"Mən şəhanə qadınam, kişilərdən də xoşum gəlmir"

- Siz gündəmdə olmadıqda belə sizi unutmayan pərəstişkarlarınız var. Bu cür sədaqət necə yarandı?
- mahnılar eşqi, ayrılığı və insanın ürəyindəki hissləri dilə gətirir. Mən mahnılarımı bəstələyərkən bu duyğularımın saf olmağına xüsusi diqqət göstərirəm. Sevgidən yazıramsa, sevgini qavradığım şəkildə əks etdirməyə çalışıram. Mahnılarım, eşqim, tökdüyüm göz yaşları hamısı həqiqətdir. Bu sadaladıqlarım da hər bir insanın həyatında var.

- Bu sənətə ilk qədəm qoyduqda bu qədər məşhur olacağınıza inanırdınız?
- Maddi vəziyyətimi yaxşılaşdırmaq üçün mahnı oxumağa başladım. Hələ də elədir. İlk dəfə gecə klubunu doldurmuş insanlara oxudum, indi isə bütün Türkiyəyə oxuyuram.

- Sizin sənət həyatınız Sezen Aksu ilə başlayıb. Onun vokalisti idiniz, amma anidən tərk elədiniz. Daha sonra İbrahim Tatlısəslə də eyni hal baş verdi. Bunun səbəbi nədir?
- Hər şey ehtiyaca bağlıdır. Mənim heç kimə ehtiyacım yoxdur. Nə Sezenə , nə də İbrahimə ehtiyacım var. Çünki bu sənəti davam etdirmək üçün hər şeyə sahibəm. Bizim heç bir-birimizdən üstünlüyümüz də yoxdur. Bir üstünlük varsa, o da xalqın qəlbindəki yerdir.

- Sizin ən şən mahnılarınızda belə bir qəmginlik hiss olunur. Mahnılarınızı hansı ruh halında yazırsınız?
- Mahnılarımın hər birinin öz mesajı var. Oxuduğum hər cümlənin mənası var. Mahnılarımda öz seçimimlə sadəcə sevgini yazıram.

- Özünüzü rahat ifadə edirsiniz?
- Danışaraq özümü ifadə edə bilmirəm. Bir də ki, nə deməsindən asılı olmayaraq, qarşı tərəf hər şeyi istədiyi kimi başa düşür.

- Narkotikdən istifadə etdiyiniz üçün həbs olunduğunuz dövrdən bəhs edə bilərsiniz?
- Nəyindən bəhs edim? Hər şey onsuz da göz qabağında oldu. Etiraf edirəm ki, istifadə etdim. Etmədiyim bir şey olsaydı, cavabım başqa cür olardı. Yaşadığım hər şeyi yaxşı ki, etmişəm. Çünki hamısı mənə həyata başqa cür baxmağı öyrətdi. Yaşadıqlarımın hamısı təcrübəmə çevrildi.

- Daha sonra bir müddət görünmədiniz?
- Ailəmin istəyi ilə qohumlarımın yanına getdim. Hər şey göründüyü kimi deyil. Mən sizin əks etdirdiyiniz kimi bir insan deyiləm. Daha ülvi gözəlliklərə sahibəm. Yəni sizin şərh etdiyiniz insan deyiləm.

- Bəs siz özünüzü necə şərh edirsiniz?
- Şərh edə bilmirəm. Həyat hər şeyi qarşıma çıxarır və mən də yaşayıram. Məncə, heç bir şeyi şərh etməməliyik. Dəli elə dəlidir, ağıllı da ağıllı.

- Ailənizə həmişə çox önəm verdiyinizi deyirsiniz. Atanızın sizin həyatınızdakı yeri çox dərindir?
- Hamının atasının yeri onun həyatında necədirsə, məndə də elədir. Mən atamı hələ də çox sevirəm. Atam çox gözəl insan idi.

- Qızınızla münasibətiniz necədir?
- Yarım ata, yarım da anadır. Həyatdakı və evdəki rolum da belədir. Həm anayam, həm də ata. Evə pulu kişi gətirər, amma mənim ərim də, atam da yoxdur. Mən də işləyib pul qazanıram. Daxilimdə o qədər insan var ki, bəzən hər şey qarışır...

