Bakıda gənc jurnalist və anası qətlə yetirildi Foto

Bakıda gənc jurnalist və anası qətlə yetirildi FotoBakıda gənc jurnalist və anası qətlə yetirildi FotoBakıda gənc jurnalist və anası qətlə yetirildi FotoBakıda gənc jurnalist və anası qətlə yetirildi FotoBakıda gənc jurnalist və anası qətlə yetirildi FotoBakıda gənc jurnalist və anası qətlə yetirildi FotoBakıda gənc jurnalist və anası qətlə yetirildi FotoBakıda gənc jurnalist və anası qətlə yetirildi FotoBakıda gənc jurnalist və anası qətlə yetirildi FotoBakıda gənc jurnalist və anası qətlə yetirildi FotoBakıda gənc jurnalist və anası qətlə yetirildi FotoBakıda gənc jurnalist və anası qətlə yetirildi FotoBakıda gənc jurnalist və anası qətlə yetirildi FotoBakı sakini arvadını və qızını öldürəndən sonra intihar edib

Noyabrın 11-də Bakıda dəhşətli hadisə baş verib. Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, Mərdəkan qəsəbəsində Makaron fabrikinin yaxınlığındakı yeni tikilmiş evdə 1949-cu il təvəllüdlü Mənsimov Mənsim Kərim oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1963-cü il təvəllüdlü Zemfira Mənsimovanı və qızı, 1990-cı il təvəllüdlü Sevinci baltalayaraq qətlə yetirib. Bundan sonra 63 yaşlı kişi özünü asaraq intihar edib.

Qeyd edək ki, qətlə yetirilən S.Mənsimova jurnalistdir. O "Qafqazinfo" portalının əməkdaşı idi.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda jurnalist və anasının qətli ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 11-də saat 07 radələrində Mənsimov Mənsim Kərim oğlu yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki evində ailə münasibətləri zəminində arvadı Zenfira Mənsimovanın və qızı Sevinc Mənsimlinin baş nahiyələrinə balta ilə zərbələr endirərək hər ikisini qəsdən öldürüb.

Bundan sonra M.Mənsimov otaqda divara vurulmuş dəmir parçasına bərkitdiyi kəndirdən özünü asaraq intihar edib. Bakı şəhər prokurorluğu, rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Fakta görə həmin tarixdə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Noyabrın 11-də Bakıda baş verən dəhşətli qətl hadisəsinin səbəbləri məlum olub. Ailəsini qətlə yetirib intihar edən Mənsim Mənsimov ağır şizofreniya xəstəsi olub. Bu barədə mərhumun qonşuları məlumat verib. Məlumata görə, qətl hadisəsini törədən Mənsim Mənsimov uzun müddət bu xəstəlikdən əziyyət çəkirmiş. Məlumata görə, bu ilin avqust ayında Mənsim Mənsimovun xəstəliyi daha da ağırlaşıb və o ruhi xəstəyə çevrilib.

Ailə üzvləri isə kişini ruhi əsəb dispanserinə aparmaq istəməyib və evdə onun üçün ayrıca otaq hazırlayıb. Məlumata görə, Mənsim Mənsimov avqust ayından etibarən bir evdə ailə üzvlərindən ayrı yaşayıb və tez-tez keçirdiyi əsəb satrsıntısından evdə yersiz dava-dalaş salrmış: "Ailə 5 nəfərdən ibarət idi. 3 qız, ata və ana. Qızlarının biri bir neçə il əvvəl, ikinci qız isə bu ilin avqust ayında ailə həyatı qurub. Bu ilin avqust ayında ailə həyatı quran qız Türkiyəyə köçüb". Məlumata görə, ikinci qız Türkiyəyə köçəndən sonra atası Mənsim Mənsimovun vəziyyəti bir az da pisləşib.

Evdə olan Sevinc Mənsimli isə anası Zemfira Mənsimova ilə yaşayıb. Bakı Dövlət Universitetini bu il bitirən Sevinc Mənsimli isə öz qrup yoldaşına nişanlı imiş. Yaxın vaxtlarda mərhumun nişan mərasimi olacaqmış,
Qonşular deyirlər ki, ailə həddindən artıq tərbiyəli və mehriban olub, bütün qonşularla mehriban gediş-gəlişləri olub. Noyabrın 11-də Mənsim Mənsimov səhər saatlarında ailəsinin yataq otağına keçərək həyat yoldaşı Zemfira Mənsimova və qızı Sevinc Mənsimlini balta ilə doğrayıb.

Hər ikisini qətlə yetirəndən sonra öz otağına keçərək orada divara bərkitdiyi dəmir parçasından özünü asıb.
Hadisədən qonşular xəbər tutub və evə daxil olarkən yataq otağında qız və anasının doğranmış, al qan içərisində olan meyidlərini, digər otaqda isə Mənsim Mənsimovun divardan asılmış meyidini aşkarlayıb hüquq –mühafizə orqanlarına məlumat veriblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 15909   Tarix: 13 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862