isə bu problemi ilk öncə təhsil sistemində olan problemlərlə əlaqələndirir. Millət vəkilinin fikrincə, rayon yerlərindən olan qızların şəhərə gələrək burada təhsil almaları ailələri üçün problemdir: "Bir çox rayonlarda peşə məktəbləri və ya texnikumlar yoxdur, bundan başqa peşə məktəbini bitirəndən sonra onların işə düzəlməsində çətinliklər yaşanır. Ona görə də bu cür şeyləri düşünən valideyn ən asan yola əl atır. Qızın 14 yaşı olan kimi onu ərə verir". Yəni Musa Quliyev də hesab edir ki, bu məsələnin digər problemli tərəfi erkən nikahlarla bağlıdır.

Bir çox mütəxəssislər isə hesab edirlər ki, erkən nikahlara yola açan əsas amil din faktorudur. Yəni indi insanlar onlara sərf edən tərəfdən yanaşaraq qızları 13-14 yaşına çatan kimi ailə qurmağa məcbur edirlər. Məsələn, əvvəllər Azərbaycanda dini cərəyanların bu qədər çox olduğunu, özü də açıq şəkildə fəaliyyətini görmək olmazdı. İndi cürbəcür dini qruplaşmalar yaranır və bundan ən çox qadınlar əziyyət çəkir. Artıq həmin dindarlar" qızlarını nə məktəbə qoyur, nə də əlinə kitab almağa imkan verir.

Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev bu illər ərzində bu problem ətrafında əldə etdiyi təcrübəsindən çıxış məsələnin qarşısında dayana əsan problemin din olduğunu düşünür. Ekspertin fikrincə, bu məsələdə İranın Azərbaycana təsiri, bir sıra İslam cərəyanlarına Azərbaycanda meylin artması ölkədəki vəziyyəti bu həddə çatdırıb. Onun sözlərinə görə, İranın təsiri güclü olan rayonlarda bu meyl getdikcə artacaq: "Lerik, Yardımlı, Cəlilabad, Masallının bir hissəsi, Biləsuvarın bir hissəsi, Bakı kəndləri, Qobustan rayonu, Şamaxı rayonlarında qadınların orta məktəbə cəlb edilməsində çox ciddi problemlər var. Bu ərazilərdə vəziyyət o həddədir ki, 9-cu sinifə qədər qızların nişanlanması uğrunda məktəbdə rəqabət gedir. Məsələn, Yardımlı rayonunda qızların 20%-i məktəbə getmir. Burada hansı ali təhsildən danışmaq olar?"

İlahiyyatçı İsmayıl Əhmədov isə bu məsələni İslamla bağlamağı doğru saymır. Onun sözlərinə görə, İslam dini qadınların təhsilinə heç bir qadağa qoymur. O, qızların təhsildən yayınaraq erkən nikaha daxil olmaqlarını başqa səbəblərlə bağlayır: "Məsələn, bir çox valideynlər qızlarının ərə gedə bilməyib, evdə qalacağından qorxur. Ona görə də valideynlərin fürsət yaranan kimi ağına-bozuna baxmadan qızlarını imkanlı ailələrə verməyə çalışırlar. Təhsilin səviyyəsi aşağı olduğundan qızların oxuya bilməyəcəklərini görüb, ərə getməyi hər şeydən üstün tuturlar. Qızlar da təhsil alanların işsizlikdən əziyyət çəkdiyini görüb, ərə getməyi üstün tuturlar.

Kənd yerlərində qohumluq münasibətlərinin həllində güclü ənənələr də var ki, onların İslama heç bir dəxli yoxdur". İlahiyyatçı hesab edir ki, hər bir qız mütləq müəyyən bir sənətin sahibi olmalıdır, özünü təmin etməyi, ayaqüstə durmağı bacarmalıdır. Məhz bundan sonra qızların ərə getməsi haqda düşünmək olar.

İlahiyyatçının sadaladıqları hamısı sosial məsələlərdir və məsələyə dövlətin qarışması vacibdir. Elə ekspert Əlövsət Əliyevin fikrincə, qadınların hüquqlarının müdafiəsi sahəsində mütəmadi olaraq icra olunan vahid dövlət siyasətinə ehtiyac var: "Bu olmasa, problem həll olunmayaraq qalacaq. Məsələn, məktəb direktorları valideynlərlə bacara bilmirlər. Amma rayon prokuroru, rayon polis idarəsinin rəisləri 14-15 yaşlı qızların toylarında iştirak edirlər. Halbuki 18 yaşına çatmayan qızların ailə münasibətlərinə daxil olması cinayətdir".

Onun fikrincə, bu məsələdə geniş maarifçiliyə ehtiyac var: "13-14 yaşlı qızların ərə verilməsini əxlaqsızlıq, tərbiyəsizlik hesab edir. İnsanlar buna adət-ənənə deyir, amma cəmiyyətdə bu köhnəlmiş adətlərə qarşı, bu tərbiyəsizliyi təbliğ edən adətlərə qarşı çıxmaq lazımdır. Ancaq onda bu məsələ həll oluna bilər.

Ansperss


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8809   Tarix: 16 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356