- İndi həyatınızda kimsə var?
- Həyatımda yoxdur, ağlımda var.

- Tanıdığımız bir insandır?
- Yox. Heç mən tanımıram hələ. Bir dəfə gördüm və aşiq oldum. Özü də ki, o evlidir. Onu bir qadının əlindən alsam, başqa qadın da mənim əlimdən alacaq. Ev yıxanın evi olmaz. Mənə onu sevdirən Allah başqasına da sevdirər.

- Özünüzü gözəl qadın hesab edirsiniz?
- Mən şəhanə qadınam. Elə ona görə də özümü kiməsə verməyə qıymıram.

- Sevdiyiniz insanın yanında necə qadın olursunuz?
- Aşiq olduğumda o insana inanır və sahiblənirəm. Amma hər qadın kimi mən də aldanıram. Hər qadın kimi bəzən mən də hirslənirəm, ağlayıram, qışqırıram, küsürəm.

- Kişi deyəndə sizdə "aldanmaq" kimi bir fikir yaranıb?
- Kişilərdən xoşum gəlmir. Eşqi və sevgini qadın kimi qəbul etmirəm. Bir qadın sevəndə sevdiyindən başqa heç kimi nə xəyalına, nə düşüncəsinə, nə bədəninə, nə qəlbinə girməyə icazə vermir. Ancaq bir kişi aşıq olduğunu desə də, heç qəlbi titrəmədən xəyanət edir.

- Şəxsi münasibətlərinizdə sizə həmişə xəyanət ediblər?
- Bütün qadınların əvəzindən deyirəm ki, kişilər xəyanətə meyillidir. Onlar sevməyi bacarmırlar. Sevməyi bacaran ən son insan atam idi. Anama çox sədaqətli idi. Onun kimi bir insan mən heç vaxt görməmişəm. Görsəm, xəbər verərəm.

- Sevdiyiniz insandan necə münasibət gözləyirsiniz?
- Tək istəyim xəyanətsiz sevgidir. Onun gözlərinə bütün ruhumla baxıramsa, sadəcə onu düşünürəmsə, bəs o niyə bircə məni düşünməsin? Mən niyə onun yeganə qadını olmayım? Niyə?

- Heç kimə inamınız yoxdur?
- Seçdiklərimi seçəcəyim qədər heç kimə inanmadım. Bəzən inanmaq istədim, amma sonra hər şey fərqli oldu. Onların hər dediyini edirəm, amma sonra baxıram ki, o qadın mən deyiləm.

- Güzgülərlə aranız necədir?
- Heç vaxt güzgüyə baxmıram, baxa bilmirəm. Yoruluram. Başqa insanların gözlərinə baxmağı çox sevirəm.

- Mənə ən çox sevdiyiniz sözləri deyə bilərsiniz?
- Yer üzünə gələn və gələcək bütün qadınlardan gözələm. Özümdən daha yaxşı və mükəmməl insan da yoxdur. Baxmayaraq ki, özümdən xoşum gəlmir, amma dünyanın ən mükəmməl məxluqu mənəm. Heç kim mənim qədər gözəl və yaxşı insan ola bilməz. Heç kim. Dünyanın ən gözəl müğənnisi də mənəm. Dünyadakı bütün qadınlardan ən cəsarətlisi mənəm. Qadınlığa aid ən gözəl xüsusiyyətlər mənə məxsusdur. Başqa biri varsa, ortaya çıxısın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4044   Tarix: 14 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21.04.2024 271
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 764
.

Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: "Ayı qardaş, açar ayaqaltının altındadır"

Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb. Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub. "Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıd

28.04.2024 477
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 492
.

II Albert ailəsi ilə bağlı şayiələrə son qoydu

Monako şahzadəsi II Albert və şahzadə Şarlin doqquz yaşlı əkizlər Jak və Qabriella ilə birlikdə Hamburqda "Monako dünyası" sərgisinin açılışında iştirak ediblər. Axşam.az xəbər verir ki, monarxların gəlişi Almaniyanın ən məşhur turistik yerlərindən biri olan Miniatür Möcüzələr ölkəsi muzeyind

27.04.2024 279
.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21.04.2024 328
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21.04.2024 921
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 452
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 387